Əfqanıstan–İran münasibətləri — Əfqanıstan və İran arasındakı ikitərəfli diplomatik münasibətlər. 1935-ci ildə Əfqanıstan kralı Məhəmməd Zahir şah və İran Pəhləvi sülaləsi dövründə ölkələr arasında diplomatik əlaqələr quruldu. Ölkələr arasındakı dövlət sərhədinin uzunluğu 921 km-dir. Müqayisə İran Əfqanıstan Əhali 80 840 513 31 108 077 Ərazi 1 648 000 km² 652 864 km² Əhalinin sıxlığı 48 nəf./km² 43,5 nəf./km² Paytaxt Tehran Kabul İri şəhərləri Tehran Kabul Hökumət İslam respublikası Prezident respublikası Dil farsca puştu və dari Din İslam (Şiəlik) İslam (Sünnilər) ÜDM 987,1 mld ABŞ dolları (adam başına 12 800 $) 21,39 mld ABŞ dolları (adam başına 687 $) İnsan İnkişafı İndeksi 0,742 0,374

Tarix Hər iki ölkə ortaq bir mədəniyyət, tarix və dilFrank Clements, Conflict in Afghanistan: a historical encyclopedia . ABC-CLIO. p. 8, 2003. vardır. Min illərlə iki xalq arasında mədəni əlaqələr mövcud olmuşdur. Fars dilinin şərq ləhcəsi olan Dari, Əfqanıstanın rəsmi dilindən biridir. Əfqanıstanda İranda olduğu kimi bir İslamdan öncə qeyd olunan Novruz bayramı vardır. 1978-ci ildə Əfqanıstandakı siyasi qeyri-sabitliyə görə ölkələr arasında münasibətlər pisləşmişdi. 1998-ci ildə Taliban Məzari-Şərifdəki İran konsulluğunu ələ keçirdi, orada olan heyət və diplomatları güllələdi. Bu hadisədən sonra İran bu ölkəyə hərbi bir hücum planlaşdırdı. Lakin BMT Təhlükəsizlik Şurasının və ABŞ-nin müdaxiləsi iranlıları bu planları tərk etməyə məcbur etdi. 2001-ci ildə Əfqanıstanın şiə azlığının Taliban tərəfindən təzyiqlərə məruz qalmağa başladı. Bu zaman İranın Şimali Alyansa dəstək verməyə başlaması ilə dövlətlərarası münasibətlərdə gərginlik artdı. 2001-ci ilin oktyabrında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərəfindən Əfqanıstanın işğalı və Talibanın süqutundan sonra İran və Əfqanıstan arasında ikitərəfli münasibətlər yaxşılaşdı. 2010-cu ildə NATO İranı Taliban İslamçılarına dəstək verməkdə ittiham etdiIran still supporting Afghan insurgency-U.S , ReutersIran accused of supporting Afghan insurgents , Central Asia Online.

Ticarət 2001-ci ilin sonlarında Taliban hökuməti devrildikdən sonra iki xalq arasında ticarət kəskin şəkildə artdı. İran və Əfqanıstan Məşhəd ilə Heratı birləşdirən yeni bir dəmir yolu xətti çəkməyi planlaşdırır. 2009-cu ildə İran Əfqanıstanda ən çox yollar və körpülərin tikintisi, eləcə də kənd təsərrüfatı və səhiyyə sahəsində ən böyük investorlardan biri olmuşdur. Əfqanıstan Ticarət və Sənaye Palatasına görə, 2008-ci ildə İranın Əfqanıstana ixracı 800 milyon dollar təşkil etmişdir. İran Əfqanıstandan 4 milyon dollar dəyərində mal (meyvə, mineral, qiymətli zərgəlik məhsulları) idxal etmişdirIran 'ready' to aid Afghanistan' , Asia Times. İran Əfqanıstana əsasən neft məhsulları, sement, tikinti materialları, xalçalar, məişət texnikası və yuyucu vasitələr ixrac etdir. İran isə Əfqanıstandan fındıq, xalça, kənd təsərrüfatı məhsulları, eləcə də əl işləri idxal edir. Əfqanıstan kənd təsərrüfatı məhsulları xaricində ehtiyaclarının 90 faizini idxal edir.

Əfqanıstan əsas tiryək istehsalçısıdır. Əfqanıstan dünya heroinin 90% -ni istehsal edir. Bu narkotik vasitələrin bir qismi İrana, oradan da Avropa ölkələrinə qaçaqmalçılıqla daşınır.

İstinadlar

Kateqoriya:Əfqanıstanın ikitərəfli əlaqələri Kateqoriya:İranın ikitərəfli əlaqələri Kateqoriya:Müstəmləkəçi və keçmiş müstəmləkə arasında münasibətlər