Böyük simfonik orkestr üçün uvertüra və ya "Bayram" uvertürası — bəstəkar Soltan Hacıbəyov tərəfindən 1956-cı ildə simfonik orkestr üçün yazılmış uvertüra əsəri.
Milli simfonik uvertüra nümunələri arasında bəstəkər Soltan Hacıbəyovun böyük simfonik orkestr üçün yazdığı uvertürasında xüsusi seçilir. Bu uvertüra musiqinin sevincli koloriti ilə, inkişaf prosesinin ümumi dinamik məqsədyönlülüyü ilə, forma yığcamlığı və orkestrovkası ilə seçilir.
Uvertüra əsərinin tematizminin parlaqlığı, inkişafın ümumi obrazlı-məna istiqaməti əsərdə proqramlılıq keyfiyyətlərini aşkar edir. Uvertürada bütün ideyanın ümumiləşdirilməsi ayrı-ayrı obrazların konkretliyi ilə uzlaşır. İdeyanın ümumiləşdirilməsi əsərin əsas mövzusunun – vətənin məhd edilməsinin geniş təcəssümü vasitəsilə həyata keçirilir. Konkret obrazlılıq, xalq-məişət musiqisinin müxtəlif janrlarının ifadə vasitəsilə üzə çıxır.
Bəstəkarın proqram fikri simfonik uvertüra janrı üçün ənənəvi olan sonata allegro formasındadır. Uvertüra iki mövzunun obrazlı kontrastı üzərində qurulur. Eyni zamanda, şən oyun havası ilə lirik mahnıvariliyin qarşılaşdırılmasından ibarətdir. Obrazlı təzadlığın dəqiq rakursu uvertüranı bu janrın milli musiqidəki bir sıra digər nümunələrindən fərqləndirən keyfiyyətdir.
Uvertüranın əsas mövzusu Azərbaycan rəqsinə və marş mövzusuna xas olan xarakterik əlamətləri özündə birləşdirir. Rəqs əlamətləri burada aydın şəkildə verilmir. Uvertüra əsərinin polifonik yazı tərzində xalq musiqi sənətindən gələn daha sabit prinsiplərdən istifadə olunur. Ekspozisiyada köməkçi mövzunun zəngin inkişaf prosesində polifoniya xüsusilə böyük rol oynayır.
Uvertüra ilk dəfə 1956-cı ildə Bakıda — Azərbaycan bəstəkarlarının birinci qurultayında dirijor Niyazinin rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrində səsləndirilmişdi.
Tarixi 200px|thumb|left|Uvertüra, əsərin bəstəkarı Soltan Hacıbəyovun yaradıcılığında xüsusi yer tutur.
Simfonik uvertüra janrı Azərbaycan musiqisində 1940-cı illərin əvvəllərində yaranmışdır. Yaradıcılığın müstəqil növü kimi milli uvertüranın təşəkkülündə, Avropa və rus konsert uvertüralarının ənənələri mühüm rol oynamışdır. Xüsusilə rus simfonik musiqisində gözəl bədii ənənələrin mənbəyi sayılan Mixail Qlinka, Nikolay Rimski-Korsakov, Mili Balakirev, Pyotr İliç Çaykovskinin uvertüraları, XX əsrdə klassik rus musiqisinin prinsiplərini yeni tərzdə canlandıran Sergey Prokofyevin "Rus uvertürası", Dmitri Şostakoviçin "Bayram uvertürası" kimi əsərlər Azərbaycan bəstəkarlarının yaradıcılığında uvertüra janrının formalaşmasında böyük rol oynamışdır.
Azərbaycanda bu janrın inkişafında Azərbaycan milli musiqisinin klassiki Üzeyir Hacıbəyovun "Koroğlu" operasının uvertürası böyük rol oynamışdır. Bu uvertüra yalnız operanın ideyasının üzvi ümumiləşməsi kimi deyil, həm də sərbəst forma kimi böyük əhəmiyyətə malikdir.
