Sif () və ya Şet — Tövrata görə Adəmin oğlu. Süryani dilində bağışlama və hədiyyə mənasını verir.

Haqqında Qabilin Habili öldürməsindən 5 il sonra dünyaya gəlmişdi. Digər qardaşlarının əksinə Sif əkiz olaraq deyil, tək doğulmuşdur. Sifin bir adı da Şetdir. Şet yəhudi dilində Allahın hədiyyəsi mənasını verir. O, dünyaya göz açanda Adəmın 130 yaşı vardı. Filosofların bəziləri Sifin yunan Ağasazimon olduğunu iddia edirlər. Sif Adəmdən sonra peyğəmbər seçilmişdi. Tövratda Adəm və Həvvanın uşaqlarından təkcə Habil, Qabil və Sifin adı çəkilir və Sif onların üçüncü oğlu kimi qələmə verilir. Sif 912 il yaşamış və çoxlu övladı olmuşdu.

İncildə Adəmin 130 yaşındaykən Sifin atası olduğu, Sifin Enoşun atası və İdrisin babası olduğu haqqında məlumat verilir. 530x530px|left|thumb| Sif kilsədəki dini rəsmi

Həmçinin bax Şit Lilit Adəm Həvva

İstinadlar

Kateqoriya:Din xadimləri Kateqoriya:Peyğəmbərlər Kateqoriya:İslam peyğəmbərləri Kateqoriya:Adəm və Həvva