Yanina Sokolova ( ) — Ukraynalı aktrisa, jurnalist və televiziya aparıcısı. Kanal 5-də «Randevu» və «Kino» verilişlərinin aparıcısı, həmçinin Youtube-da Axşam Yanina Sokolova kanalı ilə işləyir.
Həyatı və karyerası Təhsili 28 nömrəli Zaporojya Gimnaziyasını bitirib. Zaporojya Milli Universitetində psixoloq kimi təhsil alıb. I.K. Karpenko-Karoqo adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetində teatr və kino aktyoru kimi təhsil almışdır. Karyerasının başlanğıcı Karyerasına mətbuatda başlamışdır. Zaporojyanın "Telesiti" nəşriyyatında işləmişdir. 2000-ci ildə "Zaporojya seç" qəzetinin müxbiri kimi çalışmışdır. 18 yaşında Zaporojyanın TV5 kanalında təlim keçir. 2001-ci ildə orada hava proqnozunun aparıcısı kimi çalışır.
2003-cü ildə Sokolova Luqansk regional televiziya kanalında "Lot TV"-də "Dünyanın bütün pulları" verilişinin aparıcısı olmuşdur.
2004-cü ildə Azad Teatrın aktrisası idi. Burada Riçard Baxın eyniadlı əsəri əsasında çəkilmiş "Conatan Livinqstonun qağayısı" tamaşasında Salli rolunu canlandırdı. Sonra Dax Teatrının Pirandello, Qəhvə və Siqaret və Ukrayna Dekameronu tamaşalarında oynayır.
2006 — 2017 Sokolova 2006-cı ildə "İnterdə səhər" şousunda aparıcı və jurnalist kimi fəaliyyətə başlayaraq televiziyaya qayıdır. Elə həmin il filmlərdə rol almağa başlayır. 2007-ci ilin martından 2008-ci ilə qədər "1 + 1-dən səhər yeməyi" verilişinin aparıcısı və jurnalisti olur. 2009-cu ildə "Beşdə səhər" proqramına rəhbərlik etmişdir. 2011-ci ildən 5-ci kanalda "Yanina Sokolova ilə Kino", "Vremya Novostei", 2015-ci ildən isə "Yanina Sokolova ilə Randevu" verilişinin aparıcısı kimi çalışır.
Şəxsi həyatı 30 may 2010-cu ildə bankir Vladimir Litvinlə evləndi. Onların iki oğlu var: Nikolay və Miron.
Uzun müddət radiasiya və kimyaterapiya kursundan sonra xərçəngin öhdəsindən gəlir. Nəticədə xərçəngdən əziyyət çəkən insanlara kömək etmək, cəmiyyətin xərçəng xəstələrinə münasibətini dəyişdirmək, həyatlarını asanlaşdırmaq və xoşbəxt etmək məqsədi ilə "Mən Ninayam" layihəsini qurur. Yanina Sokolova «Screen School» ekran incəsəti məktəbinin qurucusu və “Televiziya aparıcısı” kursunun rəhbəridir. Vətəndaş mövqeyi Ukraynadakı HeforShe Qadın Hüquqları Hərəkatının media səfiri. Donbassda "Birləşmiş Qüvvələrin əməliyyatları" hərəkatının könüllüsüdür.
İstinadlar
Kateqoriya:YouTube Gümüş play düyməsi alanlar Kateqoriya:Ukrayna aktivistləri Kateqoriya:Ukrayna aktrisaları Kateqoriya:Ukraynanın televiziya aparıcıları Kateqoriya:XXI əsr aktrisaları