Givi Cavaxişvili (; ) — 1953–1975-ci illərdə Gürcüstanın Baş naziri vəzifəsini icra edən gürcü siyasətçi.
Həyatı və təhsili Givi Cavaxişvili 18 dekabr 1912-ci ildə Tiflisdə görkəmli həkim Dimitri Cavaxişvili və Anna Maqalaşvilinin ailəsində anadan olub. 1934-cü ildə Mühəndis-Geoloq ixtisası üzrə Zaqafqaziya Sənaye İnstitutunu (indiki Gürcüstan Texniki Universiteti) bitirib.
Siyasi karyerası 1934-cü ildən 1952-ci ilə qədər yerli idarəetmə və kommunist partiyası strukturlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1952-ci ildən Gürcüstanın paytaxtı Tbilisi merinin müavini vəzifəsini icra etdi və həmin il Tiflis meri vəzifəsinə yüksəldi, 1953-cü ildən Gürcüstan SSR Nazirlər Sovetinin sədr müavini,THE 'DOCTORS' CASE’, AND, THE DEATH OF STALIN Bill Bland, for the Communist League (UK), London, October 1991. On 29 October 1953, a forty-one-year-old engineer and geologist, Mr. Givi D. Djavakhishvili, was elected Prime Minister of the Georgian Republic". (D. M. Lang: op. cit.; p. 264). (in english) 1953–1975 — Gürcüstan SSR Nazirlər Sovetinin sədri (Baş nazir), SSRİ və Gürcüstan SSR Parlamentinin bir neçə dəfə seçilmiş üzvü, Mərkəzi Komitə Bürosunun üzvü, 1953–1975-ci illərdə gürcü dilinin qorunması komissiyasının sədri idi.
Siyasətdəki töhfələri 1958-ci ildə Brüsseldə, Belçikada və 1967-ci ildə Monrealda (Kvebek, Kanada) Ümumdünya Sərgisi EXPO-nda Gürcüstan nümayəndə heyətinin rəhbəri olmuşdur. 1961-ci ildə Givi Cavaxişvili İKP MK qurultayında Gürcüstan SSR nümayəndə heyətinə rəhbərlik edir. O, burada İosif Stalinin Moskvanın Kreml məqbərəsindən çıxarılmasını tələb edən məşhur çıxış etdi.
Onun birbaşa təşəbbüsü ilə Gürcüstanın paytaxtı Tbilisidə Dövlət Filarmoniyası və İdman Sarayı kimi bir çox yüksək səviyyəli binalar inşa edildi. 1966-cı ildə Sovet İttifaqında dördüncü yeraltı dəmir yolu sisteminə çevrilmiş Tbilisi metrosunun açılışını etdi. 22 il ərzində (Gürcüstan tarixinin ən uzun dövrü) Gürcüstan Hökumətinə sədrlik edən Givi Cavaxişvili SSRİ və Gürcüstan SSR-nin Avropa ölkələrinə, ABŞ-yə, Kanada və Türkiyədəki bir sıra rəsmi nümayəndə heyətlərinin üzvü idi. Hindistanın Baş naziri Cavaharlal Nehru, Danimarka Kraliçası II Margrethe, Fransa Prezidenti Georges Pompidou, İran şahı Məhəmməd Rza Şah Pəhləvi və Kuba lideri Fidel Kastro kimi 20-dən çox digər tanınmış simanı Tiflisdə yüksək qəbul etdi.
10 noyabr 1985-ci ildə Tiflisdə vəfat etdi.
Mükafatları Lenin ordeniGivi Javakhishvili (in russian) "Oktyabr inqilabı" ordeni "Şərəf nişanı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
İstinadlar
Xarici keçidlər Givi Javakhishvili Big Soviet Encyclopedia, vol 8, page 183, third edition, Moscow 1972 (in Russian) ჯავახიშვილი გივი დიმიტრის-ძე (Javakhishvili Givi Dimitris-dze) (in Georgian)
Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Nazirlər Sovetinin sədrləri Kateqoriya:Tbilisi Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XX qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XIX qurultayının nümayəndələri Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IX çağırış deputatları