Yüz gün — 1815-ci il martın 1-dən I Napoleonun Fransada hakimiyyətə qayıtması və 1815-ci il iyulun 1-də I Napoleonun istefasından sonra icra hakimiyyətinə cavabdeh olan hökumət komissiyasının ləğvi arasındakı fransız tarixinin dövrü.
Adaya gəliş 250px|thumb|right|"Napoleonun Elba adasından qayıtması". Şteyben Karl,1834. Paris sülh müqaviləsinin nəticəsi Napoleon Bonapartın artıq Avropanın siyasi həyatında iştirak edə bilməyəcəyi anlamına gəldi. Napoleonun sürgün edilməsi məsələsi, müttəfiqləri təmsil edən qraf Karl Nesselrode ilə İmperatoru təmsil edən hersoq Armen de Kolenkur arasında müzakirə edildi. Napoleona ömürlük sürgün yeri kimi adalardan birini seçmək təklif edildi: Korfu, Korsika və ya Elba Norwood Young, A. M. Broadley. Napoleon in Exile: Elba. — Kessinger Publishing, 2006. — 452 с. — ISBN 9781428655232.. Napoleon doğma Korsikanın yaxınlığında yerləşən Elba adasını seçdi. 1814-cü il mayın 3-də Napoleon admiral Uşerin komandanlığı altında ingilis gəmisində tam sərəncamına verildiyi adaya gəldi. Mayın 14-də imperatora sadiqlik göstərən Pyer Jak Kambronn və köhnə qvardiyaçıların bir hissəsi ona qoşulduNorwood Young, A. M. Broadley. Napoleon in Exile: Elba. — Kessinger Publishing, 2006. — 452 с.. Həmçinin adada başqa generallar da vardı: Anri Bertrand, Antuan Druo və Boynod. Bələdiyyə sədrinin başçılıq etdiyi adanın sakinləri Portoferraio şəhərinin fəxri açarlarını təntənəli şəkildə imperatora təhvil verdilər Thomas Ussher. Napoleon's Deportation to Elba // The Century Magazin. — 1893. — С. 664-681..
Adada keçirdiyi dövr Keçmiş imperatorun iqamətgahı olaraq Portoferraio yaxınlığındakı San Martino vadisində yerləşən dəbdəbəli bir köşk seçildi, lakin isti iqlim səbəbiylə Napoleon yalnız qışda orada qalırdı.
Napoleon sahib olduğu adadan gəlir əldə etməyə çalışırdı. Beləliklə, əvvəlcə o, adada domnna sobaları qurmağı planlaşdırırdı, lakin maliyyə çatışmazlığı səbəbilə bu fikrindən dərhal imtina etmək məcburuyyətində qaldı. Mədənlərdən gələn gəlirlər nəzarət altına alındı; xəzinənin xeyrinə yerli vətəndaşlardan vergilər alınırdı. Tədricən Napoleon yaxınlıqdakı Pianosa adasını da istila etdi Archibald Neil Campbell Maclachla. Napoleon at Fontainebleau and Elba;. — Book on Demand Ltd. — ISBN 9785518450653..
Fontenblo müqaviləsinin on yeddinci maddəsi Napoleona dörd yüz əsgərdən çox adam saxlamağı qadağan edirdi. Lakin o, bu məhdudiyyətə məhəl qoymurdu. Onun ordusuna 1649 nəfər daxil idi: Köhnə qvardiyanın 6 bölümü, o cümlədən ümumi sayı 610 nəfər olan 3 yeger və 3 grenadyor bölümü; Korsika batalyonu (150 nəfər); Elba batalyonu (649 nəfər); 6 eskadron yeger və 5 Polşa ulanlarından ibarət cəmi 120 nəfərlik yüngül süvarilər; Topçu batareyası (120 nəfər) Jean Lasserre. Tome XXIII, Juullet-Decembre 1924 // Revue des Etudes Napoleoniennes. — Geneva: Slatkine Reprints, 1976. — С. 243—254.. 150px|thumb|left|Elbada Napoleona sadiq polyak yüngül süvarilər
Həmçinin səkkiz gəmidən ibarət kiçik bir donanma da onun ixtiyarında idi. Onlardan üçü sahili dəniz quldurlarından qorumaq üçün silahlandırılmışdı. İkisi sırf ticari gəmilər, üçü isə dənizdə zövq gəzintiləri üçün nəzərdə tutulmuşdu. Döyüş gəmiləri 25 ton tutuma malik göyərtəsində cəmisi bir topu olan "La Caroline", altı top ilə silahlanmış 83 ton tutuma malik "L'Etoile" şlyupu və 18 toplu 300 ton tutumlu L'Inconstant briqi idi .
