Sen-Simon Fondu () — 1982-ci ildə tarixçi Fransua Füre tərəfindən əsası qoyulmuş Fransa araşdırma mərkəzi. Ziyalılar, jurnalistlər, yüksək rütbəli dövlət qulluqçuları, biznesmenlər də daxil olmaqla sahibkarlar və akademiklər Fondun üzvü ola bilərlər.James G. McGann. Think Tanks and Civil Societies: Catalysts for Ideas and Action. Transaction Publishers, 2002. P166.A. T. Lane. Biographical Dictionary of European Labor Leaders, Volume 1. Greenwood Publishing Group, 1995. P467. Fond araşdırma mərkəzlərinin beynəlxalq şəbəkəsi olan Haaqa Klubunun üzvüdür.The Hague Club 1999-cu ildə fəaliyyətinə xitam verilmişdir. Hazırda üzvlərinin bir çoxu Le Siècle araşdırma mərkəzində fəaliyyətlərini davam etdirirlər.
Tarixi Politoloq Pyer Rozanvallon hesab edir ki, Sen-Simon Fondu 1981-ci il prezident seçkilərində sol namizəd Fransua Mitteranın seçilməsi ilə yaradılmışdır. Fondun məqsədi siyasi klublar və universitetlərin nəzdindəki institutlardan tamamilə müstəqil sosial mübadilə şəbəkəsi yaratmaq idi.La Fondation Saint-Simon, une histoire accomplie , Pierre Rosanvallon, Le Monde, 23 June 1999
Sen-Simen Fondu totalitarizmin əksinə, demokratiya və iqtisadi liberalizmi dəstəkləyirdi. Fond universitetlər, biznes mühiti və dövlət idarəçiliyi arasında körpü yaratmaq arzusunda idi. Pyer Nora bu qurumu "ideyaları olan insanlarla vasitələri (məsələn, pulu) olan insanların görüşü" () kimi təsvir edirdi.
Araşdırma mərkəzi müxtəlif memorandumlar və tədqiqatlar dərc edirdi. 1990-cı illərdə Fransa siyasətinə həddindən artıq və bir növ gizli təsir göstərdiyi iddia edilən Fond getdikcə daha çox tənqidlərə məruz qalırdı.
Üzvləri Prezident: Roje Foru və Fransua Füre Katib: Pyer Rozanvallon Xəzinədar: Alen Menk İnzibatçılar: Jan-Klod Kazanova, Jan Perelvad və İv Sabure.
İstinadlar
Xarici keçidlər Vincent Loren, Les architectes du social-libéralisme, Le Monde diplomatique, sentyabr 1998
Kateqoriya:Avropanın siyasi təşkilatları