Ləkərçay - Lənkərançayın sağ qoludur. Lerik və Lənkəran rayonları ərazisindən axır.

Ümumi məlumat Uzunluğu 84 km, hövzəsinin sahəsi 98 km²-dir. Mənbəyi Talış silsiləsinin cənub-şərq hissəsindən (2000 m) başlayır. Axımı bilavasitə yağış sularından əmələ gəlir. Çayda ən böyük su daşqını payız və qış fəsillərində müşahidə edilir. İllik axımının təxminən 55-60%-i bu fəsillərdə keçir. Ən az su sərfi iyul-avqust aylarında olur.

Ləkərçayın aşağı axımından suvarma işlərində istifadə edilir. Ləkərçay, Ləmərçay da adlanır.

Həmçinin bax Azərbaycan çayları

Mənbə Ləkərçay

Kateqoriya:Azərbaycan çayları Kateqoriya:Lerik rayonu Kateqoriya:Lənkəran rayonu çayları