Boynod adanın baş müfəttişi, Bertrand - daxili işlər naziri, Druot adanın qubernatoru, Kambronn isə qvardiyasının rəisi təyin edildi. Ancaq İmperiya dövründə olduğu kimi Napoleon həmişəki kimi son sözə sahib idi.
Napoleonun səyləri və nüfuzu sayəsində adada ticarət canlandı, bu da maddi vəziyyətin yaxşılaşmasına kömək etdi.
Napoleonu adada müxtəlif insanlar ziyarət edirdilər. Onunla görüşmək üçün Mariya Valevskaya oğlu ilə adaya təşrif buyurmuşdu. Amma Maria Luiza və oğlu heç vaxt taxtdan imtina etmiş imperatoru ziyarət etmək üçün adaya gəlmədilər.
Napoleona Jozefina Boharnenin ölüm xəbəri adada çatdı.
Napoleonun dönüşü Napoleon Burbonların monarxiyasının bərpası ilə əlaqədar Fransada narazılıqların artması barədə xəbərlər alırdı. Ona həmçinin Vyanadan da xəbərlər çatdırılırdı. Belə ki, burada Avropanın böyük dövlətlərinin gələcək dünya düzəni barədə razılığa gəldikləri Vyana konqresi keçirilirdi. XVIII Lüdovikin daxili siyasəti mühacirlərin geri qaytarılması ilə müəyyən edilmiş və inqilabın bir çox nailiyyətlərini alt-üst etmişdi. 1814-cü ildə qəbul edilmiş liberal xartiyaya baxmayaraq bu siyasət çox mürtəce idi. İmperiya dövründə hakimiyyətdə olan elita indi özünü ikinci cərgəyə atılmış hiss edirdi. Digər tərəfdən kəndlilər inqilabdan əvvəlki qayda-qanunu yaxşı xatırlayırdı və torpaqlarını itirməkdən qorxurdu. Xarici siyasətdə də artıq Altıncı koalisiya dövründə olan müttəfiqlərin birliyi yox idi. İngiltərə və Avstriya Rusiyanın Avropa arenasında rolunun güclənməsini istəmirdi. Həmçinin Polşa və Saksoniyanın taleyi ilə də bağlı güclü fikir ayrılıqları var idi Тарле Е.В. Глава 10. Талейран при Реставрации I // Талейран. — ACT, 2010. — 352 с. — 2500 экз. — ISBN 978-5-403-02719-9.. Bütün bu amillər Napoleona Fransanın onun qayıtmasına hazır olduğuna inanmağa əsas verdi.
"Qartalın uçuşu" 250px|thumb|left|"Qartalı uçuşu". Napoleonun Elbadan qaçması münasibətilə qoyulmuş xatirə monumenti. 1815-ci il fevralın 25-də Napoleon özbaşına sürgün yerini tərk etdi. Daha altı gəmi ilə müşayiət olunan "L’Inconstant" briqində Portoferrayo limanından ayrıldı. Elba adasında dəniz tərəfdən fransız və ingilis gəmilərindən ibarət patrul dayanırdı. Onlardan biri - fransız gəmisi "Zefir" Elbadan gələn bir donnanmanı gördü. Hətta bu gəminin kapitanı Andreye Napoleonun olduğu briqin kapitanı ilə bir neçə söz mübadiləsi apardı, lakin şübhəli bir şey hiss etmədi.
