400px|thumb|right|Brent markalı neftin dollarla 1987-ci ildən bəri orta aylıq spot qiymətləri Neftin qiymətləri dedikdə bir qayda olaraq, fyuçers bazarında sərbəst satılan marka növlərindən birinin bir barel neftinin, adətən Şimali Dəniz Brent markalı və ya hərdən Amerika WTI markalı neftinin spot qiyməti kimi başa düşülür. Nadir hallarda və ya daha çox əvvəllər, Dubai Crude etalon qarışıqları və OPEC səbəti istifadə edilirdi.
Digər çeşidlərin qiymətləri, sıxlığı və kükürd tərkibi, habelə yatağın yerləşdiyi yerdən, keyfiyyətindən asılı ola bilər; lakin, onlar marker növlərindən birinə nisbətən tez-tez təyin olunur.
Bəzi təşkilatlar, xüsusən Enerji Məlumat İdarəsi (EIA, ABŞ) ABŞ neft emalı zavodları tərəfindən alınan neftin orta çəkili maya dəyərini “dünya neftinin qiyməti” kimi istifadə edir.
Neftə qlobal tələb elastikdir - qiymət dəyişkənliyi ilə praktiki olaraq dəyişmirОпределение и анализ коэффициентов эластичности спроса на сырую нефть в разных регионах мира за период 1982—2011 гг // Экономические науки 12(109)2013, ISSN 2072-084XАналитический обзор: Мировой рынок нефти // Внешпромбанк, аналитическое управление, август 2011: «Крайне низкая эластичность спроса по цене на нефть привела к тому, что ценообразование на нефтяном рынке оторвано от баланса спроса и предложения в реальном секторе.»John C.B. Cooper, Price elasticity of demand for crude oil: estimates for 23 countries // OPEC review 27.1 (2003): 1-8. «All estimated short-run elasticities suggest that oil demand is highly price-inelastic in the short run». Bununla yanaşı, neftin etalon növlərinin spot qiymətləri əhəmiyyətli dərəcədə dəyişkənliyə məruz qalır və qlobal xarakterli bir çox siyasi və iqtisadi şərtlərlə müəyyən edilir.
Tarixi XX əsrin birinci yarısına qədər dünya neft hasilatına, daşınmasına, ticarət və emalının təxminən 95% -nə "Yeddi bacı" adlandırılan Chevron, Esso, Gulf Oil, Mobil, Texaco, British Petroleum və Shell tərəfindən nəzarət edilirdi. Neftin qiymətləri tədarük müqavilələrinə əsasən iki ilə qədər müəyyən edilirdi. 1948-1970-ci illərdə qiymət Koreya müharibəsi (1950-1953) və Altı Günlük Müharibə (1967) dövründəki artımları nəzərə almasaq, bir barrel üçün 2.5-3 dollar arasında dəyişirdi .
1970-ci illərin əvvəllərində spot neft bazarının təməli qoyuldu.
Neft markalarının qiymətləri Neft ticarətini asanlaşdırmaq üçün ya əsas neft yataqları, ya da bir qrup neft yatağı ilə əlaqəli və müəyyən xüsusiyyətlərə malik olan bir neçə standart (marker, etalon) neft növü istifadə olunur.
Əksər markaların qiymətləri birbaşa və ya dolayı yolla aşağıdakı əsas neft növləri üçün bazar qiymətləri ilə müəyyən edilir Нужен ли России свой маркер? // Нефть России, № 11 2012 стр. 94-98 «В США — это западнотехасская средняя (West Texas Intermediate — WTI), в Европе — смесь нефтей месторождений Brent, Forties и Ekofisk (Brent). Сегодня в мире используются три основных нефтяных бенчмарка (от англ. benchmark — ориентир, эталон), определяющих контрактную структуру рынка: американская WTI, европейская смесь Brent и ближневосточная смесь Dubai/Oman.»:
West Texas Intermediate (1983-cü ildən bəri WTI və Light Sweet Crude Oil kimi də tanınır) Nyu-York ticarət birjasında satılan Texas neftdidir. Onun qiyməti ABŞ-nin Oklahoma ştatının Kuşninq şəhərindəki anbarlara və boru kəmərləri ilə çatdırılma vaxtı müəyyən edilir Brent Crude Oil (1980-ci illərdən bəri Brent Blend adlanır, London Brent ICE-də satılır) - Şimal dənizinin bir neçə yatağından çıxarılan (Böyük Britaniya və Norveç) neft qarışığı, Avropa və OPEC bazarları üçün qiymət standartını təyin edir Dubai / Oman (2007-ci ildən bəri, Dubay Ticarət Birjasında satılan Oman Crude) - Asiya bazarının əsas markasıdır.
