Sevgili canan — 1943-cü ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin Sənsiz qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romans.
Yazılma tarixi Bəstəkar bu əsəri yazmağı İkinci Dünya müharibəsindən əvvəl düşünmüşdü. Əsər Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı yazılıb. 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin Yeddi Gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Bəstəkar bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, psixoloji vəziyyətlərini, xarakterlərini, hisslərini, daxili aləmlərini və ruhani gözəlliklərini təsvir etməyi planlayırdı. Lakin bəstəkar yalnız iki romans bəstələyir "Sənsiz" və "Sevgili canan". Farsca yazılmış “Sevgili canan” qəzəlini dilimizə Mirvarid Dilbazi çevirib uyğunlaşdırmışdır. Bu qəzəl romansı öz dövründə Bülbül və Müslüm Maqomayev kimi ifaçılar ifa ediblər.
Sözləri
Həmçinin bax Sənsiz Ölkəm
İstinadlar
Xarici keçidlər
Yaqub Zurufcu -Sevgili Canan Alim Qasımov - Sevgili canan Bülbül - Sevgili canan Müslüm Maqomayev - Sevgili canan Rəşid Behbudov - Sevgili canan
Kateqoriya:Üzeyir Hacıbəyovun əsərləri Kateqoriya:Nizami Gəncəvinin əsərləri Kateqoriya:1943-cü ilin mahnıları Kateqoriya:XX əsrin mahnıları