1815-ci il martın 1-də günorta saat üçdə Napoleon və kiçik ordusu Fransa sahillərinə çatdı və Joao buxtasında sahilə çıxdı. Onların qarşısına çıxan gömrükçülər keçmiş İmperatoru sevinclə qarşıladılar. Ancaq ən yaxın Antib şəhərinə girmək cəhdi uğursuzluqla başa çatdı: Napoleonun 25 əsgəri içəri girdikdən sonra şəhər qarnizonu qala qapılarını bağladı və içəri keçənlər həbs edildi. Axşam saat 11-də Napoleonun dəstəsi burada yubanmayaraq Рохау А., История Франции от низвержения Наполеона I до восстановления империи. Часть I., СПб, 1865., стр. 30. yoluna davam etdi. 250px|thumb|right|Napoleonun Fransa sahillərində qarşılanması. 1836-cı ilin rəsmi. Kann və Qras şəhərləri heç bir müqavimət göstərmədən geri dönən Napoleonu imperator olaraq qəbul etdilər. Kannda ərzaq və silah ehtiyatını artırdı və sahildə dörd top qoyaraq Qrasda etdiyi müraciətin mətnindən vərəqələr çap etdirdi. Bunun ardınca Napoleon Dofin əyalətindən şimala doğru getmək qərarına gəldi. Din-le-Ben və Qap kimi şəhərlərdə dayanmadan 1815-ci il martın 7-də əyalətin paytaxtı Qrönobla doğru getdi.
Onu yolunda çıxan bir çox şəhərlərdən fərqli olaraq Qrönoblun qapıları Napoleonun üzünə bağlanmışdı. Təbliğatın vacibliyini dərk edən Napoleon, geri döndükdən dərhal sonra fransızlar üçün bir manifest hazırlamışdı. Burada o, özünü qanuni taxtını geri almağa gələn VII Karl ilə müqayisə edirdi . Sonradan Qap, Qrönobl və Lion sakinlərinə də müraciətlər dərc edildi. Bütün bunlar imperatorun qayıdacağına inanan insanlara güclü təsir göstərdi. Qrönobla doğru qusar alayı və artilleriya ilə iki yarım xəttli piyada alaylarından ibarət hökumət qoşunları göndərildi. Napoleonun dəstəsi və hökumət qoşunlarının görüşü Laffre şəhərində baş tutdu. Napoleonun hakimiyyətinin legitimliyini tanımayan kral qoşunlarının komandanlığı, onun göndərdiyi vəkillərə qulaq asmaq istəmədi, bundan sonra o, özü kral qoşunlarına yaxınlaşdı və məşhur ifadəsini söylədi: Buna cavab olaraq hökumət qoşunları kapitanının "Atəş!" əmri səsləndi. Lakin bunun əvəzində əsgərlər "Yaşasın imperator!" deyə qışqırmağa başladılar. Napoleon, başqa şəhərlər kimi Qrönoblu da qan tökmədən döyüşsüz ələ keçirdi. Royalistlərin qalıqları şəhəri tərk etdilər. 250px|thumb|right|Laffre yaxınlığında Napoleonun heykəli.Məşhur "5-ci alayın xətti ilə" görüşmə çəmənliyində
Qrönobldan sonra Napoleon artilleriya ilə silahlanmış altı alayın başında Liona doğru istiqamət aldı. Napoleonun qarşısını almaq üçün Lüdoviq tərəfindən oraya göndərilən diviziyalar da döyüşmədən imperatorun tərəfinə keçdi və martın 11-də o, onların paradını qəbul etdi. 12 mart tarixli fərmanında Napoleon Zadəganlar Palatasını, dvoryanlığı məhdudlaşdırdı və yeni hakimlər təyin etdi. Lionun süqutundan sonra artıq Napoleonun sərəncamında 15000 əsgər var idi. Belə ki, 5-ci, 7-ci və 11-ci alaylarının əsgərləri, 4-cü qusar və 13-cü süvari alaylarının əsgərləri ona qoşulmuşdu. Bu ordu Parisə doğru hərəkət edirdi. Lon-le-Sonye yaxınlığında "korsikalı canavar"ı qarşılamağa göndərilən marşal Neyin ordusu onu gözləyirdi. Ney Fontenbloda imperatorun taxtdan imtinasından sonra, Burbonların xidmətinə keçənlərdən biri idi. O, Napoleonu dəmir qəfəsdə Parisə gətirəcəyinə və vətəndaş müharibəsinin qarşısını alacağına vəd vermişdi. Hökumət qüvvələrinin rəhbərliyində panika hökm sürürdü.
