Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2009-cu ilin fevral - dekabr aylarında "I Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı" keçiriləcək.Festivalın kçeirilməsində məqsəd qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, qazanılan uğurların, geniş ictimaiyyətə təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanmasıdır.

Festival respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə beş regional mərkəzdə – Gəncə, Naxçıvan, Lənkəran, Şəki, Xaçmaz şəhərlərində təşkil ediləcək. Təsdiq olunmuş Əsasnaməyə görə Festivala təqdim olunan dekorativ-tətbiqi sənət əsərləri aşağıdakı əsas növlərə ayrılır: Xalçaçılıq Batika Qobelen Toxunma qrafika Bədii oyma: ağac, metal, daş, sümük üzərində oyma Dulusçuluq (keramika) Bədii tikmə Bədii şüşə Toxuma: mil və qarmaqla toxuma Makrame Zərgərlik Bədii dəri işləmə Bədii döymə Prioqrafiya (ağac, dəri, tikmə üzərində yandırma üsulu ilə naxış açma)

Xarici keçidlər http://www.mct.gov.az/?/az/news/view/649/&PHPSESSID=55e372d805bcf419f91ae8f025a531a7 http://www.anspress.com/nid105718.html