Soyqırımı və ya genosid ( — nəsil и — öldürürəm sözlərindən) – etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsi; kütləvi şiddət forması. Bu, "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın (SCQACK) 2-ci maddəsində "milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş aşağıdakı hərəkətlərdən – qrup üzvlərini öldürmək; qrup üzvlərinə ciddi fiziki və ya mənəvi ziyan vurmaq, qrupun tam və ya qismən fiziki məhvi məqsədilə qrupda həyat şərtlərini düşünülmüş şəkildə aşağı salmaq; qrupda olacaq doğumların qarşısını almaq üçün tədbirlər görmək; (və) uşaqları bir qrupdan zorla digər qrupa köçürmək – biri" kimi nəzərdə tutulmuşdur.

SCQACK-nın preambulasında soyqırımı yalnız "beynəlxalq hüquq üzrə, BMT-nin mahiyyətinə və məqsədlərinə zidd, sivil dünya tərəfindən cinayət hesab olunan cinayət" hesab edilmir, həmçinin "bütün tarixi dövrlərdə soyqırımı bəşəriyyətin amansız böyük itkisi" sayılır.

Beynəlxalq hüquq normalarına görə, soyqırımı törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırımı cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər soyqırımı cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbir görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə görə həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir.

Hansı tarixi hadisələrin soyqırımı, hansıların isə daha az kriminal və ya qeyri-insani əməl olduğunu müəyyən etmək çətindir. Soyqırımı ittihamlarının cərəyan etdiyi demək olar ki, hər bir hadisədə müxtəlif mövqelərin tərəfdarları faktların geniş müxtəlif versiyalarını təşviq edərək hadisənin şərhlərini və detallarını qızğınlıqla müzakirə edirlər. Soyqırımı ittihamı sözsüz ki, tam aydın olmur və demək olar ki, həmişə ziddiyyətlər olur. Aşağıdakı soyqırımıların və soyqırımı iddialarının siyahısı da bu kontekstdə anlaşılmalı və bu subyektlər barəsində son söz kimi qəbul edilməməlidir.

Soyqırımının alternativ anlayışları "Soyqırımı" sözünün müvafiq tərifi barədə bir çox debatlar keçirilir. SCQACK-da soyqırımının hədəfi kimi sosial və siyasi qrupların istisna olunması bəzi tarixçilər və sosioloqlar tərəfindən tənqid edilmişdir, məsələn, Hassan Kakar "Sovet müdaxiləsi və Əfqan cavabı: 1979–1982" kitabında bildirir ki, soyqırımının beynəlxalq tərifi çox məhduddur, bura siyasi və ya soyqırımı törədən tərəfindən müəyyən olunan hər hansı qrup da əlavə olunmalıdır və Frenk Çok və Kurt Conassondan sitat gətirir: "Soyqırımı soyqırımını törədənin müəyyənləşdirdiyi bir qrupun dövlət və ya başqa hakimiyyətin məhv etməyə çalışdığı birtərəfli kütləvi qırğınının bir formasıdır." Beynəlxalq hüququn soyqırımına verdiyi hal-hazırkı təriflə razılaşmayan bəzi tənqidçilər qeyd edirlər ki, bu tərifə Stalinin qismən təsiri olub, buna görə də orada siyasi qruplar nəzərdə tutulmayıb.

R. C. Rammelə görə soyqırımının 2 müxtəlif mənası var. Ənənəvi məna hökumət tərəfindən insanların milli, etnik, irqi və ya dini mənsubiyyətinə görə qətlidir. Leqal məna beynəlxalq razılıqla SCQACK-da ifadə olunub. Bura həmçinin doğumların qarşısının alınması və uşaqların zorla bir qrupdan digərinə köçürülməsi kimi öldürməklə əlaqəli olmayan elə hərəkətlər daxildir ki, qrupun məhvinə yönəlib. Əsas məna ənənəvi məna kimidir, bundan əlavə bura siyasi opponentlərin hakimiyyət tərəfindən öldürülməsi və başqa beynəlxalq qətllər daxildir. Bu qarışıqlıqdan yayınmaq üçün Rammel 3-cü məna üçün demosid ("democide") terminini yaratmışdır.

Soyqırımıların zaman şkalası

1490-cı ildən əvvəl Adam Cons özünün "Soyqırımı: Ətraflı giriş" kitabında izah edir ki, tarix boyu insanların başqa qrupları yad kimi görmə qabiliyyətləri olub, Çok və Conassondan sitat gətirir: "Tarixi və antropoloji insanların özləri üçün həmişə bir adları olub. Əksər hallarda bu ad "xalq" olub və hər hansı yolla özlərindən daha keyfiyyətsiz hesab etdikləri başqa adamlara qarşı bu ad üzərində sahibliklərini yaradıblar. Xalq və bəzi başqa cəmiyyətlər arasındakı fərqlər din, dil, metod, adətlər və sairə ilə bağlı xüsusilə böyük olduğundan digərləri adi insana nisbətdə daha az qiymətləndirilib – kafirlər, barbarlar və ya hətta heyvanlar." (Çok və Conasson, "Soyqırımının tarixi və sosiologiyası", səhifə 28)

