Kamal Həmid oğlu Kərimov () — Azərbaycan opera müğənnisi (lirik tenor), vokalçı-aktyor, pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1960).

Həyatı Kamal Kərimov 20 fevral 1925-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Tələbə olarkən "Koroğlu" operasında Nadir roluna dəvət olunub. Böyük Vətən müharibəsinə yollanan K.Kərimov ali musiqi təhsilini müharibədən qayıtdıqdan sonra başa vurmuşdur.

Lirik tenor səs tembrinə sahib olan Kamal Kərimov təyinatla Azərbaycan Dövlət Musiqili Komediya Teatrına göndərilib. 1949-cu ilin əvvəllərində, teatr bağlananda Filarmoniyanın nəzdindəki musiqili komediya ansamblında və daha sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib. Bir müddət sonra müəllimliyə keçərək uzun müddət Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərib.

Kamal Kərimov 13 yanvar 1992-ci ildə Bakıda vəfat edib.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 24 may 1960

İfa etdiyi əsas rollar Musiqili Komediya Teatrında

Tamaşa Müəllif Rol Məşədi İbad Üzeyir Hacıbəyov Sərvər Arşın mal alan Üzeyir Hacıbəyov Əsgər Ulduz Sabit RəhmanSüleyman Ələsgərov Bəxtiyar Ürəkçalanlar Məmməd Səid OrdubadiFikrət Əmirov Kirmanlı Toy kimindir? Məhərrəm ƏlizadəAğası Məşədibəyov Mehman Durna Süleyman RüstəmSüleyman Ələsgərov Aşıq Murad Gözün aydın Məhərrəm ƏlizadəFikrət Əmirov Alay Hacı Qara Mirzə Fətəli Axundov, Şəmsi BədəlbəyliVasif Adıgözəlov, Ramiz Mustafayev Heydər bəy Bayadera İmre Kalman Racami Qızılaxtaranlar Həsən SeyidbəyliTofiq Quliyev Nadir Kəndimizin mahnısı Kərim KərimovZakir Bağırov Lətif Əlli yaşında cavan Zülfüqar Hacıbəyov Qulu Keto və Kote Levon CubabiriyaViktor Dolidze Kote Mavi mazurka Frents Leqar Yulian

Opera Teatrında Tamaşa Müəllif Rol Koroğlu Üzeyir Hacıbəyov Nadir Arşın mal alan Üzeyir Hacıbəyov Əsgər Sevilya bərbəri Coakkino Rossini Qraf Almaviva Demon Anton Rubinşteyn Knyaz Sinodal

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan pedaqoqları