Ney Şalon şəhərindən əlavə qüvvələr gözləyirdi, bunun əvəzində isə onun köməyinə gələcək qüvvələrin də Napoleonun tərəfinə keçdiyi xəbəri yayıldı. Neyin ordusu Lon-le-Sonyedən Burkaya gedən yolda mövqe tutmuşdu. Eyni vaxtda Napoleon Lionu tərk edərək əhalisi onu məmnuniyyətlə qarşılayan Makonu ələ keçirdi. Hökumət qoşunları arasında Napoleonun agentləri fəal təbliğat apararaq onun tərəfinə keçməyi təşviq edirdilər. Napoleonun emissarları ona imperatorun "Moskva döyüşündən bir gün sonra onu qəbul etdiyi kimi" qəbul edəcəyinə dair bir məktub çatdırdılar . Napoleonun elçiləri siyasətdə səriştəsi olmayan Neyi bütün xarici güclərin Burbonları dəstəkləmədiyinə və ingilislərin qəsdən Napoleonun qaçmasına şərait yaratmaq üçün patrul gəmilərini Elbadan çəkdiklərinə inandırdılar. Bütün bunlar yalan olsa da, elçilər Neydə lazımi təəssürat yaratmağa nail oldular. Nəticədə o, əsgərlərin imperatorun tərəfinə keçməyə çağırdığı müraciət imzaladı. O günlərdə Vandom sütununda əllə yazılmış bir plakt asıldi. Onun məzmunu belə idi:
1815-ci il martın 17-də Ney qoşunları ilə Napoleonun tərəfinə keçdi. Martın 9-da kral ailəsi ilə birgə Parisdən Belçikaya qaçdı.
1815-ci il martın 20-də Fransa sahillərinə çıxandan iyirmi gün sonra Napoleon Bonapart bir atəş belə açmadan Parisə girdi və yenidən Fransanın rəhbəri oldu .
Yüz gün ərzində Napoleonun siyasəti Daxili siyasəti Napoleon Lazar Karno və Benjamin Konstan kimi mühafizəkar respublikaçılara istinad etməyə çalışırdı. Aprelin 23-də "İmperiya Konstitusiyalarına Əlavə Akt" nəşr edildi. Bu qanun toplusunda aşağı palatadan (300 nəfər seçilmiş deputat) və üzvləri imperator tərəfindən təyin edilmiş və irsi olduğu ehtimal edilən yuxarı palatadan ibarət iki palatalı parlamentin yaradılması nəzərdə tutulmuşdu.
Bundan sonra qəbul edilən hər hansı bir qanun, hər iki palatada müzakirə olunmalı və imperatorun razılığı ilə qəbul olunmalı idi. Mayın 25-də yeni konstitusiya plebissit (referendum) tərəfindən lehinə 1,305,206 səs, əleyhinə 4206 səslə təsdiq edildi. İyunun 1-də yeni seçilmiş palatanın tətənəli açılışı oldu və ilk iclası keçirildi.
1815-ci il martın 20-də yeni hökumət işə başladı. Jozef Fuşe yenidən polis naziri, Lui Davu - Paris general-qubernatoru və müharibə naziri, Arman de Kolenkur - xarici işlər naziri, Lazar Karno - daxili işlər naziri, Yuq-Bernar Mare - hökumətin katibi təyin edildi. Fransa ümumilikdə imperatorun geri qayıtmasını qəbul etsə də, Vandeyada üsyan başladı və Napoleon 1000-ə yaxın əsgəri ora göndərmək məcburiyyətində qaldı.
Xarici siyasəti