Yoşua əməliyyatı, həmçinin Şeba əməliyyatı kimi də tanınır — 1985-ci ildə Sudanda yerləşən qaçqın düşərgələrindən efiopiyalı yəhudilərin İsrailə evakuasiya edilmə əməliyyatı.
Efiopiya yəhudiləri, ölkələrindəki ağır aclıqdan Sudan qaçqın düşərgələrinə üz tutmağa məcbur qaldılar. İsrail qüvvələrin 21 noyabr 1984-cü ildən 5 yanvar 1985-ci ilədək keçirtdiyi Musa əməliyyatı nəticəsində 8000 nəfəri İsrailə çatdırıldı, ancaq məlumat mətbuata sızandan sonra müsəlman ölkələrindən təzyiqlər yaranmağa başlandı və Sudan növbəti uçuşları dayandırdı.
Amerika Birləşmiş Ştatlarının 100 senatorunun hamısı Prezident Ronald Reyqana evakuasiyanın yenidən davam etdirilməsi üçün gizli ərizə imzaladılar. Ardından Vitse-prezident Corc Herbert Buş Yoşua adlı əməliyyatı təşkil etdi. 22 mart 1985-ci ildə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-130 Hercules nəqliyyat təyyarəsi Əl Qadarif şəhərinin yaxınlığında eniş etdi. "təqribən 500", "500-dən çox" və ya "təxminən 650" yəhudi köçürüldü və İsrailin cənubundakı Uvda aviabazasına daşındı.
Ədəbiyyat
Mitchell G. Bard, From Tragedy to Triumph: The Politics Behind the Rescue of Ethiopian Jewry, 2002, , p. 161 - 170
İstinadlar
Xarici keçidlər
Musa və Yoşua əməliyyatları
Kateqoriya:Sudan