Aleksandr Aleksandrovich Usik (; ) — 1-ci ağır (90,7 kq-a qədər) və ağır (90-dan çox) çəki dərəcələrində çıxış edən məğlubedilməz ukraynalı peşəkar boksçu. Birinci ağır çəkidə mütləq dünya çempionu, dövrümüzün peşəkar boksçuları arasında bütün nüfuzlu versiyalarda çempion kəmərlərinin yeganə sahibi.

World Boxing Super Series 1 turnirin finalında rusiyalı bokusçu Murat Qassiyevi məğlub edərək IBF (2018–2019) və WBA super (2018–2019) versiyaları üzrə mütləq çempion oldu. Bundan əlavə Usik Məhəmməd Əli Kubokunun sahibi olmaqla nüfuzlu The Ring jurnalında dünyanın ən titullu bokusçusu elan edilmişdir.

2012-ci ildə Olimpiya çempionu (91 kq-a qədər), 2011-ci ildə dünya çempionu (91 kq-a qədər), 2008-ci ildə Avropa çempionu (81 kq-a qədər), həvəskarlar arasında dəfələrlə Ukrayna çempionu. Ukraynanın əməkdar idman ustası.

Məşhur idman kanalı ESPN, nüfuzlu idman jurnalları Sports Illustrated və The Ringin, Amerika Jurnalistlər Birliyi (BWAA), BoxingTalk, Yahoo Sports, WBC-nin versiyalarına görə 2018-ci ilin ən yaxşı peşəkar boksçusu.

2025-ci il Noyabr ayında Aleksandr Usik super ağır çəki dərəcəsində Ümumdünya Boks Təşkilatının titulundan imtina etmək qərarına gəlib

Həyatı Anası — Nadejda Petrovna Çerniqov vilayətindən, atası isə Aleksandr Anatolyeviç Sum vilayətindəndir. Aleksandır Alexandroviç Usik 17 yanvar 1987-ci ildə Simferopolda anadan olmuşdur. 1999-cu ilə qədər anasının vətənində, Çerniqov vilayətinin Ribotin kəndində yaşamışdır.

Simferopoldakı 34 nömrəli məktəbi bitirib, hansı ki, gələcək həyat yoldaşı Katerina də bu məktəbdə oxumuşdur. Uşaqlıqda cüdo və futbolla məşğul olmuşdur. "Tavria" gənclər komandasında sol yarımmüdafiəçi mövqeyində oynayıb. Usik boks bölməsinə 15 yaşında gəldi. Usık Sergey Lapinin rəhbərliyi altında məşq keçmiş və tezliklə Ukrayna boks çempionu titulunu qazanmışdır. Lvov Dövlət Bədən Tərbiyəsi Universitetini bitirmişdir.

İstinadlar

Kateqoriya:Ukrayna boksçuları Kateqoriya:Boks üzrə dünya çempionları Kateqoriya:"Ukraynanın milli əfsanəsi" mükafatı laureatları Kateqoriya:Ukraynanın II dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:Ukraynanın I dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:"Azadlıq" ordeni (Ukrayna) ilə təltif edilənlər Kateqoriya:Olimpiya qızıl medalına sahib Ukrayna idmançıları Kateqoriya:2012 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Ukrayna tərəfindən Rusiya–Ukrayna müharibəsi iştirakçıları Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:Boks üzrə Dünya Çempionatının medalçıları