Bəstəkarın həyat və yaradıcılığını ətraflı şəkildə araşdıran Aida Tağızadə qeyd edir ki, "Üzeyir Hacıbəyov tərəfindən "Koroğlu" operasına qədər yazılmış opera uvertüralarında operanın ideyasını assosiativ ifadə edən materialın konkretləşdirilməsi cəhdləri olmuşdu. Lakin musiqinin ideya-bədii mükəmməliyindən danışarkən, bunu yalnız "Koroğlu" operasının uvertürası ilə söyləmək olar."
Böyük Vətən Müharibəsi illərində Azərbaycan bəstəkarlarının uvertüralarında qəhrəmanlıq-vətənpərvərlik tematikası üstünlük təşkil edirdi. Vətən mövzusu, vətən uğrunda mübarizə və qələbə Vissarion Şebalinin müharibənin ilk aylarında yazdığı "Rus uvertürası" əsərində də tərənnüm olunub. Müharibə və qələbə naminə xalqların beynəlmiləl birlik olması mövzusu Reynhold Qliyerin "Xalqlar dostluğu" uvertürasında da əks olunub. Hərbi-vətənpərvərlik mövzusu Azərbaycan bəstəkarlarından Niyazinin 1941-ci ildə yaratdığı "Döyüşdə", Süleyman Ələsgərovun 1945-ci ildə yaratdığı "Bayram uvertürası", Midhət Əhmədovun 1945-ci ildə yaratdığı "Qəhrəmanlıq uvertürası" və s. simfonik əsərlərdə əks olunub.
XX əsrin 50-ci və sonrakı illərində milli uvertüra janrı yeni mövzularla zənginləşir: dinc həyatın sevinci, qəhrəmanlıq pafosu İ. Quliyevin, Nazim Əliverdibəyovun 1951-ci ildə yaratdıqları uvertüralarda əks olunur. Oqtay Zülfüqarovun "Şənlən xalqım" uvertürası bu janrın parlaq nümunəsi sayılır.
Milli simfonik uvertüra nümunələri arasında bəstəkər Soltan Hacıbəyovun böyük simfonik orkestr üçün yazdığı uvertürasında xüsusi seçilir. Bu uvertüra musiqinin sevincli koloriti ilə, inkişaf prosesinin ümumi dinamik məqsədyönlülüyü ilə, forma yığcamlığı və orkestrovkası ilə seçilir. Musiqişünas Zemfira Səfərova bildirir ki, "Soltan Hacıbəyovun böyük simfonik orkestr üçün yazdığı uvertürasında klassikanın ən gözəl ənənələri öz təzahürünü tapır."
Soltan Hacıbəyovun uvertüra əsərində bu janrın nümunələrinə xas müsbət keyfiyyətlər öz əksini tapmışdır — obrazların ziddiyəti və xarakterliyi, ifadənin lakonikliyi, hadisələrin nisbətən surətlə əvəzlənməsi, inkişafın aydın məntiqliyi, musiqinin parlaqlığı onu Dmitri Şostakoviçin "Bayram" uvertürası ilə yaxınlaşdırır. "Koroğlu" operasının uvertürasının təsiri də burada hiss edilir. Bununla yanaşı, Soltan Hacıbəyovun uvertürasında hadisələrin təkrarlanması məntiqi yoxdur. Milli musiqinin, eləcə də rus klassikinin və Avropa musiqisinin ən yaxşı ənənələri müəllif tərəfdən fərqli nöqteyi-nəzərdən işlənmişdir.
Uvertüra əsərinin tematizminin parlaqlığı, inkişafın ümumi obrazlı-məna istiqaməti əsərdə proqramlılıq keyfiyyətlərini aşkar edir. A. Tağızadə yazır ki, "Musiqi xalqa, onun qüdrətinə, yaradıcı qüvvəsinə həsr olunmuş bir himn kimi qəbul edilir." Uvertürada bütün ideyanın ümumiləşdirilməsi ayrı-ayrı obrazların konkretliyi ilə uzlaşır. İdeyanın ümumiləşdirilməsi əsərin əsas mövzusunun — vətənin məhd edilməsinin geniş təcəssümü vasitəsilə həyata keçirilir. Konkret obrazlılıq, xalq-məişət musiqisinin müxtəlif janrlarının ifadə vasitəsilə üzə çıxır.
