Akademik İ. P. Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universiteti () — Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən ali təhsil müəssisəsi.
Tarixi Universitet 1897-ci ildə Qadın tibbi institutu adı altında yaradılıb, 2013-cü ildə isə universitetə hazırkı adı verilib. Rus fizioloq, Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı İvan Pavlovun adını daşıyır. Rusiyanın ən qədim tibb universitetlərindən biri hesab olunur.
Akademik İ. P. Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universiteti Sankt-Peterburq şəhərində öz strukturunda poliklinikaya malik olan yeganə ali məktəbdir.
İstinadlar
Xarici keçidlər Rəsmi saytı
Kateqoriya:Rusiya universitetləri Kateqoriya:Sankt-Peterburqda təhsil Kateqoriya:Sankt-Peterburq universitetləri