Hewlett Packard Enterprise Company (HPE) — ABŞ çoxmillətli informasiya texnologiyaları şirkəti. Mərkəzi Texas ştatının Sprinq şəhərində yerləşir.
HPE 1 noyabr 2015-ci ildə Kaliforniya ştatının Palo-Alto şəhərində "Hewlett-Packard" şirkətinin bölünməsinin bir hissəsi kimi təsis edilmişdir. Bu, serverlər, məlumat saxlama, şəbəkələşmə, konteynerləşdirmə proqramı, konsaltinq və dəstək sahələrində işləyən biznesə fokuslanan bir təşkilatdır.
Bölünmə elə strukturlaşdırılmışdı ki, keçmiş "Hewlett-Packard" şirkəti öz adını "HP Inc." olaraq dəyişmi və "Hewlett Packard Enterprise" yeni yaradılmış şirkət kimi qeydiyyata alınmışdır. "HP Inc." köhnə HP-nin fərdi kompüter və çap biznesini, eləcə də səhm qiymətləri tarixini və "Hewlett-Packard" üçün orijinal NYSE tiker simvolunu saxlamışdır. Müəssisə öz tiker simvolu altında ticarət edir: HPE. Bölünmə zamanı HPE-nin gəliri "HP Inc."in gəlirindən bir qədər az idi.
2017-ci ildə HPE Müəssisə Xidmətləri biznesini dayandırmış və "DXC Technology"ə çevrilməsi üçün onu "Computer Sciences Corporation" ilə birləşdirmişdir. Həmçinin, 2017-ci ildə proqram biznes seqmentindən ayrılmış və onu "Micro Focus" ilə birləşdirmişdir
HPE 2018-ci il "Fortune 500" siyahısında ümumi gəlirə görə ABŞ-nin ən böyük korporasiyaları siyahısında 107-ci yerdə qərarlaşmışdı.
Adlandırma left|thumb| Kaliforniyanın San-Xose şəhərində yerləşən HPE kampusu. Şirkətin tam adı "Hewlett Packard Enterprise Company"dir. Burada keçmiş "Hewlett-Packard Company" adının "Hewlett" və "Packard" arasında əvvəllər mövcud olan tire işarəsini buraxılır. Şirkət adətən "Hewlett Packard Enterprise" və ya onun baş hərfləri ilə "HPE" adlandırılır.
Şirkət bəzi media orqanları tərəfindən "HP Enterprise" kimi də adlandırılmış və hətta səhv olaraq "HP Enterprises" kimi istinad edilmişdir.
Məhsulları Intelligent Edge: Aruba Networks, Silver Peak Systems, FlexFabric HPC & MCS: Apollo (High-Performance Computing), Cray Hesablama: HP XP, HPE GreenLake Hybrid Cloud, Edgeline, Cloudline, Synergy, OneView, OneSphere, ProLiant, Synergy, Cloudline, Edgeline, HPE Integrity Servers, NonStop, HPE Superdome, Apollo (High-Performance Computing), Simplivity (HyperConvergence) Məlumatların saxlanılması: HPE 3PAR, StoreOnce, StoreEver, Nimble Storage, HP XP, HPE GreenLake Hybrid Cloud, HPE Alletra, HPE Primera, MSA, Nimble & Alletra dHCI Rabitə texnologiyaları qrupu: OpenCall və Service Activator
Karbon ayaq izi HPE 30 Sentyabr 2020-ci il tarixinədək başa çatan on iki ay ərzində birbaşa və dolayı ümumi CO2e emissiyalarının 343 Kt (illik -48 /-12,4%) səviyyəsində olduğunu bildirmişdir. Şirkət 2016-cı ilin baza ilindən 2025-ci ilə qədər emissiyaları 55% azaltmağı öhdəsinə götürmüşdür. Bu elmə əsaslanan hədəf qlobal istiləşməni sənaye inqilabından əvvəlki səviyyədən 1,5 °C yuxarı məhdudlaşdırmaq məqsədini daşıyan Paris sazişinə uyğundur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bulud texnologiya provayderləri Kateqoriya:ABŞ informasiya texnologiyaları şirkətləri Kateqoriya:Baş qərargahı ABŞ-də yerləşən transmilli korporasiyalar Kateqoriya:Hyuston şirkətləri Kateqoriya:ABŞ proqram təminatı şirkətləri Kateqoriya:Nyu-York Fond Birjasında siyahıya alınmış şirkətlər Kateqoriya:Amerika brendləri