XI sülalə (təx. 2130–1991) — Qədim Misirdə birinci aralıq dövrdə hakimiyyətdə olmuş sülalələrdən biri.
Ümumi məlumat X sülaləni devirən Tebes nomarxları yeni, XI sülalənin əsasını qoydular. XI sülalənin hakimiyyəti birinci aralıq dövrün sonu və Orta padşahlığın yaranması ilə xarakterikdir.
Sülalənin başlağıcı İkunun oğlu Böyük İntefdən götürülür. Ancaq Manefonun yazılarına, Turin siyahısına və müasir tədqiqatlara əsasən xanədanın ilk padşahı I Mentuhotep idi.
XI sülalə ilkin zamanlar bütün Misiri ələ keçirə bilmirlər. Belə ki, Herakleopolda yerli sülalə firona tabe olmurdu.
II İntefə aid edilən yazılara əsasən göstərirlir ki, o firon titulunu götürən və Herakleopolla müharibə aparan ilk hökmdar idi. II İntef həmçinin Abidos nomunu da özünə tabe etdi.
II İntefdən başlayan savaşlar II Mentuhotep zamanı bitdi. Beləki II Mentuhotep Herakleopolu zəbt etdi. Beləliklə Misir VI sülalədən sonra ilk dəfə birləşdirildi. Bundan sonra II Mentuhotep Finikiya torpaqlarına da ekspedisiya yolladı.
IV Mentuhotep bu nəsildən sonuncu firon oldu. (mirror ). Onu əvəzləyən I Amenemhet yeni hakim sülalənin başlanğıcını qoydu. Müasir alimlər IV Mentuhotepin çatisi Amenemhetin çevriliş yolu ilə taxta çıxdığını düşünürlər. Digər fərziyyə görə IV Mentuhotepin sələfi yox idi. Buna görə onun ölümündən sonra halimiyyətə ən yaxın köməkçisi gəldi.
Fironlar Manefon XI sülalədən 16 fironun çıxdığını bildirir. Turin siyahısında isə 7 fironun 143 il hökmdarlıq etdiyi göstərilmişdir. Ad Taxt adı Şəkil Hakimiyyət illəri Qeyd <center>Böyük İntef<center>—thumb|center|110px—XI sülalədən adı bilinən ilk hökmdar. Tebes hakimi.<center>I Mentuhotep<center><center>Tebia<center>thumb|center|110px <center>e.ə. 2134-?<center>Böyük İntefin oğlu. XI sülalədən ilk firon. Ancaq bu titulu daşımamışdır.<center>I İntef<center><center>Sehertaui<center>thumb|center|110px<center>e.ə. ?-2118<center>I Mentuhotepin oğlu. Sülalədən ilk firon titulunu götürən hökmdar.<center>II İntef<center><center>Uaxanx<center>thumb|center|110px<center>e.ə. 2118–2069<center> I Mentuhotepin oğlu. Herakleopola qarşı savaşmışdır.<center>III İntef<center><center>Naxtnebtepnefer<center>thumb|center|110px<center>e.ə. 2069–2061<center>II İntefin oğlu.<center>II Mentuhotep<center><center>Seanxibtaui Netcerihedcet Smataui<center>thumb|center|110px<center>e.ə. 2061–2010<center>III İntefin oğlu. Misiri birləşdirmişdir.<center>III Mentuhotep<center><center>Sanxtauief<center>thumb|center|110px<center>e.ə. 2010–1998<center>II Mentuhotepin oğlu.<center>IV Mentuhotep<center><center>Nebtaui<center>thumb|center|110px<center>e.ə. 1998–1991<center> III Mentuhotepin oğlu. XI sülalədən sonuncu firon.
İstinadlar Kateqoriya:Qədim Misir sülalələri Kateqoriya:Qədim Misir tarixi Kateqoriya:Qədim Misir