Ser Stirlinq Krofard Moss, BİO (, 17 sentyabr 1929, London) — britaniyalı avtoyarışçı, 1951-ci ildən 1961-ci ilə qədər Formula-1 pilotu, 1955 Targo Florio qalibi, 24 saat Le Man pilotu. Formula 1-də öz tarixindəki ən uğursuz pilot hesab olunur: o, tez-tez çempion adı uğrunda mübarizə aparsa da çempion ola bilmir (1955-ci ildən 1958-ci ilədək mütəmadi olaraq ikinci, 1959-cu ildən 1961-ci ilə qədər isə üçüncü olmuşdur). O, Mercedes, Maserati, Vanuoll, Kuper və Lotusun sükanı arxasında 16 qələbə qazanıb.
İstinadlar
Kateqoriya:Birləşmiş Krallıq uzunömürlüləri Kateqoriya:Londonda vəfat edənlər Kateqoriya:Cəngavərlik tituluna layiq görülmüş idman şəxsləri Kateqoriya:Birləşmiş Krallıq avtomobil yarışı sürücüləri