Hatı Çırpan (), həmçinin Satı Kadın kimi də tanınır — Türkiyə siyasətçisi, Türkiyə Böyük Millət Məclisinin 1935-ci il parlament seçkilərində seçilən ilk qadın üzvlərindən biri.

Həyatı 1890-cı ildə Kahramankazan ilçəsində doğulmuşdur. Atasının adı Kara Mehmet Efendi, anasının isə Emine Hanım idi.Duroğlu, Sibel (2007). "Türkiye'de İlk Kadın Milletvekilleri " (PDF). Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü (Yüksek Lisans Tezi), s. 69–72.

18 iyul — 23 avqust 1934-cü il tarixləri arasında reallaşdırılan İkinci Dil Qurultayından () əvvəl, 16 İyulda Prezident Mustafa Kamal Atatürk ekskursiya üçün Ankaradan 50 km uzaqda olanEmin Karakuş, 40 yıllık bir gazeteci gözü ile İşte Ankara, Hür Yayın ve Ticaret, 1977, p. 22. Kazan kəndinə (o dövrdə Ankara ilinin Kızılcahamam mahalının bir hissəsi idiA. Afetinan, Tarih’ten bugün’e, Türk Tarih Kurumu Basımevi, 1970, p. 164.A. Afetinan, Cumhuriyetʼin Ellinci yılı için Köylerimiz, Türk Tarih Kurumu Basımevi, 1978, p. 8.) yollandı. Bu ekskursiya zamanı Atatürk Kazanın kənd muxtarı olan Satı Kadınla tanış oldu. O, Türkiyə İstiqlaliyyət müharibəsi dövründə dörd il döyüşən bir kəndli qadın idi.The Turkish Woman (1919–1923), Basın Yayın Genel Müdürlüğü, p. 36. Onunla söhbət etdikdən sonra Atatürk Satı Kadınnın nailiyyətləri və intellektinə rəğbət bəslədiyini etiraf etdi.

Afet İnanın sözlərinə görə, Atatürk onunla görüşdükdən sonra demişdir: "Bax bu parlament üzvü kimi uğur qazana biləcək qadındır".İşte mebus olacak kadın., A. Afetinan, Kemal Atatürk'ü Anarken, Güzel Sanatlar Matbaası, 1956, p. 67. Satı Kadının uğurlu seçki kampaniyasını Atatürkün özü sponsorluq etdi və dəstəklədi. Sonradan o dövrdə Hattiler sivilizasiyası ilə maraqlanan Atatürkün məsləhəti ilə o, birinci adını Hatı olaraq dəyişdirdi, bundan başqa onun əvvəlki adı türk dilində "satmaq" və ya "satın almaq" mənasını verirdi. 1934-cü ildə qəbul olunan və bütün türk vətəndaşlarının soyadı olmasını tələb edən Soyadı qanununa görə o, Çırpan soyadını seçdi.

İstinadlar

Kateqoriya:Türkiyənin qadın siyasətçiləri Kateqoriya:TBMM V çağırış deputatları Kateqoriya:Türkiyənin qadın deputatları Kateqoriya:Türkiyə fermerləri