Marker növlərinin istehsal həcmi nisbətən azdır, 2011-ci ildə Brent və WTI-nin istehsalı qlobal istehsalın təxminən 2% -ni təşkil etmişdir .
Neftlə aparılan əməliyyatların 90% -dən çoxu bazardankənar orta və uzunmüddətli müqavilələrin payına düşür.
PRA Platts, Argus Media və digərlərində dərc olunan WTI və Brent əsas marka çeşidlərinin qiymətlərinin kotirovkaları əsasən müəyyən bölgələr ilə əlaqəli olaraq müəyyən edilmişdir. Məsələn, Rusiyanın əsas ixrac neft növləri ağır Urals və yüngül tərkibli Sibir Lightdır. İraqda - Kərkük növü. Azeri light crude Azərbaycanın dünyada satdığı neft növüdür. Əsasən London ticarət birjasında satılır. Tərkibinə görə brent növünə yaxındı. Bəzi ölkələr bir neçə fərqli neft növləri istehsal edirlər. Məsələn, İran dünya bazarına yüngül İran Light və ağır İran Heavyni çıxarır.
Maya dəyəri + Ən böyük neft hasil edən ölkələrdə 2015-ci ildə bir barel neft hasilatının orta maya dəyəriПо оценкам Rystad Energy (UCube), учитываются капитальные и операционные затратыBöyük Britaniya52,50 $ Braziliya 48,8 $ Kanada 41,0 $ ABŞ 36,2 $ Norveç 36,1 $ Anqola 35,4 $ Kolumbiya 35,3 $ Nigeriya 31,6 $ Çin 29,9 $ Meksika 29,1 $ Qazaxıstan27,8 $ Liviya 23,8 $ Venesuela23,5 $ Əlcəzair 20,4 $ Rusiya 17,2 $ İran 12,6 $ BƏƏ 12,3 $ İraq 10,7 $ Səudiyyə Ərəbistanı9,9 $ Küveyt 8,5 $ Neftin maya dəyərinə neft istehsalçılarının neft istehsalında çəkdiyi bütün xərclərin pul baxımından ümumi dəyəri daxildir. Bu, neftin vahid həcminə görə hesablanır.
Qiymət bir neçə komponentdən asılıdır:
istehsal xərcləri və vergilər (çıxarılma xərcləri, istehsal vergiləri) - mövcud quyuların və neft emalı avadanlıqlarının istismarı, faydalı qazıntıların istifadəsinə görə vergi və rüsumlar. 2009-cu ildə EIA görə neftin çıxarılma xərcləri neft və qaz hasilatı üçün bir barel neft ekvivalenti (BOE) üçün bölgədən və növündən asılı olaraq 5 dollardan 15 dollara qədər idi . kəşfiyyat və işləmə xərcləri (kəşfiyyat xərcləri, işləmə xərcləri) - torpaqların alınması, işçilərin məvacibi, yataqların kəşfiyyatı və işlənməsi xərclərini əhatə edir. 2007-2009-cu illərdə onlar EİA tərəfindən müxtəlif bölgələrdə 7 ilə 42 arasında neft və qaz üçün orta hesabla 18 ABŞ dolları səviyyəsində qiymətləndirilmişdir . əlavə olaraq nəqliyyat xərcləri də nəzərə alına bilər Dəniz yataqları üçün (dünyadakı bütün neftin təxminən 30%-i onlardan istehsal olunur), neft platforması və avadanlıqlarının istismardan çıxarılması bahalı bir proses təşkil edə bilər (2001-ci ildə 2 milyondan 100 milyon dollara qədər).
