thumb thumb Mahaçqala (, , , , tab. Мягьячгъала, , lak. МахІачкъала, АнжиЛакско-русский словарь. Лакку мазрал ва оьрус мазрал словарь. М., Гос. изд-во иностранных и национальных словарей, 1962. с. 336, 340) — Rusiyanın cənubunda yerləşən Dağıstan Respublikasının paytaxtı. Sahəsi 671 km² əhalisi 462.412 nəfərdir (2002). Şəhər Böyük Qafqaz ilə Xəzər dənizinin aralığında yerləşir.

Bəzi ehtimallara görə, orta əsrlərin əvvəlində indiki Mahaçqalanın yerində Xəzər xaqanlığının paytaxtı Səməndər yerləşirdi. Həmçinin qumuq xalqının Tərki şamxallığının mərkəzi olan Tərki kəndi də burada yerləşirdi. Hazırda keçmiş Tərkinin ərazisi Mahaçqalanın məhəllələrindən birinin ərazisidir.

Mahaçqala 1844-cü ildə rus hərbi istehkamı kimi salınmışdır. Şəhərin limanı 1870-ci ildə tikilib. 1898-ci ildə şəhər Bakı və Vladiqafqaz ilə dəmiryol vasitəsilə birləşdirilib. 1914-də burada ilk neft zavodu inşa edildi.

1857-ci iləcən Petrovskoye (rus çarı I Pyotrun şərəfinə), 1921-ci iləcən Petrovsk-Port, 1920-1922-ci illər arası isə Şamilqala (Şeyx Şamilin şərəfinə) adlanırdı. İndiki adı, ləqəbi "Mahaç" olan dağıstanlı inqilabçı Məhəmmədəli Daxadayevin şərəfinə sovet dövründə qoyulub.

Yerli əhali şəhəri Anciqala ("inci qalası") adlandırır; şəhərin futbol klubu "Anji Mahaçqala" (ФК «Анжи́» Махачкала) da məhz bu adı daşıyır.

1989-cu il siyahya almasına görə əhalisinin 21%-ni avarlar, 17%-ni ruslar, 15%-ni qumuqlar, 12,4%-ni dargilər, 12%-ni laklar, 9.5%-ni ləzgilər, 4.3%-ni çeçenlər, 1.6%-ni azərbaycanlılar, 7.2%-ni digər xalqlar təşkil edir.

Mahaçqalada hazırda 62 məktəb, 5 ali məktəb, 4 kinoteatr, 3 respublika kitabxanası fəaliyyət göstərir, habelə: avar, qumuq, və lakların musiqi-dram teatrları, Dağıstan Dövlət Filarmoniyası, Mahaçqala Musiqi Məktəbi, Poeziya Evi, Hökumət Evi, Şahmat Evi, Dağıstan Respublikası Milli Kitabxanası, Respublika Uşaq Kitabxanası, Dağıstan Kukla Teatrı, Dağıstan Opera və Balet Teatrı, "Dinamo" Stadionu, Rusiya Elmlər Akademiyası Dağıstan Elm Mərkəzinin dağüstü botanik bağı, Təsviri İncəsənət muzeyi, Cümə məscidi, Şeyx Şamil adına məscid, Müqəddəs Vladimir kilsəsi və s. fəaliyyət göstərirlər.

İstinadlar

Ədəbiyyat Д. Атаев, К. Гаджиев. Путеводитель по Дагестану. — Махачкала, 1969. Под ред. А. К. Алиева. В семье народов братьев. Г. Ш. Каймаразов. Очерки истории культуры народов Дагестана.

Xarici keçidlər

Официальный портал Администрации Махачкалы Народное собрание депутатов Дагестана

https://iz.ru/828733/2018-12-27/osuzhdennogo-mera-makhachkaly-musaeva-osvobodili-ot-dolzhnosti

Kateqoriya:Xəzər dənizinin limanları Kateqoriya:Rusiya limanları Kateqoriya:Avropanın liman şəhərləri Kateqoriya:Xəzər dənizi limanları Kateqoriya:Dağıstanın yaşayış məntəqələri Kateqoriya:Rusiyada islam Kateqoriya:Liman şəhərləri