Vi Men Çi () — Malayziya çinlisi olan musiqi ifaçısı, bəstəkarı, kino yaradıcısı və aktyoru. O, Namewee səhnə adı altında tanınır.

Həyatı Vi Malayziyanın Cohor ştatında yerləşən Muar şəhərində anadan olub. Doğma şəhərində məktəbini qurtarıb, 2002-ci ildə təhsilini Çin Respublikasında davam etmişdi. Orda, Vi Taoyuan şəhərində Min Çuan Universitetinin kütləvi kommunikasiya proqramını oxuyub. Malayziyanı tərk edəndə, məktəb illərində dostları ilə qurduğu Aunt Band () musiqi qrupundan çıxmağa məcbur olub.

Namewee-nin ilk populyarlıq sıçrayışı onun Neqaraku adlı Malayziyanın dövlət himninə Neqarakuku adlı mübahisəli parodiyasının 2007-ci ildə, Çin Respublikasında oxuduğu zamanı YouTube-a yükləşinin nəticəsi idi.

Saxlanması və həbs edilməsi 2016-cı ilin avqustun 2-də bəyan olunub ki, Pinanq polisi onu xaricə səyahətindən qayıdandan sonra dərhal həbs edəcək. O, Oh my God musiqi videosunda İslamı təhqir etməyində ittiham olunurdu. Saxlanmasından əvvəl 2016-cı ilin avqustun 21-də Vi YouTube-da Surrender adlı videonu buraxıb. O videoda, Vi saxlanılmasından əvvəl bədənində zədələr olmamasını göstərmək üçün cinsiyyət orqnlarını senzura eləyib, lüt soyunub.

Planlaşdığına görə, polis onu 2016 ilin avqustun 21-də Kuala Lumpur Beynəlxalq Hava Limanı çatmış saxlayıb. Növbəti gün, o, Cinayət Kodeksinin 295-ci bölməsinə (dini təhqir etmək məqsədilə zərər və ya murdar edilməsi) əsasən dörd günə istintaq təcridxanasına qoyulub. 2016-cı ilin avqustun 25-də, məhkəmə onun həbsini mədə yarasına görə uzaltmağı imtina edəndən sonra, Vi müvəqqəti olaraq zaminə buraxılıb.

2018-ci ilin fevralın 22-də o, Like a Dog musiqi videosunda Putra məscidi qabağında isbatsız şəkildə rəqs etdiyini iddia olunduğuna görə, Vi polis tərəfindən istintaq aparmaq üçün bir gün ərzində saxlanılıb.

Birgə işləri Namewee-nin Stranger In The North () adlı musiqi videosunda Uan Lihom oynayırdı. 2017-ci ilin oktyabrın 21-də, o həmin mahnının başqa versiyasını, bu dəfə Hohnkonqlu musiqiçi G. E. M. iştrakı ilə buraxıb.

Namewee Yapon aktrisa və müğənnisi Meu Ninomiya ilə Tokyo Bon 2020 () musiqili videonu buraxıb.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Malayziya aktivistləri Kateqoriya:Malayziya aktyorları Kateqoriya:YouTuberlər Kateqoriya:Əlifba sırasına görə yutuberlər