Aşıq Hacalı Hacıyev () — Azərbaycanlı ustad aşıq.

Həyat və fəaliyyəti Hacalı Hacıyev 1935-ci ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olub. Aşıqlıq sənətinin sirlərini Aşıq Söhbətdən öyrənmişdir. Şaqraq və məlahətli səsi, xoş avazı ilə diqqəti cəlb etmişdir. Şeirlər yazmış, nəğmələr bəstələmişdir.

Azərbaycan aşıqlarının 1961-ci ildə keçirilən III qurultayının iştirakçısı olmuşdur. Ümumittifaq müsabiqələrinin laureatı adına layiq görülmüşdür.

Hacalı Hacıyev 10 mart 1983-cü ildə Şamaxı rayonunun Sabir qəsəbəsində vəfat edib.

İstinadlar

Kateqoriya:Şamaxı rayonunda doğulanlar Kateqoriya:Şamaxı rayonunda vəfat edənlər Kateqoriya:Şamaxı rayonunda dəfn olunanlar Kateqoriya:Azərbaycan aşıqları