Eliyahu Ben Şaul Koen, daha çox Əli Koen adı ilə tanınır (; ; ) — İsrail xüsusi xidmət orqanı Mossadın cəsusu. 1961-1965-ci illərdə Suriyada casusluq fəaliyyətləri ilə məşğul olmuş, Suriyanın siyasi və hərbi iyerarxiyası ilə sıx əlaqələr yaratmışdır. Suriya Müdafiə Nazirinin baş məsləhətçi vəzifəsinə qədər yüksəlmişdir.

Suriyanın əks-kəşfiyyat orqanları tərəfindən fəaliyyəti 1965-ci ildə üzə çıxarılmışdır. Hərbi məhkəmə tərəfindən Suriya əleyhinə cəsusluqda günahlandırılaraq, 1965-ci ilin 18 may tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində kütlənin qarşısında edam edilmişdir.

Əli Koen, Dəməşqdə cəsus kimi fəaliyyət göstərdiyi 4 il ərzində Mossada çox önəmli məlumatlar ötürmüş və həmin məlumatlar Altı günlük müharibə zamanı xüsusi ilə Colan təpələrinin işğal olunmasında istifadə olunmuşdur. İsrail dövləti cəsusun qalıqlarını bir necə dəfə Suriya hökumətindən almağa çalışsa da, Əli Koenin cəsədini geri qaytarmaq mümkün olmamışdır.

Həyatı

Əli Koen 1924-cü ilin 6 dekabr tarixində Misirin İsgəndəriyyə şəhərində, Misir yəhudiləridən olan bir ailədə anadan olmuşdur. XX əsrin əvvəllərində Misirin İsgəndəriyyə və Qahirə şəhərləri başda olmaqla müxtəlif bölgələrində 80 minə yaxın yəhudi əsilli şəxs yaşamaqda idi. Əlinin atası 1914-cü ildə ticarət əlaqələrini daha da möhkəmləndirmək üçün ailəsi ilə birlikdə Hələb şəhərinə köçmüşdür. Koen sonralar Qahirə Universitetində təhsil almışdır.

1947-ci ilin yanvarında Əli, bütün gənc yəhudilərin ödəməli olduqları varlıq vergisini ödəməyə alternativ olaraq Misir Ordusunda xidmətə başlamışdır. Qeyri-müsəlman olması səbəbindən qısa müddətdə ordudan tərxis edilmişdir. Müsəlman qardaşlar tərəfindən etnik mənsubiyyəti əsas gətirilərək təqib edilməyə başlandıqdan sonra univeritet təhsilinə fasilə vermiş və evdə oxumaqla bilik və bacarıqlarını artırmağa çalışmışdır.

1949-cu ildə Əlinin üç qardaşı və valideynləri İsrailə immiqrasiya etmişdir. Lakin o, elektronika üzrə adlığını təhsilini bitirmək və Misirdə fəaliyyət göstərən gizli sionist təşkilatların fəaliyyətlərini koordinasiya edə bilmək üçün ölkədə qalmağa davam etmişdir. 1951-ci ildə Misirdə baş vermiş hərbi çevrilişdən sonra yeni hökumət anti-sionist təbliğatını gücləndirmiş və Əli Koen xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq dindirilmişdir.

Misir hökuməti, ölkə yəhudilərinin gizli yollarla İsrailə qaçırılmasını nəzərdə tutan və İsrail dövləti tərəfindən gerçəkləşdirilən Qoşen əməliyyatında Koenin rolunu sübut edə bilməsə də, Koen ölkə daxilində bir çox gizli əməliyyatların əsas təşkilatçılardan və iştirakçılarıdan biri olmuşdur. Qoşen əməliyyatı nəticəsində 10.000-dən çox Misir yəhudisi Sinay yarımadası və dəniz yolları əsas olmaqla gizli formada ölkədən çıxarılmış və İsrailə gətirilmişdir.

