“Vulverhempton Vonderers Futbol Klubu” (/ ˌwʊlvərˈhæmptən /, ümumiyyətlə "Canavarlar" (Wolves) kimi tanınır) — Vest Midləndsda Vulverhempton şəhərində yerləşən İngilis peşəkar futbol klubu. “St Luka FK” olaraq formalaşmışdır. 1877-ci ildə klub, 1889-cu ildən bəri Molineyuks Stadionunda oynamış və 2017/18 EFL çempionluğunu qazandıqdan sonra İngilis futbolunun yüksək liqası olan Premyer Liqada mübarizə aparmaq şansını qazanmışdır. Vulverhempton, Premyer Liqada 2018/19 mövsümünü yeddinci sırada tamamlayaraq 39 il sonra Avrokuboklara vəsiqə qazandı və UEFA Avropa Liqası 2019/2020 mövsümündə avrokuboklarda oynamaq şansını qazandı.
"Canavarlar" FA Kubokunu, ən sonu 1960-cı ildə olmaqla dörd dəfə qazandılar və daha dörd dəfə kuboku ikinci pillədə bitirmişlər. Klub iki dəfə, 1974 və 1980-ci illərdə də İngiltərə Liqa kubokunu qazanıb.
Heyəti
Qeyd: Bayraqlar FİFA qaydalarına əsasən mənsub olduğu milli komandanın ölkəsini bildirir. Oyunçular birdən artıq ölkənin vətandaşlığını daşıya bilərlər.
Uğurları
Liqalarda
İngiltərə Premyer Liqası
Çempyonluqları: 1953/54, 1957/58, 1958/59 İkinciliklər: 1937/38, 1938/39, 1949/50, 1954/55, 1959/60
EFL Çempionşip
Çempyonluqları: 1931/32, 1976/77, 2008/09 İkincilikler: 1966/67, 1982/83 Play-off qalibi: 2003
English Football League One
Çempyonluqları: 1923/24, 1988/89
English Football League Two
Çempyonluqları: 1987/88
Kuboklarda
UEFA Kuboku
İkincilik: 1972
FA Cup
Çempyonluqları: 1893, 1908, 1949, 1960 İkincilikler: 1889, 1896, 1921, 1939
EFL Cup
Çempyonluqları: 1974,1980
FA Community Shield
Çempyonluqları: 1949, 1954, 1959, 1960 İkincilikler: 1958
Football League Trophy
Çempyonluqları: 1988
İstinadlar
Xarici keçidlər Vulverhempton Twitter-də
Kateqoriya:İngiltərə futbol klubları Kateqoriya:İngiltərə Premyer Liqası klubları Kateqoriya:İngiltərə Futbol Liqası klubları