Mehdibəyli (əvvəlki adı: Mehdişen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Mehdişen kəndi Mehdibəyli kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Mehdibəyli kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

Toponimikası XIX əsrdə İrandan gəlmə ermənilər burada yerləşdirildikdən sonra yaşayış məntəqəsi Mehdişen adlandırılmışdı. Oykonim "Mehdibəyin kəndi, Mehdibəyə məxsus kənd" mənasındadır. Kənd ermənilər tərəfindən Lusadzor adlandırılır.

Tarixi

Coğrafiyası və iqlimi Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Mehdibəyli kəndinin əhalisinin faktiki sayı 174 nəfər, qeydiyyatdakı əhalinin sayı 177 nəfər təşkil edirdiİnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali - səh. 2.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Xocalı rayonunun kəndləri