1955-ci ildə İsrail Gizli Polis təşkilatı Misir yəhudilərini tarixə Lavon İşi olaraq keçmiş gizli əməliyyata cəlb etmişdir. Əməliyyatın əsas mahiyyəti Misirdə yerləşən və ABŞ, Böyük Britaniya və digər qərb dövlətlərinə məxsus olan strateji əhəmiyyətli obyektlər xüsusi hazırlanmış bombalarla partladılmasını nəzərdə tuturdu. Bununla Misirin sözügedən dövlətlərlə münasibətlərinin korlanması və hətta müharibə vəziyyətinə gətirilməsi nəzərdə tutulmuşdur. Əli Koen və digər bir necə misir yəhudisi həmin əməliyyatda fəal iştirak etmişdir.

Misir xüsusi xidmət orqanlarının səyləri nəticəsində əməliyyatda iştirak etdiyi sübuta yetirilən iki misir yəhudisi həbs edilərək, daha sonra edam edilmişdir. Koenin əsas qrupa yardım etdiyi məlum olsa da, növbəti dəfə günahı sübuta yetirilə bilməmişdir. Lavon işi əməliyyatından sonra Misirdə yəhudilərə qarşı mənfi münasibət daha da kəskinləşmişdir. 1956-cı ilin dekabr ayında Koen və digər bir necə yəhudi İsrail üçün Yəhudi Agentliyinin köməkliyi ilə Misirdən İsrailə gətirilmişdir.

1957-ci ildə İsrail Silahlı Qüvvələri tərəfindən əməkdaşlığa cəlb olunmuş və orduda xidmət keçməyə başlamışdır. Hərbi kəşfiyyat baş idarəsində, əks-kəşfiyyat üzrə analitik kimi çalışan Koen iki dəfə Mossad xüsusi xidmət orqanlarında işləmək üçün ərizə ilə müraciət etmişdir. Mossad tərəfindən rədd edilməsi Koendə ruh düşünkünlüyü yaratmış və ordudan tərxis olaraq növbəti iki il ərzində Tel-Əviv şəhərində yerləşən sığorta şirkətlərinin birində mühasib olaraq çalışmışdır.

1959-cu ildə İraq yəhudilərindən olan Nadiya Məcald ilə ailə həyatı qurmuşdur. Nadiya Məcald, tanınmış iraq yəhudisi yazıçı Sami Mikayılın doğma bacısıdır. Evli olduqları müddət ərzində Sofiya, İrit və Şayi adlı üç övladları olan ailənin mənzilləri Aralıq dənizinin sahilinfə yerləşən Təl-Əviv şəhərində respublika tabeli şəhər olan Bat-Yamda yerləşməkdə idi.

Mossad tərəfindən əməkdaşlığa cəlb olunması thumb|right|280px|Mərkəzdə dayanmış Əli Koen Colan təpələrində. Foto 1965-ci ildən əvvəl çəkilmişdir. 1961-ci ildə Mossadın üçüncü direktoru Meir Amit Suriya hökumətinin daxilində fəaliyyət göstərəcək və Suriyanın İsraillə bağlı planlarını Mossada çatdıracaq yeni bir xəfiyyə axtarışında idi. Amit mümkün bütün namizədlərin şəxsi işlərini araşdırdıqdan sonra münasib bir namizəd üzərində qərar tuta bilmir və daha öncə müraciət etmiş, ancaq müraciətləri rədd edilən namizədlərin şəxsi işlərinə baxarkən Əli Koen adlı Misir yəhudisi olan və ərəb dilini mükəmməl bilən birinin daha öncə iki dəfə Mossada iş üçün müraciət etdiyini görür.

İki həftə ərzində Mossad tərəfindən gündəlik fəaliyyətləri izlənilən Koen sonunda Mossadın qərargahına çağrılaraq iş üçün dəvət olunur. İlkin sınaq müddətini uğurla başa vurmasından sonra Mossad tərəfindən altı ay müddətinə xüsusi təlim kursuna cəlb olunur. Məzun hesabatında katsa və ya sahə müvəkkili olmaq üçün lazım olan bütün keyfiyyətlərə sahib olduğu göstərilmişdir.