Cons davam edir: çox az xalq başqa bir qrupla daha rahat yaşaya bilir, çünki yadlar insandan daha aşağı qiymətləndirilir və buradan qısa bir arqument əldə edirlər ki, bizim yaşaya bilməmiz üçün onlar və ya biz məhv edilməliyik. Bu qiymətləndirmədən sonra Cons belə davam edir: "Frenk Çok və Kurt Conassonun erkən araşdırmalarında qeyd edildiyi kimi çətinlik ondadır ki, belə tarixi qeydlərin mövcudluğu ikibaşlı və qeyri-mötəbərdir. Belə ki, bu gün tarix bəzi sadiq "obyektiv" faktlarla, onu yazanın öz rəhbərini tərifləmək məqsədinə xidmət edən hesablamalarına və öz ilahlarının daha ali olmasını əsaslandırmaqla yazılır."

Antik dövr alimləri soyqırımı (genosid) və cinslərin öldürüldüyü gendersidi fərqləndirirlər, lakin uşaqlar (xüsusilə qızlar) və qadınlar qalib cəmiyyətə daxil edilirdilər. Cons qeyd edir ki, "Çok və Conasson tarixi hadisələrin geniş səpkili təsnifatını aparırlar; Assuriya imperiyasının e.ə. I minilliyin I yarısındakı talanları, Peloponnes müharibələri zamanı (e.ə. V əsr) melosların Afina tərəfindən məhv edilməsi, Fukididin "Melian dialoqu"nda göstərdiyi gendersid çıxışlar."

Əhdi-ətiqdə (Tövrat) amaleklərin və midiyalıların soyqırımıları təsvir edilir. Cons holokost araşdırmaları professoru Yehuda Bauerə istinad edir: "Bir yəhudi kimi mən öz qanunlarına əsasən soyqırımı çağırışları ilə əhatə olunmuş irsi cəmiyyətdə yaşamağa məcburam."

Yu Dinq qeyd edir ki, Çjounun kralı Li (təxm. e.ə 828-ci il) ordusuna əmr vermişdir ki, qiyam edən ölkədə qoca və cavan heç kimi sağ qoymasınlar.

Yel Universitetindən Ben Kiernan III Pun müharibəsinin sonunda Karfagenin dağıdılmasını "İlk Soyqırımı" kimi qələmə verir.

Ran Min (352-ci ildə ölüb) daha çox Vu Hunun bütün əmrlərini icra etməklə məşhur idi.

Tiele xalqına qarşı Xue Renguinin (614–683) kütləvi qırğın törətdiyi deyilir.

Yeni araşdırmalara görə Amerikan cənub-qərbində Anasazi qrupu təxminən 800-cü ildə baş vermiş soyqırımı nəticəsində məhv edilmişdir. "Bu adamların hər birinin tarixi (o cümlədən Amerika hindiləri) qonşu tayfalar arasında demək olar ki, fasiləsiz mübarizə seriyasıdır" – Lüdvik Krjivitski qeyd edir. Müəllifə görə irokezlər Erini "məhv etmiş", İllinoysu "qarət" etmişdilər.

Erik Marqolisə əsaslanan Cons qeyd edir iki, 13-cü əsrdə monqol atlıları Çingiz xanın başçılığı ilə bütöv xalqları xarabalıq və sümüklərdən başqa heç nə qoymadan öldürən soyqırımı törədiciləri idilər. O, əmr vermişdi ki, Tata monqollarını və Buxarada Kankalis kişilərini öldürsünlər. Rozanna Klass monqolların Əfqanıstandakı siyasətini soyqırımı kimi təqdim edir. Monqolların Avropa işğalları zamanı sağ qalmış rahib Rocerius işğalın soyqırımı əlamətindən başqa qeyd edirdi ki, monqollar xüsusilə alçaldılmış qadınlarla "rahatlıq tapırdılar". Çin bundan əhalisinin kəskin azalması kimi ziyan gördü. 1195-ci ildə Şimali Çinin əhalisi 50 milyon olaraq hesablanmış, 1235–1236-cı illərdəki birinci monqol siyahıyaalmasında isə bu rəqəm yalnız 8,5 milyon olmuşdu.

1471-ci ildə vyetnamlıların Çampaya hücumu zamanı vyetnamlılar Çam xalqına qarşı soyqırımı törətmişlər, minlərlə çamlı öldürülmüş, Vyetnam sivilizasiyasına assimilyasiya olunmuşdu.