Neft və qaz hasilatının ümumi dəyəri müxtəlif bölgələr üçün 16 ilə 53 arasında, orta hesabla isə 29 ABŞ dolları səviyyəsində qiymətləndirilmişdir .
2014-cü ilin əvvəlində Morgan Stanley və Rystad bir barel neftin yatağından və bölgədən asılı olaraq, rentabellik qiymətlərini təqdim etmişdir : Yaxın Şərq - 24 dollar, Dənizdə - 41 dollar, Rusiya nefti - 47 dollar, Quruda - 51 dollar, Dəniz dərinliyində - 52 dollar, Həddən artıq dəniz dərinliyində - 56 dollar, Şimali Amerikadakı az keçirici şist rezervuarlarındakı neft - 65 dollar , Neft Qumlarında - 70 dollar; Arktika şelfində - 75 dollar.
2017-ci ildə Rusiyada bir barrel neft hasilatının orta dəyəri 10-15 dollar həcmində olmuşdur.
2017-ci ildə Azərbaycanda bir barel neftin hasilatının orta dəyəri 16-19 dollar həcmində hesablanmışdır . Neftin maya dəyərinə bir sıra şərtlər də təsir göstərir: neft yatağının dərinliyi; iqlim şəraiti; yatağın dəniz yollarından uzaqlığı; yatağın əsas istehlakçılardan uzaqlığı; avadanlığın keyfiyyəti və müasirliyi.
İran körfəzi ölkələrində bir barel neftin ucuz olması səbəbi yataqların kontinental şelfdə və sahil zonasında yerləşməsi və dənizin kiçik dərinliyə malik olmasıdı. Həmçinin neft böyük limanların yaxınlığında çıxarıldığından uzun neft boru kəmərlərinin çəklməsinə və onun saxlanmasına ehtiyac yoxdur.
Rusiyada neftin daha yüksək maya dəyəri istehsal yerlərindəki çətin iqlim şəraiti və əsas istehlakçılardan, limanlardan uzaqlığı ilə əlaqədardır.
Dənizdə neft çıxarılması nisbətən yüksək istehsal dəyərinə malikdir. Belə çətin proyektləri Böyük Britaniya, Norveç və bir sıra digər Avropa ölkələri dayaz Şimali dənizində və ABŞ Meksika körfəzinin dərin şelfində həyata keçirir. Həmçinin Azərbaycanda Xəzər dənizinin dərin və dayaz hissəsində də neftçıxarmanı həyata keçirir. Dənizdə yüksək xərclər neft platformalarının qurulması və bahalı avadanlıqların istifadəsi ilə əlaqədardır. Qiymətlərin müəyyənləşdirilməsi Neft tələbatının özəlliyi, qısa müddətdə tələbin qeyri-sabit olmasıdır: qiymət artımı tələbə az təsir göstərir , çünki neft əsas enerji mənbələrindən biridir və heç bir digər ehtiyatla əvəz edilə bilməz, xüsusəndə ən çox istifadə edildiyi sahələrdə (nəqliyyatın əksər növləri üçün yanacaq, neft-kimya).
İqtisadçıların fikrincə neftin qiymətinə ən yüksək dərəcədə təsir göstərən (80-85%) tələbat və təklif tarazlığıdır . 660px|thumb|right|Neft qiymətləri (1945-ci ildə — ABŞ-də neft qiymətləri, 1985 - ci ildən— Arabian Light, 1986-cı ildən — qarışıq Brent). Aşağı əyri xətt — ABŞ dollarında nominaq qiymət; yuxarı — 2015-ci illərin qiyməti dollarla
Belə ki, 1973-cü ildə Yom Kippur müharibəsində məğlubiyyətə uğrayan ərəb ölkələri 1973-1974-cü illərdə Qərbi "cəzalandırmaq" üçün neft hasilatını gündə 5 milyon barel azaltmağı qərara aldılar. Amma digər ölkələr hasilatı gündə 1 milyon barel artırmağa müvəffəq olsalar da, ümumi istehsal 7% azaldı və qiymətlər 4 dəfə artdı (bax: 1973-cü il Neft Böhranı). Neft qiymətləri 70-ci illərin ortalarına qədər yüksək səviyyədə qaldı (boykot dövründə olduğu qədər yüksək olmasa da), İran inqilabı və İran-İraq müharibəsi qiymətlərin artmasına daha bir təkan verdi.
