Karen Horni () — alman əsilli Amerikalı psixoanalist. Neo-Freydizmə bağlı bir cərəyan olan "eqo psixologiyası"nın təmsilçilərindəndir.İnan, Z. (5 Temmuz 2011). Re: Çağımızın nevrotik kişiliği: Karen horney. Z.Freyddən fərqli olaraq şəxsiyyətin və nevrozun formalaşmasında fizioloji və impulsiv güclərin təsirlərindən daha çox ərtaf mühitin təsirlərindən bəhs etmişdir.
Həyatı K.Horninin atası kişilərin qadınlardan üstün olduğunu düşünən dindar və sərt xasiyyətli Norveç əsilli bir gəmi kapitanı idi. Atası ona peşəsinə görə rastlaşdığı fərqli mədəniyyətlər haqqında danışardı. Bu isə K.Horniyə gələcəkdə böyük təsir göstərəcəkdir. Bədbəxt bir evliliyi olan anası isə bu halından daim Karenə danışardı. Karenin uşaqlığı ailəsinin ona olan qatı münasibəti səbəbilə yaxşı keçməmişdir. Valideynləri övladları arasında ayrı seçkiliyə yol verərək qardaşını ondan üstün tuturdu. Bu səbəbdən kiçik yaşlı Karen özünə qarşı dəyərsizlik, alçaqlıq və düşmənçilik duyğuları hiss edirdi. Valideynlərinin sevgisindən məhrum olması K.Horninin gələcəkdə inkişaf etdirəcək narahatlıq (anxiety) nəzəriyyəsi üçün zəmin yaratmışdır. Atasının əlil olmasına baxmayaraq, Karen anasının sayəsində universitetə daxil oldu.Schultz, D. P. ve Schultz, S. E. (2007). Psikanaliz: Muhalifler ve psikanalizin türevleri. Modern psikoloji tarihi (1. Basım) içinde (660–667). (Y. Aslay, Çev.). İstanbul: Kaknüs Yayınları. 1914–1918-ci illərdə Berlin Psixoanaliz İnstitutunda konservativ psixoanaliz üzrə təhsil almış və 1920–1932-ci illər arasında İnstitutda dərs demişdir. Evliliyindən üç qızı olmasına baxmayaraq, bədbəxt evliliyi səbəbilə qeyri-qanuni münasibətlər yaşammış və ağır depressiya nəticəsində 1927-ci ildə boşanmışdır. Qeyri-qanuni əlaqələrin ən vacib və ən uzun müddətlisi Erix Fromm ilə olan əlaqəsi idi. K.Horni 1932-ci ildə Çikaqo Psixoanalitik İnstitutunun üzvü kimi Amerikaya gedir. O, çoxlu sayda alman əsilli yəhudinin mühacirəti ilə intellektuallıq qazanan Bruklində Erix Fromm və Harri Stek Sallivan kimi əhəmiyyətli psixoterapevtlərlə tanış olur. K.Horni 1934–1941-ci illərdə Nyu-York Psixoanaliz İnstitutunda müəllim kimi fəaliyyət göstərmişdir. O, Amerika Psixoanaliz İnstitutunda dekan vəzifəsini icra etdikdən sonra Nyu-York Tibb Kollecində professor adına layiq görülmüşdür. Karen Horni 1952-ci ildə Nyu-Yorkda vəfat etmişdir.
İnsan və Nevroz əlaqəsi Karen Horninin fikrinə görə, nevroz nevrotik fərdlərdə digər insanlarla olan münasibətləri idarə etmək cəhdlərinin nəticəsi olaraq ortaya çıxır.Horney, K. (2003). Çağımızın nevrotik kişiliği (5). (S. Koçak, Çev.). Ankara: Ege Matbaacılık. (Orijinal basım tarihi 1937). Bu cür strategiyalar həm adi, həm də nevrotik insanlarda görülsə də, nevrotik fərdlər bu strategiyalardan özlərinə yaxın olanını ömürləri boyu bütün sahələrdə istifadə edirlər. Horninin fikrinə görə, sağlam səylər ilə nevrotik impulslar arasındakı əsas fərq onları idarə edən qüvvələrdə öz əksini tapır. Sağlam səylər insanlarda mövcud potensialı inkişaf etdirmək üçün qurulmuş bir meyldən irəli gəlir.
