Rakov Şkoçyan ( ; ) — Sloveniyanın cənub-qərbindəki Daxili Karniola Regional Parkının bir hissəsi olan dərə və təbiət parkı. İnzibati olaraq Rakov Şkoçyan qəsəbəsinə aiddir. Bura 1949-cu ildən qorunur və Sloveniyadakı ən qədim təbiət parkıdır.

Coğrafiya Rakov Şkoçyan dərəsi üzərində iki təbii körpü var: Kiçik təbii körpü () və axının təxminən aşağısında Böyük təbbi körpü (). Vadinin üstündə, Böyük Təbii Körpünün yaxınlığında 17-ci əsrin əvvəllərində qotik üslubunda inşa edilmiş Müqəddəs Kantianus Kilsəsinin xarabalıqları yerləşir. Bu ərazi həmçinin Dəmir dövrünə aid arxeoloji məkandır.

Vadi hər tərəfdən hündürülüyü -ə qədər çata bilən qayalarla əhatə olunmuşdur.

Etimologiyası Rakov Škocjan ifadəsi hərfi mənada "Rak dərəsindəki Škocjan" deməkdir. Škocjan adı digər yer adlarında da olduğu kimi "yerli kilsənin himayədarı" mənasını verən sözündən götürülmüşdür.Snoj, Marko. 2009. Etimološki slovar slovenskih zemljepisnih imen. Ljubljana: Modrijan and Založba ZRC, p. 413. Vadi öz adını Rakov Şkoçyan qəsəbəsi ilə bölüşür.

Qalereya

İstinadlar