III Filip və ya Cəsur Filip (Fransızca: Philippe le Hardi; ) — Fransa kralı.Woodacre, Elena (2013). The Queens Regnant of Navarre. Palgrave Macmillan.
III Filip təbiətcə mülayim və çəkingən idi və bu səbəblə iqtidarı boyunca qərarsızlıq nümayiş etdirdi. Belə ki, valideynlərinin güclü nüfuzu altında qalmış, atasının yeritdiyi daxili və xarici siyasəti eynilə davam etdirmişdir. Cəsur ləqəbini isə xarakteri və siyasi kimliyi səbəbilə deyil, döyüş meydanında göstərdiyi cəsarəti ilə qazanmışdır.Hallam, Elizabeth M. (1980). Capetian France: 987–1328. Longman.
Atası IX Lüdovik səkkizinci səlib yürüşü əsnasında Tunisdə vəfat etmiş, onu müşayiət edən Filip isə dərhal Fransaya yola düşərək 1271-cii ldə Reyms şəhərində taxta çıxmışdır.Morrison, Elizabeth; Hedeman, Anne Dawson, eds. (2010). Imagining the Past in France: History in Manuscript Painting, 1250–1500. J. Paul Getty Museum.
III Filip səltənəti ərzində bir çox önəmli torpaqları satın alaraq krallığın ərasini böyütdü. Bunlar arasında ən önəmlisi isə taxta çıxdığı il kral mülkiyyətinə birləşdirilən Tuluza əyaləti oldu. Siciliyadakı din xadimlərinin üsyanının ardından Siciliya kralı olan əmisi I Karl əleyhinə Araqon kralı III Pyotrun rəhbərliyində üsyan başlamış, bu üsyanı yatırmaq və əmisinə dəstək vermək məqsədilə III Filip Araqon üzərinə yeni bir xaçlı səfəri tərtibləmişdir. Ancaq bu səfər uğursuzluqla nəticələndi və III Filip dönüş yolunda 1285-ci ildə cənubi Fransada vəfat etdi. Ölüm səbəbi isə dizenteriya olaraq göstərilir.Henneman, John Bell (1971). Royal Taxation in Fourteenth-Century France: The Development of War Financing, 1322–1359. Princeton University Press.
Həyatı
Mənbə Bradbury, Jim (2007). The Capetians: The History of a Dynasty. Continuum. Cárdenas, Fabricio (2014). 66 petites histoires du Pays Catalan (in French). Ultima Necat. Chaytor, H. J. (1933). A History of Aragon and Catalonia. Methuen Publishing Ltd. Earenfight, Theresa (2013). Queenship in Medieval Europe. Palgrave Macmillan. Jordan, William Chester (2007). "Philip III the Bold". In Kibler, William W.; Zinn, Grover A. (eds.). Medieval France: An Encyclopedia. Routledge. de Pontfarcy, Yolanda (2010). "Philip III". In Lansing, Richard (ed.). The Dante Encyclopedia. Routledge. Richard, Jean (1992). Lloyd, Simon (ed.). Saint Louis: Crusader King of France. Translated by Birrell, Jean. Cambridge University Press. Riley-Smith, Jonathan (2005). The Crusades: A History. Continuum. Sumption, Jonathan (1990). The Hundred Years War:Trial by Battle. Vol. I. Faber and Faber Limited.
İstinadlar
Kateqoriya:Avropa tarixi Kateqoriya:Fransa kralları Kateqoriya:XIII əsr Fransa kralları