Əsas narahatlıq uşaqlıqda valideyn-uşaq münasibətlərindən qaynaqlanır. Horninin dediyi fikrə əsasən, bir uşağın ətrafdakı insanların onu sevməyəcəyini beləliklə, uşağın özünün təkbaşına bir şəxs ola bilməyəcəyini qəbul edə bilməməsi dərəcəsinə qədər öz nevrozlarına uduzduqlarının şahidi oluruq. Belə fərdlərin uşağa olan münasibət və davranışları özlərinin nevrotik ehtiyacları və reaksiyaları tərəfindən müəyyən edilir. Nəticədə, uşaq "mənlik" hissini inkişaf etdirə bilmir. Bunun əvəzinə, Horninin "əsas narahatlıq" adlandırdığı dərin bir etibarsızlıq və qeyri-müəyyən bir narahatlıq hissi meydana çıxıb inkişaf edir.Horney, K. (1991). Nevrozlar ve insan gelişimi: Öz gerçekleştirme kavgası (5). (S. Budak, Çev.). Ankara: Öteki Matbaası. (Orijinal çalışma basım tarihi 1950). Bu narahatlıq və etibarsızlığın öhdəsindən gəlmək üçün uşaqlar müxtəlif davranış strategiyaları hazırlayır və bu strategiyalar şəxsiyyətlərinin dəyişməz bir hissəsinə çevrilir.
Nevrotik fərdlərdə əsas qarşıdurmalar Qarşıdurmalarda nevrozlar tez-tez müşahidə olunur. Lakin nevrotiklər bu münaqişələri rədd edirlər. Belə qarşıdurmaları başa düşmək üçün bəzi əlamətləri müşahidə etmək lazımdır. Müşahidə olunan bu simptomlar yorğunluq və qərarsızlıqdır. Bunlar sağlam insanda da baş verə bilər, ancaq nevrotiklərdə tez-tez və yüksək səviyyədə müşahidə olunur. Məsələn, övladlarını çox sevdiyini söyləyən bir ananın, uşaqlarının ad günlərini unutması qərarsızlıq əlamətidir. Münaqişələrin əsas mənbəyi eqoist impulslarımızla qadağan edici şüurumuz arasındakı qarşıdurmadır. Beləliklə, arzular və qorxular arasında toqquşma baş verir. Qarşıdurmalar uşaqlıq vaxtından etibarən uşağın ətrafındakı narahat stimulların öhdəsindən gəlməyə çalışdığı dönəmdə yaranır. Belə uşaqlar bu strategiyalardan ailənin xaricindəki şəxslərlə ünsiyyət qurarkən də istifadə edirlər və yetkin olduqda bu davranış nümunələri davam edir. Əslində, bu tip nevrotik fərdlər sosial əlaqələrin narahatlığa səbəb olduğunu öyrənir. Çünki, bu strategiyalar qısa müddətdə narahatlığı azaltmağa kömək edir.Burger, J.M. (2006). Psikanalitik yaklaşım: Freudçu kuram, uygulama ve değerlendirme. Kişilik (1.Basım) içinde (171–176). (İ.D. Erguvan-Sarıoğlu, Çev.). İstanbul: Kaknüs Yayınları. Karen Horni uşağın mübarizə strategiyalarını üç başlıq altında təsnif edir: İnsanlara yönəlmiş tip (itaətkar, uyğunlaşan tip) Təcavüzkar tip (insanlara yönəlmiş olur) Sınıq tip (insanlardan uzaqlaşmış olur)
