Zabuxçay — Həkəriçayın sağ qolu. Azərbaycanda, Laçın rayonu ərazisindən axır.

Ümumi məlumat Uzunluğu 51 km, hövzəsinin sahəsi 527 km²-dir. Mənbəyi "Kiçik Qafqazın Qızıltəpə dağından (3036 m) başlayır. Yuxarı axımında Ağoğlan, orta axımında isə Minkəndçay adlanır. Axımı qar, yağış və yeraltı sularından əmələ gəlir. Yaz-yay aylarında qarın əriməsi nəticəsində çayda daşqınlar yaranır. Aprel — iyun aylarında illik axımının 60–65%-i keçir. Axımında yeraltı suların miqdarı çox (50–55%) olduğundan yay aylarında nisbətən sulu olur. Çayın orta illik su sərfi 4,37 kub m/san-dir. Ən çox su sərfi may, ən azı isə yanvar ayında müşahidə edilir. Zabuxçaydan suvarma və dəyirmanların işlədilməsində geniş istifadə edilir.

Həmçinin bax Azərbaycan çayları

İstinadlar

Xarici keçidlər Zabuxçay

Kateqoriya:Azərbaycan çayları Kateqoriya:Laçın rayonu