Tartu Hava Limanı — Estoniyanın Tartu şəhərinin mərkəzindən 9,5 km cənub-qərbdə yerləşən hava limanı, Tartu-Vıru magistral yolunun yaxınlığındadır. Ülenurme kəndinə yaxın olduğu üçün Ülenurme Hava limanı da adlanır. Burada Finnair aviaşirkətinin Helsinkiyə gündəlik uçuşları var.

Tarixi Hava limanı 1946-cı ildə açılmışdır. Yeni terminal binası 1981-ci ildə inşa edildi, elə həmin vaxtı uçuş-enmə zolağı və sürmə zolağı yeniləndi. 2005-ci ildən bəri hava limanı Tallinn Airport Ltd məxsusdur. 2009-cu ildə uçuş-enmə zolağı 1799 m-ə qədər artırıldı. 2009-cu ildə Tartu Hava Limanından sərnişin axını 9 707 nəfərə çatmışdır.

Hava limanının yaxınlığında Estoniya Aviasiya Akademiyası yerləşir ki, onun təlim uçuşları hava limanında uçuş və eniş əməliyyatlarının 90%-nı təşkil edir.

Aviaşirkətlər və istiqamətlər

Xarici keçidlər World Aero Data saytından EETU hava limanı barədə məlumat.

Kateqoriya:Estoniya hava limanları Kateqoriya:Tartumaa

Kateqoriya:Tartu