İnsanlara yönəlmiş tip Bu insanlar sevilmək və təsdiqlənmək hissinə ehtiyac duyurlar. Yəni, hər zaman bir dost, aşiq və həyat yoldaşı axtarışında olurlar. Hər bir araşdırmada yaxınlıq və aid olmaq istəyi vardır. Bunlar məcburi ehtiyaclardır. Bu axtarışlar ilk baxışdan normal görünsə də, əslində çarəsizlikdən xilas olub, etibar və sədaqətə yönəlmiş sarsılmaz impulslardır. Onlar daim bu impulsları izləyirlər. Altruistik davranış qarşısında başqalarından çox şey istəmir əksinə, başqalarının onlardan gözlədiklərini kor-koranə şəkildə təqdim edən tərəf olurlar. Hər hadisədə özlərini günahlandırırlar və davamlı olaraq üzr istəmək potensialına sahibdirlər.Horney, K. (1991). Ruhsal çatışmalarımız (1). (S. Budak, Çev.). Ankara: Ferhal Matbaası. (Orijinal basım tarihi 1945). Nevrotik bir insanın ehtiyacları və ətrafındakı insanların gözləntiləri onu onlardan daha çox asılı olmağa vadar edir. İnsan sevgi, qoruma, dəstək, mehribanlıq və yaxınlıq istəyir. Nevrotik asılılığı olan insanlar qarşısındakı insanı itirmək qorxusu ucbatından səhvi daim özlərində axtarırlar. Buna görə daha çox sevən və anlayışlı olmağa məcbur olan tərəf olduqlarını düşünürlər. Nevrotik tip insan hər şeyə dözməyi bacarmalı, anasını, atasını sevməli və ya heç kimsənin qəlbini qırmamalı, daima rahat və sakit olmalıdır. Heç vaxt yorulmamalı və xəstələnməməlidir. Bu tip insanın düşüncələri bu dərəcədə sərtdir. Özünü qeyd-şərtsiz həsr etdiyi insan heç vaxt onu tərk etməməlidir. Ancaq nevrotik qarşı tərəf üçün hər şey etməlidir. Çünki, o, yalnız, köməksiz və zəifdir. Belə olduqda öz keyfiyyətlərini alçaldaraq dəyərsizlik hissi inkişaf etdirirlər. Həmişə başqasının daha güclü olduğunu düşünürlər. İnsanlara yönəlmiş nevrotiklərin özünə inamı başqalarının onları təsdiq edib-etməməsindən asılı olaraq dəyişir. Yəni ya artır, ya da azalır. Nevrotiklər üçün sevgi həyatında əldə etmək istədiyi yeganə məqsəd kimi görünür. Münaqişələri həqiqi mənada həll etməyincə sevgi və onu kimdənsə almaq üçün yönəlmiş olan sonsuz ehtiyac heç vaxt ödənmir. Onun üçün sevmək bu və ya digər şəkildə özünü itirmək, bu duyğulara köklənmək, bu hissin içində ərimək, başqa bir insanla birləşmək, özündə bir tapa bilmədiyi keyfiyyətləri onda tapmaq deməkdir. Sevgi bu tip üçün özünəməxsus bir dəyərə malik olduğundan, aşiq olmaq özünü qiymətləndirməyi müəyyən edən amillər arasında birinci yeri tutur.
İnsanlara qarşı yönəlmiş aqressiv tip İnsanlara qarşı yönəlmiş aqressiv tip, digər insanları düşmən olaraq görür. Bu aqressiv tip həmişə güclü olmağa və ya heç olmasa güclü görünməyə çalışır. Başqalarından üstün olub, güc qazanmağa ehtiyac duyurlar. Həyatlarına daxil edəcəkləri insanların nə qədər güclü, yüksək mövqeyə sahib olmalarına diqqət edərək onlardan necə faydalanıb istifadə edəcəklərini düşünürlər. Qorxularını qəbul etməkdən çəkinir və onların üzərinə gedirlər. İnsanlara yönəlmiş itaətli tipin əksinə qələbə qazanmaq üçün mübarizə aparan və qələbə qazazmaq istəyən insanlardır. Bu məqsəd üçün lazımi bacarıqlarından istifadə edirlər. İtaətli və aqressiv tiplər bir-birlərinin tam əks qütbləridir. Birinə xoş olan davranış digəri üçün naxoş ola bilər. Biri hamı ilə razılaşmaq istəyərkən, digəri hər kəsi potensial düşmən olaraq görür. Bu seçimlər şüurlu və azad şəkildə deyil, daxili məcburiyyətlərdən qaynaqlanır.