Musiqilər Əsas mövzu və bölmələr Bəstəkarın proqram fikri simfonik uvertüra janrı üçün ənənəvi olan sonata allegro formasındadır. Uvertüra iki mövzunun obrazlı kontrastı üzərində qurulur. Eyni zamanda, şən oyun havası ilə lirik mahnıvariliyin qarşılaşdırılmasından ibarətdir. Obrazlı təzadlığın dəqiq rakursu uvertüranı bu janrın milli musiqidəki bir sıra digər nümunələrindən fərqləndirən keyfiyyətdir.
Uvertüranın musiqi dramaturgiyası əsərin əsas ideyasının mümkün olan ən parlaq formada, mükəmməl şəkildə açılmasına və təsdiqinə istiqamətlənib. Ekspozisiya zahirən müxtəlif, xarakter baxımından yaxın olan obrazlar sferası kimi təqdim olunur. Ekspoziya geniş həcmlidir. Lakin o, əsas musiqisi obrazlarının xüsusilə qabarıq olması və intensiv inkişafı ilə diqqəti cəlb edir. Ekspozisiyanın materialı əsasında qurulan işlənmə bölməsi köməkçi mövzuya əsaslanır və inkişaf prosesinin kifayət qədər fəallaşması ilə fərqlənir. Sıxılmış natamam repriza bütün diqqəti əsas mövzuya istiqamətləndirir. Əsas mövzunu koda yekunlaşdırır. O, həyat sevər qüvvələri mədh edərək təsdiqləyir.
Soltan Hacıbəyovun Uvertüra əsərində sonata allegro formasının masştabı dəqiq düşünülmüş detalları ilə seçilir və kifayət qədər lakonikdir. Əsər bütövlüklə bir nəfəsə açıqlanır və kulminasiyaların məqsədli şəkildə paylanmasını nəzərdə tutan vahid kompozisiya əsəri kimi qəbul edilir. Əsas mövzu ekspozisiyanı hansısa bir hazırlıqla açmır. Bu şəraitdə ekspozisiya bir növ kulminasiyanın mənbəyinə çevrilir. Köməkçi mövzunun inkişafında kulminasiya işlənmə bölməsinin əvvəlinə təsadüf edir — onun gərgin qəbul olunan intensiv inkişafı nəticəsində kulminasiya reprizanın başlanğıcına təsadüf edir. Əsas mövzunun işlənmə bölməsindəki geniş inkişafından sonra mövzunun reprizada keçirilməsi musiqinin inkişafının yüksək nöqtəsidir. Daha sonra əsas mövzunun kodada sıxlaşdırılması, yığılması prosesi baş verir.
Uvertüranın əsas mövzusu əsərin atmosferini müəyyən edir. Onun sevincli zəngin koloriti dinləyici də kütləvi bayram şənliyi təəssüratı yaradır.
Bütov, birnəfəsə səslənən əsas mövzu struktur baxımından üçhissəlidir. Mövzu orta hissədə bir neçə kiçik bölməyə ayrılır.
Mövzunun intonasiya əsasını üç səsdən ibarət motiv təşkil edir. Tez surətli motiv, tonika üzərindəki vurğulardan güc toplayaraq, onaltılıqların fasiləsiz hərəkəti ilə açıqlanır.
Üçsəsli motiv sonrakı hərəkətə təkan verən əsas impulsdur. O, əsərin əsas konstruktiv fikrini cəmləməyi bacarır. Daha sonra musiqinin motorikası musiqiyə əlavə yarımxanənin də daxil edilməsi ilə gücləndirilir. Orkestrovka da buna öz təsirini göstərir. Aparıcı tematik funskiyanı burada skripkalar və ağac nəfəsli alətlər yerinə yetirir. Bas simlilər — violonçel və kontrabaslar fəal addımlarla mövzunu şərait edir. Mis alətlər qrupu harmonik funksiyanı daşıyır.
Əsas mövzunun orta hissəsindəki birinci bölmənin tematik materialı qismində mövzunun böyük sekunda yuxarı köçürülmüş başlanğıc parçası çıxış edir.