1490–1914-cü illər

Amerikalılar 1490-cı ildən Xristofor Kolumb Amerikaya ayaq basandan Birləşmiş Ştatlar hərbisi tərəfindən Vaunded Nidə 1890-cı il Siu qırğını törədilənə qədər Qərb yarımkürəsinin yerli əhalisi birbaşa səbəb kimi əsasən xəstəliklərə görə azalaraq 100 milyondan 1,8 milyona düşmüşdür. Yalnız Braziliyada yerli əhali Kolumbaqədərki dövrdə olan 3 milyon nəfərdən 300 min nəfərədək azalmışdır (1997).

Kolumbun gəlişinə qədər Amerikada nə qədər insanın yaşaması barədə ehtimallar olduqca müxtəlifdir; 20-ci əsr alimləri ən azı 8,4 milyondan ən çoxu 112,5 milyona qədər hesablayıblar. Bu əhali debatları tez-tez ideoloji çalar alırdı. Robert Royal yazır ki, "Kolumbaqədərki əhali sayının hesablamaları çox siyasiləşdirilib, Avropanı və Qərb sivilizasiyasını tənqid edən alimlər çox böyük rəqəmlər göstərirlər."

Alimlər indi müxtəlif zidd faktorlar arasında yerli amerikalıların azalmasının birbaşa başlıca səbəbinin epidemik xəstəliklər olduğuna inanırlar. Avropalıların və afrikalıların ilk təmasından sonra ölən Yeni Dünya sakinlərinin 90–95%-i Köhnə Dünyanın çiçək, qızılca kimi xəstəliklərindən ölmüşdülər. Bəzi hesablamalar yerli amerikalıların ölümünün səbəbinə fantastik ölçüdə (80–90%) çiçəyin səbəb olduğunu göstərir.

Hələ də yüksək səviyyədə müzakirə olunan ən əhəmiyyətli informasiyalardan biri də Amerikanın yerli əhalisinə qəsdən etnosid kimi bilərəkdən xəstəliklərin bioloji silah olaraq tətbiq olunmasıdır. Bu ittiham ilk dəfə Ceffri Amhörstün başçılıq etdiyi Britaniya qüvvələrinə qarşı irəli sürülüb. Hər bir halda onun komandanlığı ilə bakterioloji hərbin tətbiqinə aid cəmi bir sənəd var.

Devid Stannard özünün "Amerika holokostu" kitabında qeyd edir ki, Amerikanın yerli əhalisinin məhvi avropalılar və onların varisləri tərəfindən "soyqırımı zənciri"ndə dünya tarixinin ən kütləvi soyqırımı aktıdır. Stannardın iddiası "bu, təbii olmayan, yerinə yetirilən dəqiq kindir" deyən Uord Çörcill tərəfindən davam etdirilmişdir. Stannardın 100 milyon ölü iddiasına etirazlar olmuşdur, çünki o, bu rəqəmi təsdiqləmək üçün heç bir demoqrafik göstərici verməmiş və buna görə də o, zorakılıq nəticəsində ölənlərlə xəstəlik nəticəsində ölənlər arasında fərq qoymamışdır. Latın Amerikalı və Florida Beynəlxalq Universitetinin professoru Nobl Devid Kuk, açıqlanması Kolumbun Amerikaya səyahətinin 500-cü ildönümünə təsadüf edən Stanfordun rəqəminə əsaslanmış və bununla əhali azalmasının izahının Qara Əfsanə kimi qeyri-məhsuldar növünə qayıtmışdır. "Köhnə və Yeni Dünyaların əlaqəyə başlamasından sonrakı bir əsr ərzində həlak olmuş yəhudiləri öldürmək üçün həddən az ispan var idi."

2003-cü ildə Venesuela prezidenti Huqo Çavez çağırış etdi ki, Latın Amerikalılar Kolumb Gününü qeyd etməsinlər. Çavez Kolumbu İspaniya tərəfindən yerli amerikalıların kütləvi soyqırımına yol açmaqda ittiham edib.

Amerikalı yazıçı, keçmiş Rodeziya alimi Devid Kammen kolonial amerikalıların yerli amerikalılara və Avstraliyanın aborigenlərə tətbiq etdiyi siyasəti onları "sözün tam anlamında qəddar, ikiüzlü, fürsətcil və hətta soyqırımıçı" adlandıraraq qiymətləndirib.

Amerika Birləşmiş Ştatları Holokost eksperti Devid Sesarani kimi bəzi müəlliflərə görə ABŞ-nin məlum yerli əhaliyə qarşı olan hökuməti və siyasəti əvvəlcədən düşünülmüş soyqırımı kimi "Tale Manifesti"ni (Manifest Destiny) irəli sürür. Sesarani qeyd edir ki, "təmiz rəqəmlərə istinad etdikdə "Yerli Amerikalıların Soyqırımı" "Holkost"dan çox olur". O, "Amerika Holokostu" kitabının müəllifi Devid E. Stannarddan sitat gətirir: "yerli xalqlara qarşı soyqırımı və irqi dəhşətlər Birləşmiş Ştatlar daxil olmaqla Qərb yarımkürəsinin bir çox xalqları tərəfindən tətbiq olunub və tətbiq olunur…"