Əl-Mərcan adaları — Fars körfəzində yerləşən süni arxipelaq. Arxipelaq dörd allüvial adadan ibarətdir. Adalar bir-birinə avtomobil körpüləri vastəsi ilə birləşmişdir. İnzibati baxımından Birləşmiş Ərəb Əmirlinin tərkibinə daxil olan Ras əl-Xayma əmirliyinə aiddir. Adalar Əl-Mərcan-Aylend şirkətinə məxsusdur. Arxipelaq turistlər arasında olduqca populyardır. 2014-cü ildə adaları yüz mindən artıq turist ziyarət etmişdir. Turizm 2013-cü ildən bu günə qədər adalar turizm sənayesi, eləcə də bitişik infrastruktur obyektlərinin istifadəsi hesabına inkişaf edən tam təchiz edilmiş yaşayış sahəsi formalaşmışdır. 2014-cü ildə adalara gələn yüz min ziyarətçinin 23 %-i BƏƏ-nin sakinləri olmuşdur. Ras əl-Xaymaya gələn turistlərin əksəriyyəti Rusiya, Şərqi Avropa və Böyük Britaniya vətəndaşlarıdır. Turizm sənayesi əmirliyin ÜDM-nun təxminən 20 % -ni təşkil edir..

Hal-hazırda adalara 20 milyard dirhəm həcmində xarici sərmayə hesabına inkişaf etdirilməsi planlaşdırılır. Bu isə adlara 20 milyon turisti cəlb etməyə imkan verəcəkdir. Adalarda Rixos, Bab Al Bahr, Hilton, Al Marjan Island Hotel & Spa və digərlərinin 5 ulduzlu otellərində cəmləşən otaqların ümumi sayı əmirlikdəkilərin 45% -ni təşkil edir.

Real Madrid FK tərəfindən maliyyələşdirilən, adalarda futbol kurortu təşkil etmək layihəsi maliyyənin dayandırılması səbəbindən 2013-cü ilin sonunda ləğv edilir. Əmirlik hökuməti layihəni bərpa etmək üçün digər investorlarla danışıqlar aparır..

Adaların investisiya cəlbediciliyinə səbəb onların ərazilərində azad iqtisadi zona rejimi - fərdi və gəlir vergilərinin olmaması, 100% xarici əmlak və kapitalın qaytarılmasıdır. Coğrafiya

Arxipelaq Briz, Xəzinə, Arzular və Panorama adalarından ibarətdir. Materik sahillərindən manqrov meşələri ilə örtülüdür. Burad iki böyük dağ Yanis və Cais dağları vardır. Adalar körfəzə doğru 4,5 kilometr məsafədə uzanır və 2,7 milyon m² sahəni əhatə edir. Briz adasında bir neçə otel, dükan, uşaq meydançası və iki kilometrlik bulvarı vardır. Xəzinə adası 230 min m² sahəyə sahibdir. Marjan Island Resort & Spa da daxil olmaqla bir neçə kurorta sahibdir. Arzular adasında geniş çimərlik, bir neçə otel, klub və beş kilometrlik sahil gəzinti zolağı vardır. 460 min m² sahəsi olan Panorama adasında bir neçə kurort, klub və otel vardır.

İstinadlar

Kateqoriya:BƏƏ adaları Kateqoriya:Fars körfəzi adaları