Total Energies , (2021-ci ilin mayına kimi — Total SE) — Fransanın neft şirkəti.

Azərbaycanda fəaliyyəti ARDNŞ ilə Fransanın "Total" şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda "Abşeron" dəniz yatağı blokunun kəşfiyyat, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. ARDNŞ layihədə 40, "Total" şirkəti isə 60 faiz iştirak payına malikdir. Kəşfiyyat dövründə Dövlət Neft Şirkətinin ortaq neft şirkətinin payına düşən bütün xərc və məsrəflərin maliyyələşdirilməsi podratçı tərəfin üzərinə düşür. Qazılacaq "Abşeron" bloku Xəzər dənizində Bakıdan 100 km aralıda, dənizin təxminən 500 metr dərinliyində yerləşir. Yataqda kəşfiyyat müddəti 3 il təşkil edəcək və zərurət olarsa, daha 2 il uzadılacaq. ARDNŞ geoloqlarının fikrincə, yataqda ən azı 200 mlrd. kubmetr qaz və 100 mln. tondan artıq kondensat var.

Həmçinin bax Total Plaza

Xarici keçidlər http://www.total.com/ http://lidertv.com/new/view.php?lang=az&type=news&menu=2&id=79034 http://www.bbc.co.uk/azeri/news/story/2009/02/090227_socar.shtml http://az.apa.az/xeber_Azerbaycan_prezidenti_“Total”_shirketinin__148066.html

İstinadlar Kateqoriya:Neft şirkətləri

Kateqoriya:Nyu-York Fond Birjasında siyahıya alınmış şirkətlər