1983-cü ildə Nyu-York və Çikaqo birjalarında neft fyuçersləri təqdim edildi. Bu andan ildən-ilə daha çox qiymət bazarında maliyyə bazarının mövcudluğu hiss olunmağa başladıАнатомия цены на нефть: она только на треть зависит от спроса и предложения // // forbes.ru.
Qiymətlər 1980-ci illərin əvvəllərində kəllə-çarxa çıxdı. Bundan sonra, yuxarıda göstərilən səbəblərdən dolayı qiymətlər düşməyə başladı. Bir neçə il ərzində onlar üç dəfədən çox düşdülər. 1990-cı ildə İraqın Küveytə hücumundan sonra qiymətlər yenidən yüksəldi, lakin digər ölkələrin asanlıqla neft hasilatını artıra biləcəyi məlum olduqda onlar aşağı endi. 1991-ci ildə İraqın darmadağın edilməsindən sonra qiymətlər enməyə davam etdi və 1998-ci ildə bir barelə görə 11 dollar təşkil etdi. Bu inflyasiya nəzərə alınmaqla 1970-ci illərin əvvəlindəki səviyyəyə uyğun idi. Buna 1997-ci il Asiya iqtisadi böhranı səbəb oldu. Rusiyada bu, xüsusilə neft sənayesinin tənəzzülünə səbəb oldu və 1998-ci ildəki defoltun səbəblərindən biri idi.
OPEC ölkələri neft hasilatını azaltmaq barədə razılığa gələ bildilər və 2000-ci ilin ortalarında qiymətlər bir barrel üçün 30 dollara çatdı. 2003-cü ilin sonundan 2005-ci ilə qədər qiymətlərdə yeni kəskin artım oldu. 2008-ci ilin yanvar ayının əvvəllərində tarixdə ilk dəfə olaraq neft qiymətləri bir barel üçün 100 dolları keçdi (lakin 1970-ci illərin “enerji böhranı” dövründə inflyasiya nəzərə alınmaqla neft daha da baha idi ), mart ayında qiymətlərin yüksək artım templəri davam etdi (110 dollar) . 2008-ci ilin may ayında qiymətlər 135 dollara çatdı və sonra 100 dollardan yuxarı səviyyədə tutuldu. "Bazar yüksək gəlirli, eyni zamanda ABŞ-dəki aktivlərlə təmin edilən çox riskli, borclar olduqda, Amerikada ipoteka böhranı səbəbiylə əhəmiyyətli bir eniş yaşandı, hedc fondu pulları əmtəə bazarlarına töküldü, bu da neft fyuçers kotirovkalarının nəzarətsiz artmasına səbəb oldu ... ", – 2007-ci ilin dekabrında analitik Andrey Kochetkov qeyd edirdi . Bir gündə 2008-ci ilin 6 iyununda neft bir barrel üçün 10 dollar artdı. 1970-ci illərdəki böhrandan bəri bu ilk kəskin qiymət artımı idi . WTI (Light Sweet) markalı neftin maksimal qiyməti 2008-ci ilin 11 iyununda 147 dolları üstələdi Цены на нефть упали до самого низкого уровня за семь с половиной недель // РосБизнесКонсалтинг. Lakin bundan sonra 2008-ci ilin dekabr ayına olan müddətə neft qiymətləri dörd illik minimuma bir barel üçün 36 dollar səviyyəsinə qədər kəskin bir eniş etdi. 250px|thumb|right|Neft qiymətləri (1999-21.11.2008) 2008-ci ilin oktyabrında qlobal iqtisadi böhranın sürətli inkişafı fonunda neftin qiyməti bir barel üçün 67 dollardan aşağı düşdü.