Katsa, sırf Mossad tərəfindən öz xəfiyyələrini adlandırmaqları üçün istifadə olunan bir termindir və daha çox yüksək dərəcədə əhəmiyyət kəsb edən əməliyyatlarda iştirak edən şəxslərə verilməkdədir. Mossadın tam hüququlu və yüksək rütbəli əməkdaşına çevirilən Əli Koen ilk əməliyyatı kimi Argentinanın paytaxtı Buenos-Ayres şəhərinə göndərilir. Buenos-Ayres şəhərində özünü Kamal Əmin Taybet kimi təqdim edərək varlı bir ailədən gələn Argentina suriyalılarından olduğunu göstərməyə çalışır və burada yaşayan Suriya əsilli vətəndaşlarla müəyyən işgüzar və dostluq əlaqələri formalaşdırır.

Özünü iş adamı kimi təqdim edərək həmin dövrdə Suriyada fəaliyyəti qadağan olunmuş Ərəb Sosialist Bəəs Partiyasının Argentinadakı özəyinə ciddi maddi yardım göstərmək istədiyini və yenidən tarixi ata-baba ölkəsinə qayıtmaq istədiyini bildirir. Qısa zamanda mövcud Suriya hökumətinə qarşı müxalif baxışları ilə tanınan Argentina suriyalıları arasında ciddi hörmət və etibar qazanır və 1963-cü ildə Suriyada baş vermiş hərbi çevriliş zamanı söz verdiyi maddi yardımları göstərir.Radio Times, Israel's Secret Weapon, 10–16 February 1990, p.16

Suriya

Koen, 1962-ci ilin fevralında dostları ilə birgə Suriyanın paytaxtı Dəməşq şəhərinə gəlir və burada da özünü Kamal Əmin Taybet () adı ilə tanıdır. Beləliklə Mossad, yüksək vəzifəli Suriya siyasətçiləri, hərbi rəsmilər, nüfuzlu ictimai xadimlər və diplomatik ictimaiyyət ilə münasibət qurmaqda istifadə edəcəyi Koenə təlimatlarını diqqətli bir şəkildə verməyə başlamışdır. Koen, Argentinada olduğu kimi ictimai həyatını davam etdirərək, kafelərdə və insanların toplaşdığı yerlərdə siyasi və ictimai müzakirələrə qoşulmaqla vaxtını keçirdirdi. O, həmçinin şəhərin mərkəzində kirayə götürmüş olduğu mənzilində yüksək vəzifəli suriyalı nazirlər, iş adamları və generalları üçün bahalı zifayələr təşkil etməsi ilə tanınmışdır. Qısa zamanda şəhər elitası arasında Koenin mənzilində təşkil edilən zifayətlər məşhurluq qazanmağa başladı.

Genarallar xüsusi ilə gənc qızlarla əylənmək üçün həmin ziyafətlərə gəlməyə can atırdılar. Sözügedən ziyafətlərdə içkinin təsiri altında olan hərbçilər açıq formada dövlət sirri təşkil edə biləcək planlardan və İsrailə qarşı mümkün hərəkətlər haqqında bir-birinin arasında danışırdılar. Yüksək rütbəli məmurlara küllü miqdarda qarşılıqsız borc verməsi və daim diqqətləri üzərinə cəlb edə bilməsi səbəbindən Koen bu tipli şənliklərdən çoxlu sayda əhəmiyyətli məlumatı əldə edib, İsrail dövlətinə ötürmüşdür.

Kəşfiyyat məlumatlarının toplanması thumb|left|280px|Əli Koen Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən evinin eyvanında. Fotonun 1963-cü ildə çəkildiyi ehtimal olunur. Suriyada dövləti idarə edən hərbi və siyasi elita Əli Koeni Kamal Əmin Taybet adı ilə tanımışdır. Onlara görə Taybet Argentina əsilli bir suriyalı olmaqdan əlavə öz vətənin sevən və şəxsi maliyyə vəsaitələri hesabına onun dirçəldilməsinə çalışan bir vətənpərvər şəxs olmuşdur. Taybet tez-tez Avropa ölkələrinə səfərlər edir və xüsusi ilə İsveçrəyə gedirdi. Bu səfərlərin əsas məqsədi kimi yeni biznes əlaqələrini qurulmasını və ya Suriya dövləti üçün mühüm olan hansısa zəruri əmtəənin ölkəyə gətirilməsini göstərmişdir. Əslində isə Koen Sürix şəhərində Mossadın əməkdaşları ilə görüşür və yeni təlimatlarını onlardan alırdı. Həmin görüşlərin birində, hətta İsrailin sabiq Baş Naziri ilə belə görüşdüyü iddia olunmaqdadır. İsveçrəyə getmək adı ilə ölkəni tərk edən zaman üç dəfə də İsrailə səfər etmiş və burada əsil ailəsi və Mossadın əməkdaşları ilə vaxt keçirmişdir.

