Qabaqçöl — Azərbaycan Respublikasının Balakən rayonunun Qabaqçöl qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Balakən rayonunun Xalatala, Meşəşambul və Şərif kəndlərindən ayrılmış ərazidəki yaşayış məntəqəsi Qabaqçöl adı ilə rayonun yaşayış məntəqələri siyahısına daxil edilərək şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və bu qəsəbə mərkəz olmaqla Qabaqçöl qəsəbə Soveti yaradılmışdır.

Əhalisi Əhalisinin milli tərkibini avarlar təşkil edir. 2009-cu il əhali siyahıyaalınmasına əsasən qəsəbədə 999 nəfər (456 nəfəri kişilər, 543 nəfəri qadınlar) əhali yaşayırdı.

İqtisadiyyatı Əhali əsasən kənd təsərrüfatı, fermer təsərrüfatı və kiçik bizneslə məşğul olur.

İstinadlar

Xarici keçidlər Azərbaycan Milli Məclisinin orqanı - Azərbaycan Qəzeti :Burada pəhləvanlar yetişir

Həmçinin bax

Kateqoriya:Balakən rayonunun qəsəbələri