Moris Jarr (Maurice Jarre; ) — bəstəkar.

Həyatı 13 sentyabr 1924-cü ildə Fransanın Lion şəhərində dünyaya göz açmışdır. O, 1952-ci ildə ilk bəstəsini etmişdir. 1960-cı ilin ortalarında ABŞ-də məskunlaşmışdır.

Moris Jarr "Allahın elçisi Məhəmməd" (The Message) filminin musiqisini də bəstələmişdir. 3 övlad atası olan Moris Jarr sonuncu dəfə Berlin festivalında musiqidəki nəaliyyətlərinə görə, "Qızıl ayı" mükafatına layiq görülmüşdür.

Moris Jarr filmlər üçün bəstələdiyi musiqilərinə görə 3 dəfə Oskar mükafatı almışdır. Xərçəng xəstəliyindən əziyyət çəkən bəstəkar 29 mart 2009-cu ildə səhər vəfat etmişdir.http://deyerler.org/texts/news/medeniyyet/25776-gadrd-filminin-musiqisinin-bjjstjjkard-vjjfat-etdi.html

Filmoqrafiya Kolleksiyaçı (film, 1965) / The Collector Qırmızı günəş (film, 1971) / Red Sun Allahın elçisi Məhəmməd (film, 1976) / The Message Çöl aslanı (film, 1981) / Lion of the Desert Ruh (film, 1990) / Ghost

İstinadlar

Kateqoriya:Fransa bəstəkarları Kateqoriya:Lionda doğulanlar Kateqoriya:Los-Ancelesdə vəfat edənlər Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:ABŞ musiqiçiləri