İsrailə məlumatların göndərilməsi üçün xüsusi radio ötürüçüdən və ya müxtəlif təyinatlı mebellərin içərisinə gizlədilmiş kiçik şifrəli kağız parçalarından istifadə olunmuşdur. Koenin ötürmüş olduğu ən önəmli kəşfiyyat məlumatlarından biri Colan təpələri ilə bağlıdır. Belə ki, şəxsi əlaqələrindən istifadə edərək Təbəriyyə gölünün qarşı sahilində yerləşən Suriya ordusuna məxsus istehkamları ziyarət edən Koen burada orduya məxsus gizli yeraltı blindajlar olduğunu görür.

Həmin blindajlar gölün İsail nəzarətində olan sahillərini tam olaraq nəzarət altında saxlayırdı və yeraltında yerləşdiyindən İsrail tərəfindən görünmürdü. Əli Koen suriyalı əsgərlərə hörmət əlaməti olaraq ordudakı dostlarından xahiş edir ki, blindajların yaxınlığında əsgərlərin dincəlməsi üçün sidr ağacları əkməyə icazə verilsin.

Yay aylarında Təbəriyyə gölü sahillərinin çox isti olması və hərbi xidmət şəraitinin ağırlığı nəzərə alınaraq, Koenin bu arzusuna icazə verilir və beləliklə də əkilmiş ağaclarla qarşı tərəf üçün hədəflərin yerini rahat müəyyənləşdirmək imkanı yaradılır.

Növbəti səfərlərində Mossad tərəfindən verilmiş kiçik foto kamera ilə çoxlu sayda Suriya ordusuna aid mövqelərin fotoşəkillərini və eskizlərin çəkərək gölün cənub sərhədlərinin əsaslı xəritəsini çıxarmışdır. O eyni zamanda ordunun gizli formada hazırladığı üç yeraltı bunker və minaatan qurğuların saxlanılması üçün xüsusi saxlanc yerlərinin koordinatları haqqqında da məlumatlar vermişdir. İsrail Silahlı Qüvvəlləri bu günə qədər Təbəriyyə gölünün Suriya ordusu tərəfindən nəzarət altında qalan hissəsində sadəcə bir ədəd yeraltı bunkerin olduğunu təxmin edirdi, bu səbəbdən Koen tərəfindən verilən məlumatlar tamamilə yeni xarakter daşımaqda idi.

Xəfiyyə tərəfindən göndərilmiş həyati əhəmiyyətli məlumatlardan biri də Suriya hökumətinin İordan çayının axın istiqamətini dəyişdirməsi ilə bağlı planları olmuşdu. Belə ki, İsrailin əsas şirin su qaynaqlarından biri olan İordan çayını axın istiqamətinə müdaxilələr etməklə İsraildə humanitar böhran yaratmağa çalışan Suriya və Livanın planlarından İsrail tərəfi xəfiyyənin sayəsində vaxtında xəbər tutmuşdur. thumb|right|250px|1959-cu ildə İraq yəhudilərindən olan Nadiya Məcald ilə baş tutmuş toyundan foto. Ehtimal olunur ki, təpələrin Altı günlük müharibə dövründə İsrail Silahlı Qüvvələri tərəfindən işğal olunmasında xəfiyyə tərəfindən ötürülmüş məlumatların həyati əhəmiyyəti olmuşdur. Bəzi kəşfiyyat və əks-kəşfiyyat mütəxəssisləri isə xəfiyyə tərəfindən göndərilmiş məlumatların İsrail ordusunun əlində olan təhcizat imkanları ilə peyk üzərindən asanlıqla müəyyənləşdirilə biləcəyini qeyd etmiş və sözügedən məlumatların Colan təpələrinin Altı günlük müharibə dövründə işğalında həlledici rol oynaması fikirini istisna etmişdilər.

Saxlanılması