Amo Sagiyan (, əsl adı Amayak Saakoviç Qriqoryan; ) — sovet və erməni şairi.Համո Սահյան – ԿԵՆՍԱԳՐՈՒԹՅՈՒՆ
Həyatı 14 aprel 1914-cü ildə Rusiya imperiyasının Lor kəndində kəndli ailəsində anadan olmuşdur.
Vətənində ibtidai təhsili aldıqdan sonra orta təhsilini Bakıda almış, Böyük Vətən Müharibəsindən əvvəl isə Bakı Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) linqvistika şöbəsini bitirmişdir. 1939–1941-ci illərdə Bakıda "Sovet yazıçısı" jurnalında ədəbiyyatçı kimi çalışmışdır. Müharibə iştirakçısı olan Amo Sagiyan Xəzər flotiliyasında xidmət etmişdir.
Müharibədən sonra erməni yazıçısı Stefan Zoryanın dəvəti ilə İrəvana gəldi və bir müddət onun evində yaşamışdır. Ömrünün sonuna qədər İrəvanda yaşayıb işləmişdir. 1946-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur.
17 iyul 1993-cü ildə İrəvanda vəfat etmiş və Komitas panteonunda dəfn olunmuşdur.
"Qırmızı əmək bayrağı" (2 dəfə), "Oktyabr inqilabı" və "Şərəf nişanı" ilə təltif edilmişdir. "Sesam, açıl" () şeirlər toplusuna görə 1975-ci ildə Ermənistan SSR Dövlət mükafatına layiq görülmüşdür.
Yaradıcılığı Amo Sagiyanın əsərləri 1930-cu illərdə çap edilməyə başlandı. 1939-cu ildən SSRİ Yazıçılar İttifaqının üzvü idi.
"Vorotan sahilində" adlı ilk şeir toplusu 1946-cı ildə nəşr edilmişdir. Sonra "Yüksəkliklərdə" (1955), "Yaşıl qovaq" (1959), "Mahnılarda Ermənistan" (1962), "Qürubdan əvvəl" (1963), "Qayaların mahnısı" (1968), "İllərim" (1970), "Çağır, durna!" (1973) və s.
Xatirəsi İrəvanın Arabkir inzibati rayonunun küçələrindən biri və İrəvanda yerləşən 70 nömrəli məktəb Amo Sagiyanın şərəfinə adlandırılmışdır. Sisian şəhərində ona abidə ucaldılmışdır. 1975-ci ildə rəssam Hrant Stepanyan, hazırda Yegişe Çarents Ədəbiyyat və İncəsənət Muzeyində yerləşən Amo Sagiyanın portretini çəkmişdir. 2007-ci ildə İrəvanın Kasyan küçəsində Sagiyana aid xatirə lövhəsi vurulmuşdur. 14 aprel 2014-cü ildə 100 illik yubileyi münasibətilə şairin doğma kəndində ev muzeyi açılmışdır. 2014-cü ildə onun şərəfinə Ermənistanda poçt markası buraxılmışdır.
thumb|293x293px|İrəvan şəhəri Komitas prospektindəki xatirə lövhəsi|alt=
thumb|Poçt markası
İstinadlar
Xarici keçidlər Сагиян, Амо // Müxtəsər Ədəbiyyat Ensiklopediyası / Гл. ред. А. А. Сурков. — M. : Советская энциклопедия, 1962–1978. Համո Սահյան (1914–1993)
Kateqoriya:Erməni şairlər Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri