Xosrov xan kimi də tanınan Xosrov sultan Armani (vəfatı 1653) — XVII əsrdə Səfəvi rəsmisi, hərbi sərkərdə və erməni əsilli qulam.

Müxtəlif vaxtlarda çox sayda vəzifə tutmuşdur. Əvvəlcə uzun müddət Bəxtiyari qəbiləsinin uzun müddət darğası (daruğah-ye il-e Baxtiyar) olmuşdur. Sonra Qarabağdakı Cavanşir qəbiləsinin idarəçisi (hakem-e il-e Cavanşir) vəzifəsini icra etdi. Daha sonra "ov ustası" (mir shekār-bashi) vəzifəsini tutdu və Əbhər (Sultaniyə) qubernatorluğuna (bəylərbəyi) təyin olundu. Nəhayət, 1643-1653-cü illərdə Şirvan qubernatoru (bəylərbəyi) vəzifəsini də icra etdi. Şirvanda qubernatorluğu dövründə Xosrov 1651-1653-cü illərdə Səfəvi-Rusiya müharibəsi zamanı Terek çayının Səfəvilərin ərazisindəki rus qalasının dağıdılması və qarnizonun qovulması ilə nəticələnən Səfəvilərin uğurlu hücumunda iştirak etdi.

Dini qəbul etdiyini bildirmək üçün o dövrdəki mənbələrdə Xosrovu "İslam üçün yeni" (jadid ol-eslam) adlandırırdılar. Oğulları Allahverdi xan (gürcü Allahverdi xanla səhv salmasaq) və İmamverdi bəy bir neçə nüfuzlu mövqe tutacaqdılar.

Mənbələr

Kateqoriya:Səfəvi sərkərdələri Kateqoriya:Qulamlar Kateqoriya:Səfəvi bəylərbəyləri Kateqoriya:Şirvan bəylərbəyiləri Kateqoriya:Orta əsr qoşun başçıları