Qısa stakkatolar, melodiyanın tərkib hissəsinə daxil olan və müşayiətdəki sekundaların dəqiq ritmik şəkli musiqiyə skertso elementləri aşılayır. Z. Səfərova qeyd edir ki, "Bu bölmə bütövlüklə əsas mövzunun obrazının əsasını təşkil edən oyun başlanğıcını gücləndirən tematik variant kimi qəbul edilir."
Əsas mövzunun orta hissəsindəki ikinci bölmədə əvvəlki materialın inkişafı davam edir. Alətləşdirmə daha çox kamera xarakteri kəsb edir — alətlərin sayı minimuma qədər azaldılır. Simlilərdə ifa olunan melodiyaya xas olan skertso xarakteri fleytaya yüksək səsli tersiyaları passajları ilə güclənir. Melodik xəttin sekvensiyaya bənzər inkişafı əsas mövzunun orta hissəsindəki sonuncu bölməyə gətirib çıxarır ki, bu da əsas mövzunun başlanğıcındakı təkanverici intonasiyaya əsaslanır. Bu intonasiyanın təkrarından sonra repriza səslənir.
Musiqi inadlı, məğrur, qəhrəmani xarakter kəsb edir. Təkanverici intonasiya israrla təkrarlanaraq, əsas mövzunun başlanğıc materialının reprizasına doğru, onaltılıqların cəld hərəkətində sona çatır.
Təntəli bayram xarakteri dinamikanın artırılması hesabına gücləndirilir. Repriza əlamətləri artıq mövzunun orta hissəsindəki son bölmədən özünü göstərməyə başlayır. Orkestrə tədricən ağac, sonra mis nəfəsli alətləri daxil edilir. Səslənmə yüksələnərək, reprizada tutti-yə qədər çatır.
Əsas mövzunun orta hissəsini təşkil edən üç kiçik bölmə mahiyyətcə eyni bir intonasiya təbəqəsinin variantlarıdır. Mövzunun açılması mərhələlərində bu melodiyanın səslənməməsi müvəqqəti müstəqil rol oynayaraq, mövzunun başlanğıc rüşeyminə aydınlıq verir.
Əsas mövzunun quruluşu simmetrikliyi ilə fərqlənir. Onun orta hissəsindəki bölmələrin hər birində fərdi tematik özək ümumi hərəkət formaları ilə — enən və ya yüksələn hammavari fiqurasiyalarla əvəz olunur. Bu iki tərəfdən təminlik verir — bir tərəfdən aydın şəkildə bir bölməni digər bölmədən ayırır, digər tərəfdən musiqinin inkişafındakı fasiləsizliyi təmin edir.
Uvertüranın əsas mövzusu Azərbaycan rəqsinə və marş mövzusuna xas olan xarakterik əlamətləri özündə birləşdirir. Rəqs əlamətləri burada aydın şəkildə verilmir. Musiqi onun daha tipik xüsusiyyətlərini ümumiləşdirir. Bu əsas mövzunun başlanğıcının melodik quruluşunda özündə göstərir. Təxmini onun sxematik şəkildə təsviri a a b b c c kimidir. Bu cür bəsit təkrarlanma bir sıra Azərbaycan xalq rəqsləri üçün xarakterikdir. Məsələn, "Tərəkəmə", "Darçını" kimi xalq rəqsləri buna nümunədir.
Uvertüranın əsas mövzusunda bəsit təkrarlanma ilə yanaşı, iki yaxud üç motivli özəyin variantlı təkrarlanma üsulundan da istifadə olunur. Bu da müəyyən mənada "Əsgəranı", "Xalabacı" və s. xalq-rəqs melodiyalarının inkişaf prinsiplərindən irəli gəlir.
Təkrarlanma və variantlılıq yalnız əsas mövzunun melodik quruluşu üçün deyil, həm də ümumilikdə əsərin musiqisinin inkişafı üçün xarakterik əlamətlərdir. Əsas mövzunun orta hissəsi onun variantlı hissəsi kimi çıxış edir. Təxmini sxematik olaraq bütün əsas mövzu a, a1, a2, a3, a kimidir.