Paul Erlix () () — alman həkimi, immunoloq, bakterioloq, kimyaçı və biokimyaçı. Kimyəvi terapiyanın banisi, Nobel mükafatı laureatı.

Bioqrafiyası Paul Erlix Rostok, Strasburq, Breslavl, Leypsiq və Frayburq universitetlərində oxumuşdur. 1877-ci ildən Şarite Berlin Klinikasının həkimi kimi işləməyə başlamışdır. 1887-ci ildən etibarən Berlin Universitetinin privatdosenti, 1890-cı ildən ekstraordinar professor olmuşdur. 1896-cı ildən Şteqlisdə zәrdabın öyrənilməsi institutunun direktoru olmuşdur. 1899-cu ildən Frankfurt-Maynda, hazırda öz adını daşıyan, Eksperimental Terapiya İnstitutuna rəhbərlik etmişdir. Əsas əsərləri biokimya, dərman maddələrinin kimyası, eksperimental patologiya və terapiya, habelə immunitet üzrədir. 1901-ci ildən bədxassəli şiş problemi üzərində işləmişdir. Qan leykositlәrinin müxtəlif formalarını təsvir etmiş, qanyaranmada sümük iliyinin və limfoid orqanların əhəmiyyətini göstərmişdir. Bəzi infeksion xəstəliklərin kimyəvi preparatlarla müalicə üsullarını işləyib-hazırlamışdır. İlk olaraq müalicə preparatlarına qarşı mikroorqanizmlərin davamlılıq qazanmaq şərtini müəyyən etmişdir.

İstinadlar

Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:Almaniyalı Nobel mükafatı laureatları Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:Berlin Humboldt Universitetinin müəllimləri Kateqoriya:İxtiraçılar Kateqoriya:Almaniya kimyaçıları