Qadınlar arasında İslam Oyunları — 1993-cü ildə başlayan çoxnövlü beynəlxalq idman yarışması. Tədbir İslam Qadın İdmanı Federasiyası (IFWS) tərəfindən təşkil edilmişdir. Oyunlarda iştirak etmək üçün istənilən millətdən olan müsəlman qadınlara icazə verilirdi.
Yarış tədbiri 1993, 1997, 2001 və 2005-ci illərdə İranda keçirilmişdir.
Məqsədlər
İslam dininə görə, müsəlman qadınlar beynəlxalq idman yarışlarında qapalı geyim və baş örtüyü olmadan yarışa bilməzlər. Müsəlman qadınları regional, qitə, qlobal və olimpiya miqyasında qlobal rəqabətə nail olmağa ruhlandırmaq. Qadınlar arasında İslam Oyunları beynəlxalq yarışa çevriləcək və idmançıların çıxışlarının qeydiyyatı aparılacaqdır.
Keçirilmiş arışlar İlOyunlarEv sahibiÖlkələrİdmançılarİdman növləriMedallar1-ci yer2-ci yer3-cü yer1993I Tehran / Rəşt104077 (27) (20) (12)1997II Tehran2474812 (58) (35) (19)2001III Tehran / Rəşt2379515 (77) (18) (8)2005IV Tehran / Rəşt44131618 (31) (9) (6)
Medal cədvəli 25 ölkə Qadın İslam Oyunlarında ən azı bir medal qazanmışdır. 23 ölkə ən azı bir qızıl medal qazanmışdır. Bu günə qədər ən çox medal qazanan ölkə İrandır.
Həmçinin bax
İslam Həmrəyliyi Oyunları
İstinadlar
Kateqoriya:Qadınlar arasında İslam Oyunları Kateqoriya:İslamda qadınlar Kateqoriya:Qadınlar arasında idman yarışları