() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Makroneziya, Avropa, Efiopiya, eləcə də Aralıq dənizi sahillərindən İrana qədər yayılmışdır.

Botaniki xarakteristikası Çoxillik, qısa tüklü bitkidir. Gövdəsi düz, yatan və ya bir qədər qalxan çoxbudaqlı, hündürlüyü 15-30 sm-dir. Yarpaqları qısa saplaqlı, 1-2 sm uzunluqda, 5–10 mm enində, oval və ya yumurtavari, ucları küt, qıraqları azacıq dişciklidir. Çiçəkqrupu çoxsaylı, diametri 10–15 mm olan çoxçiçəkli çiçək köbələrindən ibarətdir. Kasacığı ikidodaqlı, xaricdən tüklüdür. Tacı 5–7 mm uzunluqda, kasacıqdan iki dəfə uzun, əlvan çəhrayı rənglidir. Fındıqcıqları xırda, 0,5 mm uzunluqda, yumrudur.

Giləmərzənin güclü ətri var və o, balıq yeməklərində daha çox istifadə edilir. Yüz illərdir ki, bu bitkidən müxtəlif xəstəliklərin müalicəsi zamanı istifadə edilir. Giləmərzə bitkisi Antik Yunanıstanda və Romada xoşbəxtliyin simvolu kimi tanınırdı. Giləmərzə çayından daha çox spazm, köp zamanı, sidikqovucu və tərlədici kimi istifadə edilir. Giləmərzə çayı immun sistemini gücləndirir. Həzm prosesinə çox böyük faydası var. Bunlarla yanaşı o, quru öskürəyə, mədədə köpə, astmaya, revmatik ağrılara, diş ağrısına və baş ağrısına gözəl təsir edir.

Azərbaycanda yayılması Azərbaycanda Böyük Qafqazın şərqi, Quba sahəsinin rayonlarında arandan aşağı dağ qurşağına kimi yayılmışdır. Rütubətli yerlərdə və bataqlıq ərazilərdə bitir. Ən çox cənubda rast gəlinir, əsasən Lənkəran ovalığında.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Avropa florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Asiya florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları