Solomon Mixoelsin qətli — 1948-ci ildə yanvarın 12-də Minskdə baş vermişdir. Dünya şöhrətli teatr rejissoru və yəhudi ictimai xadimi Solomon Mixoels İosif Stalinin birbaşa əmri ilə SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi tərəfindən öldürülmüşdür. Qətl qəza kimi təqdim edilmiş, onun ölümü avtomobil qəzası nəticəsində olduğu bildirilmişdir. Cinayətin təfərrüatları yalnız 1953-cü ildə Stalinin ölümündən sonra məlum oldu. Lakin nə cinayət işi açıldı, nə də qətlin iştirakçıları cəzalandırıldı.
Qətldən əvvəl Tədricən Stalində baş qaldıran antisemitizmi və özünə qəsd etmiş arvadı Nadejda Aliluyevanın qohumlarına bəslədiyi nifrəti bilən Dövlət Təhlükəsizlik naziri Viktor Abakumov Stalinin özünə və ailəsinə qarşı sionist sui-qəsdinin hazırlandığı işini saxtalaşdırdı. 1946-cı ilin sonundan etibarən, o, Amerika kəşfiyyatının göstərişi ilə "yəhudi millətçisi" Mixoels tərəfindən Stalin haqqında şəxsi məlumat toplamaq məqsədi ilə mütəmadi olaraq İsaak Qoldşteinin qızı Svetlana və əri Qriqori Morozov ilə görüşməsi barədə Stalini məlumatlandırırdı .
Qoldşteyn Mixoels ilə onun rəhbərlik etdiyi Yəhudi Anti-Faşist Komitəsinin üzvü Zaxar Qrinberq vasitəsilə tanış olmuşdu. Mixoels Qoldşteynlə Stalinin qızı və əri ilə əlaqələrini müzakirə etmişdi, çünki o, qohumları vasitəsi ilə SSRİ-dəki yəhudilərin problemləri barədə Stalini məlumatlandıracağına ümid edirdi . 1947-ci il dekabrın 10-da Abakumovun Stalinə məruzəsindən sonra Nadejdanın bacısı Yevgeniya Aliluyeva həbs edildi. Ardınca Aliluyevanın digər qohumları və yaxınları həbs olundu. Dekabrın 16-da Yevgeniya Qoldşteyn əleyhinə ifadə verdi və dekabrın 19-da o, saxlanıldı .
Dekabrın 23-də Abakumov Stalinin Vyaçeslav Molotov, Georgi Malenkov, Lavrenti Beriya, Andrey Jdanov, Aleksey Kuznetsov, Nikolay Voznesenski, Aleksey Kosıgin, daxili işlər naziri Sergey Kruqlov və maliyyə naziri Arseni Zverevin Kremldə görüşündə iştirak etdi. Tarixçi Gennadi Kostırçenko hesab edir ki, Abakumov bu görüşə Qoldşteynin sui-qəsd etirafını gətirmişdi.
Dekabrın 27-də Qrinberq həbs edildi . Bundan əlavə sistematik döyülmələr və işgəncə hesabına istintaqçılar Qoldşteyn və Qrinberqdən Mixoelsin əleyhinə ifadə aldılar. 1948-ci il yanvarın 9-da dindirilmələrin protokolları Stalinə təqdim edildi .
Stalinin qərarı 1947-ci il dekabrın 27-də axşam çağı Stalin Abakumov və müavini general-leytenant Sergey Oqoltsovla gizli görüş keçirdi. Bu görüş Stalinin nazir arasındakı digər görüşlərdən fərqli olaraq, kənar şəxslər olmadan keçirildi və adi günlərdə olduğundan daha uzun sürdü — 20:20-dən 21:35-dək. Sonradan Abakumov və Oqoltsov ifadələrində bildirmişdilər ki, bu söhbət əsnasında Stalinin onlara Mixolesi öldürməyi və bunun avto qəza kimi təqdim edilməsini əmr etmişdir . Abakumovdan Mixoelsin Minskə qarşıdakı səfəri haqqında məlumat aldıqdan sonra, 1948-ci il yanvarın 6-da Stalin telefonla Mixoelsi öldürmək və bunun avtomobil qəzasısı hadisəsi kimi təqdim etmək əmrini təsdiqlədi . Dolayı olaraq bu söhbətin məzmununu Stalinin qızı Svetlana Aliluyeva təsdiqləmişdir.
Kostırçenko qətlin baş verdiyi gecə Siyasi Büro iclasının da keçirildiyini də qeyd edir. O, belə hesab edir ki, Stalin iclas iştirakçılarını dövlətin qisası aktı kimi təqdim edərək qətl barədə məlumatlandırmışdı. Çünki yanvarın 10-da Stalinin şəxsi köməkçisi Aleksandr Poskrebışev Abakumovun hazırladığı Mixoelsin casusluq ittihamlarını əks etdirən dindirmə protokollarını Siyasi Büro üzvlərinə və namizədlərinə göndərmişdi.
Əməliyyatın hazırlanması Oqoltsov sonradan Belarusun Dövlət Təhlükəsizlik Naziri Lavrenti Sanavaya deyirdi ki, əvvəlcə Mixoelsin Moskvada aradan götürülməsi qərara alınmışdı, lakin o, nadir hallarda tək qaldığından bu plandan imtina etməli olmuşdular .
Belə ehtimal edilir ki, əməliyyat yerinin Minsk olaraq seçilməsini Dövlət Təhlükəsizlik Nazirliyi planlaşdırmışdır. Elə bu səbəbdən Təhlükəsizlik Nazirliyinin məlumatlancısı "Potapov" təxəllüsü ilə dərc olunan teatrşünas Vladimir İliç (Volf Qilkoviç) Qolubov Mixoelsi Leninqrad əvəzinə Minskə getməyə razı salmışdı. Bu ehtimalı yazıçı Aleksandr Borşaqovski və tarixçi Jores Medvedev irəli sürürlər. Lakin tarixçi Gennadi Kostırçenko bununla razılaşmır, çünki 1953-cü ilin martında Beriya tərəfindən yaradılan istintaq komissiyasının materiallarında bu versiya təkzib olunur. Bu materiallara görə, Minskdə qətlin həyata keçirilməsinə dair qərar Mixoelsin gələcək səfəri barədə məlumat alındıqdan sonra qəbul edilmişdir .
Əməliyyatın planı və tərkibi Stalinlə razılaşdırılmışdır. Əməliyyata rəhbər general Ogoltsov təyin edilmişdir . Oqoltsovdan başqa əməliyyat qrupuna bu şəxslər daxil idi: SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin 2-ci Baş İdarəsinin "2-Z" şöbəsinin müdiri (xarici vətəndaşlarla əlaqəli qurumların əməliyyat məqsədləri üçün istifadəsinə nəzarət edən şöbə) Fedor Şubnyakov; SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin generalı Pavel Sudoplatovun rəhbərlik etdiyi DR təxribat şöbəsinin iki zabiti — polkovnik Vasili Lebedev və baş leytenant Boris Kruqlov; Oqoltsovun katibi mayor Aleksandr Kosırev; Belarusiya Dövlət Təhlükəsizlik Nazirliyinin mayoru Nikolay Povzun.
Şubnyakov, Lebedev, Kruqlov və Kosırev Oqoltsovla birlikdə yanvarın 8-də Moskvadan avtomobilə Minskə yola düşdülər. Povzun qrupa Belarusiya Dövlət Təhlükəsizlik Nazirliyinin üzvü kimi daxil idi . Stalinin əmrinin təsdiqləməsini alan Abakumov, Minskə yola düşmə ərəfəsində, əməliyyat iştirakçılarına təlimatlar verdi. O, Çanavayı Minskdən çağırdı və Belarus Dövlət Təhlükəsizlik Nazirliyinin Stalinin şəxsi təlimatını və hökumətin əhəmiyyətli bir qərarının yerinə yetirməli olduğunu bildirdi .
Minskə gələrək respublika Dövlət Təhlükəsizlik Nazirliyininə baş çəkmədən qrup birbaşa Sanavanın bağında məskunlaşdı. İlk 3 gündə Lebedev, Kruqlov və Şubnyakov Mixoelsi izlədilər və gələcək qətl üçün hazırlıqlar gördülər .
Şubnyakovun sonradan yazdığı kimi, "Mixoels həmişə yerli ziyalıların böyük bir dəstəsinin əhatəsində olurdu. O, tez-tez Belarus Nazirlər Sovetinin avtomobilindən istifadə edirdi və İncəsənət Komitəsinin işçiləri onun yanından ayrılmırdı". Buna görə də Qolubov-Potapovun xidmətindən istifadə edərək aktyorun qaçırılması ilə bağlı qərar verildi. Bunun üçün Şubnyakov agentlə görüşdü və ona Mixoelsi Minskdə yaşayan uydurma bir şəxsi dostunu ziyarət etməyə inandırmağı tapşırdı .
Hadisələrin gedişi 300px|thumb|right|Qətllə əlaqəli yerlər 1948-ci il yanvarın 2-də Mixoels ezamiyyət vərəqəsinin aldı və yanvarın 7-də Qolubov-Potapov ilə qatarla Moskvadan Minskə yola düşdü . Onlar Stalin mükafatına namizəd olan Minsk teatrlarının tamaşalarında iştirak etməli idilər. Baxılmalı iki tamaşa var idi: əsas partiyasını Larisa Aleksandrovskayanın oynadığı Yevgeni Tiqotskinin "Alesiya" operası və Yanki Kupala adına Belarusiya Dram Teatrında Arkadi Movzonun qruluşunda baş rolda Boris Platonovun olduğu "Konstantin Zaslonov" tamaşası. Bu tamaşalara baxış 10 və 11 yanvar tarixlərinə planlaşdırılmışdı.
Yanvarın 8-də Mixoels və Qolubov Minskə onlarla bir gələn SSRİ İncəsənət Komitəsinin partiya təşkilatının katibi İllarion Baraşko ilə Belarus otelində yerləşdilər. Orada Dram Teatrının rəhbərliyi tərəfindən Mixoelsin şərəfinə ziyafət təşkil edildi .
Yanvarın 9-da, cinayətin ertəsi günü səhər saatlarında Sanavanın Moskvaya göndərdiyi xəbərə görə, Mixoels və Qolubov teatrda "Tevye-moloçnik" tamaşasına baxmış, sonra isə "tamaşa iştirakçıları ilə birlikdə Zarya restoranında səhər 4-ə qədər içki məclisi qurmuşdular" .
Ardınca Sanava yazır :
Yanvarın 12-də axşam rejissor Viktor Qolovçinerin də olduğu otel nömrəsinə bir telefon zəngi edildi. Qolubov telefonu götürdü və danışdıqdan sonra tələbə yoldaşının onu toya dəvət etdiyini və mütləq Mixoels ilə birlikdə getməli olduğunu bildirdi.
Təxminən saat 20:00-da Mixoels və Qolubov oteldən çıxdı və "mühəndis Sergeyev"in qurama toyuna yola düşdülər. Saat 21:00 radələrində onlar Kruqlovun idarə etdiyi maşına yaxınlaşdılar. Avtomobildə özünü Sergeyev kimi təqdim edən Şubnyakov da var idi. Mixoels və yoldaşı maşına əyləşdilər, bundan sonra Stepyankadakı Sanavanın bağına yola düşdülər .
Təxminən saat 22:00 radələrində Şubnyakov Oqoltsova gəlməkləri barədə məlumat verdi. O, Abakumova, ikincisi isə öz növbəsində Stalinlə zəng etdi və beləliklə aradangötürülmə üçün sanksiya alındı.
Qətlin konkret təfərrüatları müxtəlif mənbələrdə fərqli şəkildə təsvir olunur. Şubnyakov yazırdı ki, Mixoels və Qolubovun sərxoş olduqları üçün təkərlərin altına düşdükləri təəssüratını yaratmaq üçün onları bir stəkan araq içməyə məcbur etmişdilər . Sanavanın 1948-ci il yanvarın 13-də yazdığı məktubda deyilir: "Mixoelsin mədəsində olan yeməkdə alkoqol tapılmamışdı. Qolubovdan isə çox zəif alkoqol qoxusu gəlirdi". İstintaqın ifadələrində deyilir ki, onlar Sanavanın bağında yük maşınının altına atılmışdılar. Şubnyakov "Kommersant-Vlast"ın müxbirinə müsahibəsində qurbanların başına dəyənəklə zərbələr vuraraq öldürdüklərini demişdir. Sonra cəsədlər Minskə aparılmış və otelin yaxınlığında bir küçəyə atılmışdır. Onların ölümü yük maşınının vurması səbəbi ilə təqdim olunmuşdur . Oqoltsovun sözlərinə görə, qətlin birbaşa içraçıları Lebedev, Kruqlov və Şubnyakov idi .
Minskdə istintaq Cəsədlər yanvarın 13-də səhər 7:10-da Sverdlov küçəsindən Qarbarnaya küçəsinə (indiki Ulyanovskaya) gedən tramvay xətti yaxınlığında yolda aşkarlandı. Mərhumun sənədləri paltarlarının cibində olduğu üçün cəsədlərin kimliyi tez bir zamanda təsbit edildi .
Yanvarın 14-də SSRİ Daxili İşlər Naziri general-polkovnik Sergey Kruqlov Stalinə həlak olanların ölümünün avtomobil qəzası nəticəsində baş verməsi ilə bağlı məlumat verdi. Belarusiya SSR Daxili İşlər Nazirliyinin əməliyyat qrupları Mixoels və Qolubov-Potapovları əzən yük avtomobilinin Təhlükəsizlik Nazirliyinin qarajında olduğunu müəyyən etdilər. Bununla belə Belarusiya SSR Daxili İşlər Naziri general-polkovnik Sergey Belçenkonun istintaq işinə aktiv müdaxilə etmək cəhdinə Sanava mənfi münasibət göstərdi. Sanava bunun ona problemlər yaradacağı barədə xəbərdarlıq etdi və Kruqlov da istintaqda fəal olmamağı tövsiyə etdi .
By barədə istintaq materialları Belarusiya KQB-sinin arxivində bir neçə cilddə toplanmışdır. İstintaq nəticəsində çox sayda insanlar dindirildi, müxtəlif şübhəli şəxslər saxlanıldı və tədqiqata cəlb olundu və sonra sərbəst buraxıldı. Belarusiya tarixçisi Emanuel İoffenin yazdığına görə sənədlərə baxdıqda "aktiv axtarışlar təəssüratı alırsınız — lakin heç bir nəticə görməyəcəksiniz" . İstintaq respublika milisinin rəisi S. D. Krasnenkonun birbaşa nəzarəti altında Fəhlə-Kəndli milisinin baş idarəsinin rəhbərinin keçmiş müavini İ. V. Bodunov tərəfindən aparılmışdır. 1953-cü ildə həbsxanada yatan İvanov adlı birisi ifadəsində iddia etmişdir ki, 1948-ci ilin yanvar ayında Minsk şəhərinin ucqar bir yerində axşam saatlarında iki nəfərin ağ rəngli minik avtomobilindən necə atıldığının şahidi olmuşdur. İvanov gələnlərdən birini — yerli sahə müvəkili milis leytenant Kuroçkini tanıdığını iddia edirdi. O, avtomobildən atılanların kim olduğunu başa düşdüyünü və bu barədə bir neçə ildən sonra danışmaq qərarına gəldiyini bildirirdi Версия о лейтенанте Курочкине — явный вымысел, никто из сотрудников белорусской милиции к этому сверхсекретному делу не привлекался..
Rəsmi versiya Fevralın 11-də istintaqın rəsmi nəticələri SSRİ Daxili İşlər Nazirinin müavini İvan Serova təqdim edildi:
Rəsmi olaraq da hər iki şəxsin qəzaq nəticəsində həlak olması elan edildi. Kostırçenko hesab edir ki, Sanavanın ifadələrində ki, ölüm vaxtı (22:00) ilə mütəxəssislərin rəyi ekspertlərin təsadüfən səhv etməsi və ya qəsdən manipulyasiyası və ya şahidin unutqanlığı nəticəsində izah edilə bilər. Ölüm günü Qolubov və Mixoels ilə görüşmək niyyətində olan şəxsin tapılması versiyaları (yəni mövcud olmayan "mühəndis Sergeyev" in axtarışı) SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinə həvalə edildi — lakin sonra açıqlanmadan axtarış dayandırıldı .