Sergey Leonidoviç Rubinşteyn () — rus psixoloqu.
Həyatı İnsanın fəlsəfi-psixoloji konsepsiyasını yaratmışdır. Rubinşteynə görə, xarici təsir daxili şəraitdən keçərək təsir göstərir. O, bu ideyalarını inkişaf etdirərək 1940-cı ildə nəşr etdirdiyi "Ümumi psixologiyanın əsasları" adlı əsərində ümumiləşdirir.
1942-ci ildə bu əsərə görə Rubinşteyn II dərəcəli Stalin mükafatına layiq görülür. 1943-cü ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilir.
1947-ci ildə o, kosmopolitizmdə Sovet elmini düzgün qiymətləndirməməkdə təqsirləndirilir. 1949-cu ildə bütün vəzifələrdən azad edilir. 40-cı illərdə kəskin şəkildə Rubinşteynə qarşı çıxan A. N. Leontyev 1977-ci ildə onun mövqeyini düzgün hesab edir.
Rubinşteyn şüur və fəaliyyətin vəhdəti ideyasını irəli sürür və əsaslandırırdı. Göstərirdi ki, şüur insanın obyektiv aləmlə əlaqəsini yaradır. Bu əlaqələr fəaliyyət vasitəsilə reallaşır.
Mənbə Əliyev R. İ. Psixologiya tarixi. Bakı, 2006
İstinadlar
Kateqoriya:Psixoloqlar Kateqoriya:Pedaqoji elmlər doktorları Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri