Ağbulaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Dağətəyi ərazidədir. Keçmış adı Talıbxanbəyli olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə Talıbxan bəy adlı birisinə məxsus maldar ailələrin Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Ağbulaq kəndinin əhalisinin faktiki sayı 116 nəfər, qeydiyyatdakı əhalinin sayı 117 nəfər təşkil edirdi.İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali - səh. 3 İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağbulaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Həmçinin bax Xocalı soyqırımı
İstinadlar
Kateqoriya:Xocalı rayonunun kəndləri