Yunis Qurbanəli oğlu Orucov () — Azərbaycan əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, tərcüməçi.

Həyatı Yunis Orucov 1977-ci il dekabrın 21-də Ermənistan SSR-nin Masis rayonunda (keç. Zəngibasar, daha əvvəl isə Uluxanlı) anadan olub. 1984-cü ildə ailəsi ilə Azərbaycana köçüb, əvvəlcə Şirvan, daha sonra Bakı şəhərində məskunlaşıblar. Yunis Orucov Şirvan şəhərindəki 13 saylı orta məktəbin məzunudur.

1994-cü ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin tarix fakültəsinə daxil olan Yunis Orucov 1998-ci ildə bakalavr, 2000-ci ildə isə magistr pilləsini bitirib. "Türk xalqlarının mədəniyyəti XI–XV əsrlərdə" mövzusunda magistr dissertasiyası müdafiə edib.

2001–2002-ci illərdə Azərbaycan silahlı qüvvələrində hərbi xidmət keçib.

Əmək fəaliyyəti Yunis Orucov tələbəlik illərindən mətbuata gəlib. Onun ilk iş yeri "Yeni Azərbaycan" qəzeti olub. 90-cı illərin sonundan başlayaraq qəzetdə bir çox mövzularda maraqlı məqalələri dərc olunan Yunis Orucov 2006-2022-ci illərdə televiziya sahəsində fəaliyyət göstərib. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) müxbir, şef-redaktor, baş redaktorun müavini, informasiya proqramları departamentinin direktor müavini və direktoru vəzifələrində çalışıb. O, xəbər işi ilə yanaşı, ictimai-siyasi, iqtisadi, sosial və mədəniyyət mövzularında bir çox sənədli televiziya filmlərinin ssenari müəllifidir. O, həmçinin böyük tamaşaçı rəğbəti qazanan "Jurnalist araşdırması" verilişinin müəllifi və aparıcısı olub. İndiyə qədər Qafqaz İslam Ordusuna, XX əsrin 30–50-ci illərdəki repressiya dövrünün əsas həbs düşərgələri olan KARLAQ və ALJİR-ə, Nargin adasının tarixinə, Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin beynəlxalq miqyasda tanınmasının 100 illiyinə, Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi işğal və soyqırım siyasətinə, "Başlıbel faciəsi"nə, "Tunel qətliamı"na və digər mövzulara həsr olunan çoxsaylı verilişlər və sənədli filmlər hazırlayıb.

Filmoqrafiya "İz" Ulu öndər Heydər Əliyevin 100 iliyinə həsr olunan sənədli film. "XXI əsrin salnaməsi". (silsilə Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunub) "Əbədiyyət", (silsilə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunub). Xocalı soyqırımı. Xocalıdan səslər. Azərbaycanlıların soyqırımı. Birinci respublika. Azərbaycan parlamenti Azərbaycan Ordusu Çörəkdən qülləyə Mixaylo şəhərdədir. Əbədi Vətən. Əsrin müqaviləsi"Əsrin müqaviləsi" ilə qoyulan təməl Azərbaycanın firavan gələcəyini təmin etdi Neft Daşları Müstəqil Azərbaycan. 50 il Azərbaycan uğrunda. Öndərin yolu. Liderlik missiyası. Olimpin sönməz məşəli 20 Yanvar. Azərbaycan bayrağı (film)

Əsərləri Yunis Orucov "Nargin — saralmış kədər", "Boraltan — azadlığın tələsi" və “Tunel” romanlarının müəllifidir. Yunis Orucov həmçinin Orxan Pamukun “Qar”, Yunus Şenin “Xəzərin qanı”, Erdem Beyazitin “İpək yolu ilə Əfqanıstana”, Nurullah Gəncin “Evə aparan yollar”, Həyati Təkin “Tağıyev: əsilzadənin fövqündə” və “Qardaş köməyi”, Hakan Mengüçün “Sən yola çıx, yol sənə görünər” romanlarınI Azərbaycan dilinə tərcümə edib.

Mükafatları Yunis Orucov 2015-ci ildə Azərbaycanda milli mətbuatın yaranmasının 140 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "əməkdar jurnalist" fəxri adına layiq görülüb Dövlət başçısının 2019-cu ildə imzaladığı digər sərəncamla isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley medalı ilə təltif olunub İlham Əliyevin 2 fevral 2024-cü ildə imzaladığı sərəncamla Yunis Orucov "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub.

Ailəsi Ailəlidir, iki övladı var.

İstinadlar

Xarici keçidlər Gazeteci Yunis Orucov Kuluar — 06.06.2021 (Yunis Orucov) Azərbaycanın qələbə tarixi "Jurnalist Araşdırması"nda, Yunis Orucov ilə — 14.11.2021 100 illik Qars Müqaviləsi /Jurnalist araşdırması Yunis Orucov ilə — 13.10.2021

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanın kişi jurnalistləri Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar