Likud (; Rom: HaLikud; azərbaycan dilinə tərcümədə: Konsolidasiya) — İsraildəki əsas sağ ideoloji görüşlü siyasi partiyadır.

1973-cü ildə Menachem Begin tərəfindən bir neçə sağçı və liberal partiyaların birləşməsi ilə yaradılmışdır. 1977-ci ildəki seçkilərdə Likudun qələbəsi, ilk dəfə olaraq solların gücünü itirməsi baxımından ölkənin siyasi tarixində mühüm bir dönüş nöqtəsi olmuşdur. Lakin 1980-ci illərin böyük bir dövründə hakimiyyətdə olduqdan sonra partiya 1992-ci il Knesset seçkilərində uduzmuşdur. Bununla birlikdə, Likudun namizədi Benyamin Netanyahu 1996-cı ildə baş nazir seçkisində qalib gəlmiş və ona 2009 seçkilərindən sonra hökuməti formalaşdırmaq səlahiyyəti verilmişdir. 2003-cü ildəki qələbədən sonra, Likudun lideri Ariel Şaronun 2005-ci ildə böyük parçalanmaya səbəb olan yeni Kadima partiyasını yaratması ciddi ixtilaflara səbəb olmuşdur. Bu, 2006-cı il seçkilərində Likudun dördüncü yerə enməsinə səbəb olsa da, partiya 2009-cu il seçkilərində keçmiş itkisini kompensasiya edərək, mövqelərini baş nazir Benyamin Netanyahu vasitəsilə bərpa edərək İsrail hökumətini təşkil etmişdir.

Üzvləri tez-tez Likudnik olaraq adlandırılır və Irgunun siyasi varisi hesab olunur.

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər

Knessetin saytında Likud partiyasının səhifəsi Likud partiyasının veb-saytı

Yəhudi Liderlik Hərəkatının saytı

Likud partiyasının teqləndiyi məqalələr İsrail hüququ İsrail-Fələstin münaqişəsinin həll yollarını necə görür

Likud TV

Kateqoriya:1973-cü ildə İsraildə yarananlar Kateqoriya:İsraildəki mühafizəkar partiyalar Kateqoriya:Milli mühafizəkar partiyalar Kateqoriya:İsraildəki siyasi partiyalar Kateqoriya:İsraildəki sionist siyasi partiyalar Kateqoriya:İfrat sağçı siyasi partiyalar