İslam Hacı oğlu Əliyev () — "Gürcüstan" qəzetinin redaktoru, Gürcüstan Jurnalistlər Birliyinin Rəyasət Heyətinin üzvü, Gürcüstanın Əməkdar jurnalisti.

Həyatı və təhsili İslam Hacı oğlu Əliyev 1947-ci il iyunun 1-də Marneuli rayonunun Ambarovka kəndində anadan olub. 1965-ci ildə A. S. Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olub və 1970-ci ildə bu ali təhsil məktəbini fərqlənmə diplomu ilə bitirib.

23 dekabr 2019-cu ildə Gürcüstan Respublikasında vəfat edib. Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin aparatı azərbaycanlı jurnalistin vəfatı ilə bağlı başsağlığı yaymışdı. Başsağlığında deyilirdi:

Yaradıcılığı Ali məktəbi bitirəndən sonra o, "Sovet Gürcüstanı" respublika qəzetinə işə qəbul edilib. ilk öncə korrektor, sonra baş redaktor, kiçik ədəbi işçi, məktublar və kütləvi işlər şöbəsinin müdiri, daha sonra təbliğat-təşviqat, partiya həyatı şöbəsinin müdiri və məsul katib vəzifələrində çalışıb. 1990-cı ildə "Sovet Gürcüstanı" qəzetinin redaktor müavini təyin edilib. O, həmin vəzifədə çalışmaqla, həm də 2004-cü ildən 2014-cü ilədək AzərTacın Gürcüstan müxbiri vəzifəsində çalışıb. 2015-ci ildə o, "Gürcüstan" qəzetinin redaktoru vəzifəsinə təyin olunub. Gürcüstanda nəşr olunan bir neçə kitabın redaktoru olub və bədii-publisistik yaradıcılıqla məşğul olaraq hekayə və publisistik yazılarını Gürcüstan və Azərbaycan mətbuatında dərc etdirib.

Təltifləri Gürcüstan jurnalistikasında uzunmüddətli uğurlu fəaliyyət göstərdiyinə görə, 2015-ci ildə "Gürcustanın Əməkdar Jurnalisti" adına layiq görülüb.

İstinadlar

Kateqoriya:Gürcüstan Respublikasının əməkdar jurnalistləri Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:Gürcüstan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:SSRİ jurnalistləri