Enerji sistemində dayanıqlığın pozulmasının ləğvi avtomatikası (DPLA) qəza zamanı dinamik dayanıqlığın pozulmasının qarşısının alınması və baxılan rayonun (şəbəkə) verilmiş hissəsi üçün statik dayanıqlığın qəzadan sonrakı şərtlərini təmin etmək məqsədilə nəzərdə tutulmuş ƏQA qurğularının cəmidir.

DPLA əks-qəza avtomatikası sisteminin enerjisistemin dayanıqlığını təmin edən birinci hissəsidir. Dayanıqlığın pozulması halında ARAL-ın yarımsistemi yenidən sinxronlaşdırma və ya elektrik şəbəkəsini ayırmaqla asinxron rejimin qarşısının alınmasını təmin edir.

DPLA sistemi mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş sistemlərə bölünür. Əksər hallarda DPLA mərkəzləşdirilməmiş təsir edən qurğuların köməyi ilə yerinə yetirilir. Lakin, ƏQA-nın inkişafı ilə mərkəzləşmiş komplekslər yaradılır və inkişaf etdirilir.

Avtomatikanın növləri DPLA yarımsistemi aşağıdakı avtomatika növlərini əhatə edir:

XAYA, DXAYA — bir və ya iki elektrik veriliş xəttinin açılması zamanı yükaçma avtomatikası SİYA — EVX-nin statik ifrat yüklənməsi zamanı yükaçma avtomatikası DİYA — EVX-nin dinamik ifrat yüklənməsi zamanı yükaçma avtomatikası QQYA — yaxın və ya uzaq qısaqapanma zamanı yükaçma avtomatiaksı GAYA — generatorların açılması zamanı yükaçma avtomatikası TAD — təsirlərin avtomatik dozalaşdırılması

İdarəedici təsirlər DPLA-nın yarımsistemi tdemək olar ki, ƏQA-nın bütün mümkün idarəetmə təsirlərini yerinə yetirir:

GA — generatorların açılması TQY, TUY — turbinin qısamüddətli (impuls) və uzunmüddətli yüksüzləşdirilməsi YA — yüklərin açılması TQ — hidroeneratorların tezliyə görə işə salınması və onların sinxron kompensator rejimindən aktiv rejimə keçirilməsi GY — hidro və turbogeneratorların yüklənməsi ET — aktiv müqavimətlərin qoşulması ilə aqreqatların elektriki tormozlanması

Effektivliyin az olması səbəbindən dayanıqlığın sərhədlərini yüksəltmək üçün əlavə aşağıdakı idarəedici təsirlər var:

RA — şuntlayıcı reaktorlarının açılması KF — uzununa və eninə kompensasiya qurğularının forsirovkası TF — təsirlənmənin forsirovkası GQD — gərginliyə görə TAT-ın qoyuluş qiymətlərinin dəyişdirilməsi dəyişdirilməsi

Ədəbiyyat Окин А. А. Противоаварийная автоматика энергосистем. — М.: Издательство МЭИ, 1995. — 212 с. Глускин И.З., Иофьев Б.И. Противоаварийная автоматика в энергосистемах. — М.: Знак, 2009. — Т. 1. — 568 с. Овчаренко Н. И. Глава седьмая: Автоматика предотвращения нарушения устойчивости // Автоматика энергосистем: учебник для вузов / Н. И. Овчаренко; под ред. А. Ф. Дьякова. — 3-е изд., исправленное. — М.: Издательский дом МЭИ, 2009. — С. 308–350. — 476 с. — ISBN 978-5-383-00354-1. Библия электрика: ПУЭ, МПОТ, ПТЭ / редактор(ы): Д. Насибулина. — Litres, 2013. — ISBN 5457418650, 9785457418653. Kateqoriya:Elektroenergetika Kateqoriya:Rele mühafizəsi Kateqoriya:Energetika