Dərin Paket Təftişi – kompüter şəbəkəsi üzərindən göndərilən məlumatları (paketləri) ətraflı şəkildə yoxlayan və nəticədən asılı olaraq xəbərdarlıq etmək, bloklamaq, başqa marşruta yönləndirmək və ya qeydiyyata almaq kimi əməliyyatları yerinə yetirə bilən məlumat emalı növü. Dərin paket təftişi tətbiqlərin davranışının baza səviyyəsini müəyyənləşdirmək, şəbəkədən istifadənin təhlili, şəbəkə performansındakı problemlərin diaqnostikası, məlumatların düzgün formatda olub-olmadığını yoxlamaq, zərərli kodu aşkar etmək, dinləmə və internet senzurasıDuncan Geere, https://www.wired.co.uk/article/how-deep-packet-inspection-works da daxil olmaqla müxtəlif məqsədlər üçün geniş istifadə olunur. IP paketləri bir neçə başlıqdan ibarətdir. Şəbəkə avadanlığı normal işləməsi üçün adətən yalnız birinci başlıqdan (IP başlığından) istifadə edir. Bu tərifə baxmayaraq, ikinci başlığın (məsələn, TCP və ya UDP başlığının) yoxlanılması isə adətən dərin paket təftişi deyil, səthi paket təftişi (əksər hallarda vəziyyətə əsaslanan paket təftişi) hesab olunur. Ədəbiyyat
Kateqoriya:Şəbəkə təhlükəsizliyi Kateqoriya:İnternet məxfiliyi Kateqoriya:Şəbəkə neytrallığı