İnsanlardan uzaqlaşmaq Əsas münaqişənin başqa bir tərəfi, emosional təcrid və insanlardan uzaqlaşma ehtiyacıdır. Mütəmadi olaraq tək olmaq istəyi hər hansı bir insanda baş verə bilər. Ancaq nevrotizmdə başqaları ilə birlikdə olmaq onlar üçün gərginlik mənbəyidir. Belə insanlar ümumiyyətlə həyatda tamaşaçıdır. Duygusal bir vəziyyət yaradan, istər sevgi, istər bir mübarizə, istərsə də əməkdaşlıq, rəqabət və ya emosional vəziyyətdən qaçmaq istəyirlər. Yalnız bir şeyə çox əhəmiyyət vermədən və başqasına bağlanmadan uğur qazanmaq istəyirlər. Zövq aldıqları şey öhdəlik tələb edirsə, onlardan imtina edirlər. Özlərinə kəskin məhdudiyyətlər qoya bilərlər. Həyatlarını gizli yaşamağı sevirlər. Sənəd tipindən fərqli olaraq, paylaşmağı sevmirlər. Həddindən artıq müstəqillik ehtiyacı məcburi bir ehtiyacdır. Nəyisə gözləmək, vaxtında çatmağın lazım olduğu kimi hallar onları narahat edir. Ənənəvi dəyərləri, ad günlərində alınacaq hədiyyələri sevmirlər. Çünki bunlar onlar üçün gözləntilərdir. Üstünlük səyləri, digər nevrotiklər kimi, bunlara da malikdir. Ancaq bu üstünlüyün heç bir səy göstərmədən gəlməsini və kimisə gerçəkləşdirməsini istəyirlər. Özlərini unikal bir varlıq kimi təsəvvür edə bilərlər. Öhdəlik tələb edən hər hansı bir vəziyyət onu emosional olaraq geri itələyir. Terapevtlərin fikrincə nevrotik hər hansı bir qoşma nevrotikdə sinir pozuntularına səbəb ola bilər. Nəticədə izolyasiyaya ehtiyacı olan neyrotiklər, digər neyrotiklər kimi, bu ehtiyac ödənildikdə özlərini təhlükəsiz hiss edirlər. Əks təqdirdə, onların narahatlığı artır. Qürur sistemi hər şeydən əvvəl nevrotik fərdini özünə yönəldir — onu digər insanlardan təmizləyir. Qeyd etmək lazımdır ki, Eqosentrizm ilə, insanın yalnız öz maraqlarını düşündüyü mənada eqoistlik və ya səfehlik mövzusunda bir sual yoxdur. Nevrotik insan həmişə özünə batırılmış mənada özünü göstərir. Fərdi üçün səy göstərməyin, yerləşdiyi mühitin olub-olmamasının əhəmiyyəti yoxdur; Hər mövzuda ən böyük olmaq üçün bacarıqlarının yetərli olub olmaması bu maraq və təqdir mərkəzidir. Həqiqət harada gizlidirsə, hər mübahisədən qalib çıxmalıdır.
Həqiqi-ideal mənlik İdeal mənlik nevrotik insanın özünün əsl xüsusiyyətlərini gizlətmək üçün istifadə etdiyi bir maskadır. Bu cür nevrotik öz daxilində baş verən münaqişələrdən xəbərdar deyil. Onlar ideal mənliklərinin təsiri ilə özlərini olduqlarından daha üstün hesab edirlər. Müxtəlif aspektlərdə özünü optimallaşdırma Horninin hərtərəfli nevrotik həll adlandırdığı nüansdır. Başqa sözlə, bu, yalnız müəyyən bir münaqişənin həllini deyil, ehtiyacları da tam olaraq təmin edəcək bir həll yoludur. Öz-özünə idealizasiya insanın sonrakı inkişafına mütləq və geniş əhatəli təsir göstərəcəkdir.
Narsissizm məfhumu