Hacı Mirzə Hüseyn bəy Mirzə Kərim bəy oğlu Münşizadə (1863-1932) — şair.

Həyatı

Hacı Mirzə Hüseyn bəy Mirzə Kərim bəy oğlu 1863-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Hacılı camaatındandır. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsə də təhsilini davam etdirmişdi. Şərq dillərini bilirdi.

Hacı Mirzə Hüseyn bəy Şuşada yaranan "Qarabağ məclisi"nin üzvü idi. Bu təşkilatın üzvləri erməni slahlılarına qarşı mübarizə aparırdilar. 1908-ci ilin mart ayının 23-də Hacı Mirzə Hüseyn bəy Münşizadə polis tərəfindən saxlanıldı. Məhkəmədən sonra Həştərxan quberniyasına sürgün edildi.

Hacı Mirzə Hüseyn bəy Münşizadə şair idi. Çakər təxəllüsü ilə ürəkaçan şeirlər yazırdı. Təzkirəçi Mir Möhsün Nəvvab öz ünlü əsəri "Təzkireyi-Nəvvab"da yazir: "Mirzə Hüseyn bəy Çakər ibn Mirzə Kərim bəy ibn Hacı Məhəmməd Qarabağin Şuşa əhlindən, Qurdlar məhəlləsindəndir. Şuşada anadan olub. 30 yaşı var. Farsca savadı var. Peşəsi tacirlikdir. Təxəllüsü Çakərdir".Mir Möhsün Nəvvab, Təzkireyi-Nəvvab, Bakı.

Hacı Mirzə Hüseyn bəy Münşizadə şair kimi tanınsa da, daha çox vətənpərvər kimi tarixin yaddaşında yaşayır.

Yaradıcılığı

İstinadlar

Mənbə

Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.

Həmçinin bax Münşizadələr Hacılı camaatı

Xarici keçidlər

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Münşizadələr