Kamran Qurban oğlu Əliyev () — əslən azərbaycanlı olan rusiyalı futbolçu. Azərbaycan Premyer Liqası klubu "Sumqayıt"ın heyətində hücumçu mövqeyində çıxış edir.
Klub karyerası 17 may 2017-ci ildə "Ximki"də Sokol Saratov-a qarşı oyunda Rusiya Futbol Milli Liqasında debüt etdi. Rusiya Milli Futbol Çempionatında Avangard Kurska qarşı 4 Avqust 2018-ci ildə keçirilən və 3-1 məğlub olduqları ev matçında Ximkidə ilk qolunu vurdu. Çempionatın 2018/19 mövsümünü 6 qolla başa vurdu.
2023-cü ilin fevralında "Sumqayıt" Əliyevlə 2,5 illik müqavilə imzalayıb.
Milli komanda karyerası Əliyev 16 may 2018-ci il tarixində Gürcüstan U-20 yığması ilə oyunda milliyə çağırıldı və 24 may 2018-ci ildə Makedoniya U21 ilə yoldaşlıq oyununda Azərbaycan U20 üçün ilk qolunu vurdu.
14 fevral 2020-ci ildə Rusiya U20-in heyətində "Yenisey"ə qarşı oyunda 62-ci dəqiqədə oyuna daxil oldu və ilk oyunun keçirdi. 17 fevral 2020-ci ildə Rotor Volqoqrad-a qarşı oyunun 46-cı dəqiqəsində meydana daxil oldu və ikinci matçını keçirdi. 20 fevral 2020-ci ildə Kamaz Naberejnye Çelni-yə qarşı oyundada 46-cı dəqiqədə meydana daxil oldu və 1 sarı kartla yadda qaldı. Bu üç oyun Rusiya "FNL Cup" turnirində təşkil olunmuş oyunlar idi.
İstinadlar
Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Rusiya futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Arsenal Tula FK futbolçuları Kateqoriya:Rusiya Milli Futbol Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Ximki FK futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular